Zəngəzur Dəhlizinin İqtisadi Potensialının Dəyərləndirilməsi

Zəngəzur Dəhlizinin İqtisadi Potensialının DəyərləndirilməsiTükəz Əliyeva - Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), müəllim
E-mail:elizadetukez999@gmail.com
Tel: +994 (55) 898 96 53

Cənubi Qafqaz regionu Avropa və Asiya arasında daha vacib nəqliyyat marşrutu halına gələn ən əsas bölgələrdəndir. Cənubi Qafqaz-Xəzər regionundan keçən nəqliyyat dəhlizləri müxtəlif dünya ölkələri üçün daha çox gəlirlilik gətirir. Çindən başlayan Mərkəzi Asiya, Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyədən keçərək Avropaya uzanan nəqliyyat marşrutu Şərqlə Qərbi birləşdirən ən qısa və ən etibarlı marşrutlardandır.

Hal-hazırda, Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizi vasitəsilə Şərqlə Qərbi birləşdirən bu yolu daha da qısa və təhlükəsiz etmək üçün böyük fürsət vardır. Bu marşrutun potensialını nəzərə alaraq, bu geniş coğrafi ərazidə yerləşən ölkələr arasında iqtisadi və ticarət münasibətlərini gücləndirməklə bütövlükdə regionun inkişafına əlavə təkan vermək mümkündür.

Xüsusi əhəmiyyətli sayılan Zəngəzur dəhlizinin açılması nəticəsində Türkiyə digər ölkələrin ərazilərindən keçmədən birbaşa Azərbaycana çıxış əldə edəcəkdir. Beləliklə, dəhliz sayəsində bərpa olunacaq yeni quru yol Bakı – Tblisi – Qars dəmir yol xətti ilə müqayisə olunduqda 340 km qısa olacaqdır. Bununla da, nəqliyyat məsafə və xərclərinin azalması dövlətimiz ilə Türkiyə arasında qarşılıqlı ticarətin yüksəlməsinə gətirib çıxardacaqdır. Daha geniş mənada dəyərləndirmiş olsaq, ərazilərin azad edilməsi və yeni dəhlizin açılması türk ölkələri arasında mövcud olan əlaqələr üçün inkişaf perspektivləri açacaqdır.

Ermənistan-Azərbaycan arasında illərlə davam edən münaqişənin bitməsi və Azərbaycan öz ərazi bütövlüyünün bərpa etməsindən sonra tam regional inteqrasiya üçün yeni imkanlar yaranmış oldu. Üçtərəfli Bəyanatda qeyd olunduğu kimi, artıq bölgədə olan iqtisadi və nəqliyyat əlaqələri tam olaraq bərpa olunacaqdır. Bəyanatın vacib sayılan elementlərindən biri isə Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında olan nəqliyyat əlaqələrində xüsusi əhəmiyyətli sayılan Zəngəzur dəhlizinin bərpa olunmasıdır. Yeni qurulacaq olan dəhliz öz növbəsində Muxtar Respublikanı iqtisadi blokadadan çıxaracaq, dövlətimizin iqtisadi inkişafı üçün daha yeni imkanlar yaradacaqdır.

Daha böyük çərçivədən baxsaq, Zəngəzur dəhlizinin qurulması qonşu ölkə olan Türkiyə üçün də Orta Asiyadakı türk ölkələri ilə əlaqənin ən alternativ yol kimi əhəmiyyətə malikdir. Bu kimi layihələrin reallaşması türk ölkələri arasında əlaqələrin daha da inkişafına şərait yaradacaqdır.

Yekun olaraq, bölgədə davamlı sülhə nail olmaqla azad olunan ərazilərə xarici investisiyaların cəlbinə şərait yaradılmış olacaqdır (Cəfərova E. və başqaları, 2021).

Buna görə Azərbaycan Şərq-Qərb dəhlizinin yaradılmasında və funksionallığının artırılmasında fəal rolu tərəfdaş ölkələr tərəfindən yüksək qiymətləndirir. Azərbaycan bu nəqliyyat dəhlizinin funksionallığını artırmaq məqsədi ilə müxtəlif formatlarda əməkdaşlıq siyasəti həyata keçirir. 

Zəngəzurun tarixi

Zamanla türk əhalisinin məskunlaşdığı Zəngəzur bölgəsi ölkəmizi Ermənistan ilə ayıran strateji ərazidir. XX əsrin əvvəllərində bölgənin əsas əhali qrupu türklər idi. Qonşu ölkə olan Rusiya tərəfindən qeyd olunan bölgəyə ermənilər göndərilmişdir. Zamanla bu bölgədə türk əhalisinə qarşı qətliamlar törədilmiş və bununla birgə türk kəndlərinin sayı azaldılmışdır. 

