Zəngəzurun ermənilərə verilməsi: sənədlər və faktlar nə deyir?Zaur Əliyev - AMEA Fəlsəfə və Sosiologiya İnstitutu Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Universitetinin müəllimi
E-mail: zaur.aliyev@gmail.com

Bəli, bu çıxışın tarixi sənədləri və sübutları var. Zəngəzur Azərbaycan torpağıdır və 1920-ci ilə qədər bütün beynəlxalq sənədlərdə, xəritələrdə və yazışmalarda bura Azərbaycan ərazi ləri kimi qeyd edilib. Əlbətdə, Cümhuriyyət dövründə Amerika və onun Qafqaz üzrə hərbiçiləri Zəngəzurun Ermənilərə veril məsi istiqamətində çox iş gördülər, ordunu ordan çıxardılar, daşnakların günahsız azərbaycanlıların qətl edilməsinə göz yumdular, minlərlə azərbaycanlının torpağından zorla qovul masına susdular. Amerikanın ardınca buranı işğal edən Sovet lər, məhz Rusiya qədim Azərbaycan torpaqlarının ermənilərə verilməsini sənədləşdirdilər. 1920-ci il, 28 aprel Bakı şəhərinin qırmızı terror-bolşevik lər tərəfindən işğal edilməsindən sonra onlar Azərbaycanın ta mam ələ keçirilməsi üçün irəli getdilər. 19 iyun 1920-ci ildə Leninə telqram göndərilir və orda yazılır “ Qarabağ və Zəngə zurda Sovet hakimiyyəti quruldu, qeyd edilən ərazi sakinləri özlərini Azərbaycan Sovet Respublikasının ayrılmaz hissəsi he sab edirlər” (1, s.1) Bir neçə gündən sonra Serqo Orconikidze Lenin, Stalin və Çiçerinə yazır: “ Erməni inqilabçı Ter Qabrelyanla danışdım, o Dərələyəz uyezdinin Ermənistana verilməsi şərti ilə Qarabağ və Zəngəzurun Azərbaycan tərkibində qalmasına etiraz etmir, biz bununla bağlı yoldaş Nərimanovla danışacıq” (2, Л. 25 – 28) Bu məktubdan sonra Nəriman Nərimanovla Serqo Orconi kidze ilə telefon danışğı olur. Nərimanov ona deyir “ Qarabağ və Zəngəzur Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bu barə də heç bir söhbət ola bilməz. Siz nəyi gözləyirsiz. Ermənistanla artıq sülh şəraiti var” (3, Л. 33, 34) Serqo Orconikidze Çiçerinə bu danışıqdan sonra teleqram göndərir və orda qeyd edilir “ Nərimanov Qarabağ və Zəngəzu run Azərbaycana birləşdirilməsini tələb edir, mən etiraz etmi rəm, ancaq bu iki əraziyə muxtariyyət verilsin, mən onları məc bur edə biləcəm buna” (4, Л. 66) Bir müddət sonra Çiçerin və surəti Orconikidze olmaqla Nərimanov, Midivani, Mikoyan və Nuridcyan imzası ilə gön dərilən teleqramda yazılır “ Zənzəgur və Qarabağ mübahisəli ərazi sayıla bilməz, buralar Sovet Azərbaycanın ayrılmaz tərkib hissəsdir. Dro tərəfindən qətl edilən minlərlə erməni isə Azər baycanda sığınacaq tapırlar” (5, Л. 36) 1920-ci il 10 avqustda Rusiya KP-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıva nın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qə rar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan olundu. Lakin Serqo Orconikidze dayanmaq bilmir və bütün gücü ilə Zəngəzurun ermənilərə verilməsini müdafiə edir. Moskva Azərbaycanı güzəştlərə məcbur etmək üçün “proletar beynəl miləlçiliyi” deyilən təbliğat vasitələrindən istifadə edirdi. Bu məsələ bir neçə dəfə müxtəlif səviyyələrdə müzakirə olundu. Lakin bu bölgəni xilas etmək mümkün olmadı. 1920-ci il no yabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan olundu, hərçənd bölgələrdə daşnak hökuməti hələ tam sü qut etməmişdi. Sovet Ermənistana isə hədiyyə növbəti gün edi lir. 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə Zənəzgurun taleyi həll olundu. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdir. 1988-ci ildə təkcə Zəngəzurda deyil, Göyçədə, Də rələyəzdə, İrəvanda, Vedidə – indiki Ermənistan adlanan tor paqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qo vuldular. Kütləvi terrora məruz qalan azərbaycanlıların son nü mayəndələri məcburiyyət qarşısında qalıb Zəngəzuru tərk edəndən sonra, burada onlara məxsus yüzlərlə tarixi, maddi mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edilib. 1933-cü ildə Ermənistan SSR-in ərazisi rayonlara bölündü və Zəngəzur adı xəritədən silindi. Yerində Qafan, Gorus, Qara kilsə (Sisian) və Mehri rayonları yaradıldı. Nəticədə Naxçıvan digər Azərbaycan torpaqlarından ayrı salındı. Zəngəzurun Azərbaycanda qalan hissəsində isə əvvəlcə Kürdüstan qəzası, sonra isə Zəngilan, Qubadlı, Laçın rayonları yaradıldı. Hazırda Ermənistanın hərbi nəzarətində olan Zəngəzur ən qədim dövrlərdən Azərbaycan ərazilərində təşəkkül tapmış dövlətlərin tərkibində mövcud olmuşdur. Erməni, rus, fars mənbələrində bu barədə birmənalı, təkzibolunmaz faktlar, mə lumatlar mövcuddur ki, Zəngəzur Azərbaycan torpağıdır. Er məni tarixçisi Gevork Aslan yazır: “ermənilərdə heç vaxt döv lətçilik olmamışdır, onlarda vətən hissi və vətənə bağlılıq olmamışdır, nə də siyasi bağlarla vətənə bağlı deyillər. Erməni vətənpərvərliyi yalnız yaşadıqları yerlə bağlı olmuşdur”. Bəli, Amerikalılar, sonra isə Ruslar dövlətçiliyi olmayan bir millətə Azərbaycan torpaqları hesabına dövlət yaratdılar.

how can we help you?

Contact us at the Consulting WP office nearest to you or submit a business inquiry online.

Consulting theme is an invaluable partner. Our teams have collaborated to support the growing field of practitioners using collective impact.

Donald Simpson
Chairman, Bluewater Corp