Türklərə qarşı 1918-1920-ci illər və 1930-1946-ci illər aralığında “etnik təmizləmələr” tətbiq edilmiş və bunun nəticəsi olaraq, bu bölgədə türklərin sayı hiss olunacaq qədər azalmışdır. Son olaraq 1920-ci ildə Zəngəzur bölgəsinin Ermənistana verilməsinə nail olundu (Akıncı., Kaba, 2023).

Beləliklə, Naxçıvan ilə Azərbaycan arasında olan quru yolu və Bakı ilə qardaş ölkə olan Türkiyə arasında birbaşa quru əlaqəsi itirildi (https://kriterdergi.com/dosyaturkdunyasi/ zengezurkoridoruzaferintaclanmasi).

1933-cü ildə Azərbaycan ərazisinin zorla Ermənistana verilmiş hissəsində Qafan, Gorus, Sisian və Mehri rayonları yaradıldı. Əzəli ölkəmizin ərazisi olan Zəngəzur bölgəsinin Azərbaycanda qalan hissəsi hazırki Zəngilan, Qubadlı, Laçın rayonları oldu. Bununla da Zəngəzur qəzası ərazi vahidi olaraq xəritədən silindi (https://zengezur.com/index.php/khbrlr/335102ilvvlznzhzurermnistanaverildi).

Qeyd olunan ərazi bölgüsünə baxmayaraq, Azərbaycan əhalisi tarixi Zəngəzur bölgəsində yaşamağa davam etmişdir. 1987-ci ilin sonlarında əhalimizə qarşı təzyiq, zorakılıq və qırğınlar törədərək türkləri Ermənistanın yeni ərazilərini tərk etməsinə məcbur etmişdirlər. Nəhayət, 1991-ci ildə Nüvədi kəndində yaşayan türk əhalisi tarixi vətənlərini tərk etdilər (https://kriterdergi.com/dosyaturkdunyasi/zengezurkoridoruzaferintaclanmasi).

Azərbaycan tarixində II Qarabağ Müharibəsi kimi yadda qalan ölkəmizin şanlı qələbəsi, həm də Dağlıq Qarabağ Statusunda köklü dəyişiklərin edilməsi ilə yadda qaldı. Ermənistan respublikası ilə imzalanan 10 noyabr Bəyanatının 11-ci maddəsi Türk dünyası üçün olduqca əhəmiyyətlidir. Belə ki, Naxçıvanla Azərbaycan arasında mülki şəxslərin və  bununla birgə yüklərin daşınması üçün nəqliyyat imkanları bərpa olunmalı idi.

Bundan başqa, ölkəmizin şanlı qələbəsindən sonra imzalanan 15 iyun 2021-ci il tarixli Şuşa Bəyannaməsi isə

Zəngəzur Dəhlizinin ilk dəfə qeyd olunduğu beynəlxalq sənəd olmuşdur. Şuşa bəyannaməsində, Zəngəzur dəhlizinin həm Türkiyə və Azərbaycan, həm də regional münasibətlər baxımından strateji önəmi vurğulanmışdır. Beləliklə, Azərbaycanın şanlı Vətən Müharibəsindən sonra Cənubi Qafqazın strateji əhəmiyyəti daha da artdı.

Zəngəzur dəhlizinin açılması türk dünyası ilə birbaşa quru əlaqəsi yaratmaq məqsədi daşıyır. Bu dəhlizin açılması həm geosiyasi, həm də geostrateji cəhətdən əhəmiyyətli olduğu kimi, bəzi bölmələrə görə, Turan dəhlizinin yaranması deməkdir. Bu səbəbdən dolayı Ermənistan ilə yanaşı, qonşu Gürcüstan və İran da dəhlizin açılmasına şübhə ilə yanaşır (Akıncı and Kaba, 2023).

Vətən müharibəsindən qələbə ilə ayrılan dövlətimiz öz gələcək inkişaf strategiyasını regiondakı mövcud vəziyyətə uyğun müəyyənləşdirmişdir. Azərbaycan zamanla yaranmış olan böhranlardan üzüağ çıxmasında əsas səy göstərən heç şübhəsiz ki ölkə başçımız İlham Əliyev olmuşdur. Onun imzaladığı “ Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” haqqında sərəncam qarşıdakı 10 il ərazində ölkəmizin yüksəlişi üçün əsas sənəd hesab olunur (Baxşəliyev R., 2021).

Tarixi qələbədən sonra ölkəmiz yaranmış olan yeni imkanlardan səmərəli istifadə etməklə azad olunan regionun inkişafına nail olmaq niyyətindədir. Onuda qeyd edək ki, artıq bu ərazilərin ən qısa zaman regionda inkişafına nail olunması üçün ilkin addımlar atılmışdır. Ərazilərin inkişafına dair reallaşdırılan layihələrin fasiləsiz həyata keçirilməsi üçün isə ərazilərin minalardan təmizlənməsi prosesi sürətli şəkildə aparılmalıdır. Bu məsələnin öz həllini tapması həm də məcburi köçkün olan vətəndaşlarımızın öz evlərinə qayıtması məsələsini həll etmiş olacaqdır.

Yeni yaradılan Şərqi Zəngəzur iqtisadi rayonu ölkəmizin iqtisadi qüdrətinin gücləndirilməsində xüsusi rola sahib olacaqdır. Həmçinin regionda sosial-iqtisadi inkişafın sürətlənməsinə də təkan verəcəkdir. Bu iqtisadi rayonun dövlətimizin siyasi və iqtisadi həyatına geri qayıtması tarixi addım kimi dəyərləndirilir. Region üçün əhəmiyyətli hesab olunan Zəngəzur nəqliyyat dəhlizi həm türk dünyasını həm də regionlarımızı birləşdirmək üçün əsas rola sahib olacaqdır. Bu iqtisadi rayon üçün nəzərdə tutulan layihələrin reallaşdırılması ilə burada daimi iş yerlərinin sayı artacaqdır (Алиев Ш.Т., Мурадлы М.Г. və Велиева Л.М., 2021).

Zəngəzur dəhlizinin Azərbaycan və qonşu ölkələr üçün əhəmiyyəti

Təxminən 40 kilometr uzunluğunda olan Zəngəzur dəhlizinin iqtisadi, siyasi aspektlərdə ciddi nəticələri olacaqdır. Dəhliz türk dünyası üçün və geniş koteksdə tarixi İpək Yolu (Şərq-Qərb ticarəti) üçün xüsusi əhəmiyyətə malikdir.

Zəngəzur dəhlisi böyük çərçivədən baxıldıqda sərhəd dəyişikliyi deyil, regionda sülh və əməkdaşlığı gücləndirəcək nəqliyyat layihəsidir. Bu layihənin reallaşması təkcə Azərbaycan və Türkiyə üçün deyil, həm də Ermənistan Rusiya və Şərq-Qərb ticarətinin bütün iştirakçıları üçün faydalı olacaqdır (https://kriterdergi.com/dosyaturkdunyasi/zengezurkoridoruzaferintaclanmasi).

 

Şəkil 1: Zəngəzur Dəhlizi

 

Mənbə: (Gawliczek and Iskandarov, 2023)

 

Regionda hərbi və siyasi münaqişələrin azalması ölkələr arasında ticarətin artmasına səbəb olacaqdır. Bundan əlavə, Rusiya, Azərbaycan, Türkiyə, Ermənistan və İran arasında dəmir yolu xəttinin genişləndirilməsini sürətləndirəcək, eləcə də Qafqaz regionunda ticarət həcmini artıracaq bir çox ticarət yollarının açılmasına səbəb olacaqdır. Azərbaycanın Avrasiyanın nəqliyyat qovşağına çevrilməsi ilə Qafqaz regionunda avtomobil və dəmir yolları regionun tranzit təhlükəsizliyini artırmaqla yeni rəqabət və yeni imkanlar yaradacaq. Bununla Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat             dəhlizlərinin       əhəmiyyəti         daha      da           artacaq (https://www.eurasianresearch.org/publication/zengezurkoridorununazerbaycanvebolgeicinonemi/?lang=tr).

Azərbaycanın yeni nəqliyyat dəhlizinə xüsusi önəm verməsinin səbəblərindən  ən asası kimi, Naxçıvan Muxtar Respublikası ilə ölkənin qərb rayonları arasındakı əlaqələrin tez bir zaman ərzində bərpa olunmasını qeyd edə bilərik (https://kriterdergi.com/dosyaturkdunyasi/zengezurkoridoruzaferintaclanmasi).

Zəngəzur dəhlizinin açılması qonşu ölkə olan Gürcüstanda da birmənalı qarşılanmayıb. Dəhlizin açılması regionda əməkdaşlıq üçün yeni imkanlar yaradacaq və onun xarakteri Gürcüstandakı yollarla rəqabətdən daha çox birbirini tamamlayacaq və beləliklə, regionda beynəlxalq daşımalarda mühüm rol oynayacaqdır. Zəngəzur nəqliyyat dəhlizinin istifadəyə verilməsi Cənubi Qafqazın bütün ölkələri üçün faydalı olacaq. Lakin Gürcüstanda ən çox yayılan fikir ondan ibarətdir ki, dəhlizin açılması ölkənin tranzit ölkə kimi mövqeyini zəiflədəcək. Son on ilin göstəricilərinə diqqət yetirsək, Azərbaycanın enerji resurslarının və digər məhsullarının quru yolu vasitəsi ilə Türkiyə və Avropaya nəql edilməsində vasitəçi rolunu oynadığını görmək mümkündür. Ermənistanın işğalı səbəbindən Azərbaycan həm Türkiyə, həm də Qara dəniz regionuna çıxış əldə etmək üçün Gürcüstan ərazisindən istifadə etməli oldu. Bu, Gürcüstana iqtisadi cəhətdən qazanc əldə etməyə, regionda mövqelərini möhkəmləndirməyə və Cənubi Qafqazdan keçən beynəlxalq nəqliyyat dəhlizləri ilə yüklərin daşınmasında əsas oyunçulardan birinə çevrilməsinə imkan verdi. Skeptiklərin fikrincə, yeni nəqliyyat dəhlizinin açılması Gürcüstanın bu mövqeyinə mənfi təsir göstərəcək. Xüsusilə gürcü ekspertlərinin fikrincə, Bakı-Tbilisi-Qars dəmir yolunun aktuallığı azalacaq və yeni dəhliz bu marşrut üçün əsas rəqibə çevriləcək. Bütün bu faktlar həm də Azərbaycan-Ermənistan münaqişəsinin Gürcüstanın maraqlarına xidmət etdiyini göstərir. Lakin 44 günlük müharibədən sonra yaranan yeni reallıqlar və xüsusilə Zəngəzur nəqliyyat dəhlizinin açılması Gürcüstanın geosiyasi mövqeyinə ciddi təsir edir (Quliyeva G, 2022)

Zəngəzur dəhlizində bir neçə ölkənin fərqli maraqlarıcəmləşdiyindən, bu maraqlar regionda da gərginliyə səbəb olur. Dəhlizin açılması regionun bütün ölkələrinin və digər regionların əlaqəsini asanlaşdırmaqla birgə, həm də ticarət və logistika sahəsində əlaqələrin güclənməsi ilə gərginlik yeni iqtisadi əlaqələrlə, eləcə də rifahın yüksəlişi ilə əvəzlənəcəkdir.

Region ölkələrinin gündəmində olmalı olan əsas məqam, Zəngəzur dəhlizinin gələcəyi və orada təhlükəsizliyin necə təmin edilməsi olmalıdır. Zəngəzur dəhlizi türk dünyasının parlayan ulduzu ola bilər.

(https://www.aa.com.tr/en/analysis/3questionsimportanceofzangezurcorridorfortheregionexplained/2769019).

Dəhlizin açılması türk dövlətləri ilə quru əlaqələrini təmin edən ölkələr olan İran və Gürcüstanın iqtisadi göstəricilərinə də təsir göstərəcək. Çünki hal-hazırda türk dövlətləri arasında yük daşıma bu iki ölkə əsasında reallaşdırılır. Zəngəzur dəhlizindən istifadə edərək Türkiyə daha qısa alternativlərə malik olacaq. Son illər ərzində İran və Türkiyə arasında yük tranziti məsələsi ilə bağlı narazılıqlar artmaqdadır. Xüsusilə də Türkiyə ərazisində İran yük maşınlarının partladılması bu narazılığı daha da artırdı. Bunun nəticəsidir ki, hal-hazırda İran və Türkiyə qarşılıqlı asılılıqlarını azaltmağa çalışırlar. Bu baxımdan yeni dəhlizin istifadə edilməsi hər iki ölkə üçün imkanlar yaradacaqdır. Lakin qeyd etmək lazımdır ki, bu üstünlüyünü reallaşdırmaq üçün İranı təkcə Zəngəzur dəhlizi ilə məhdudlaşdırmaq olmaz. İran-Ermənistan və Abxaziya dəmir yolları da bərpa edilməlidir. Həmçinin, əgər İran-Ermənistan dəmir yolu Abxaziya dəmir yolu açılışından əvvəl işə düşsəydi, İran Rusiyanın iştirakı olmadan Ermənistan və Gürcüstandan keçməklə Qara dənizə çıxış əldə etməyə çalışacaqdır. Ona görə də Zəngəzur dəhlizinin açılmasından sonra Türkiyə İranla müqayisədə İrandan asılılığını daha tez aradan qaldıra biləcək, çünki yeni açılacaq dəhlizdən istifadə etməklə Türkiyə İrandan keçərək daşıdığı yükləri yenidən digər ölkələrə yönləndirə biləcək. 

Bununla belə, Zəngəzur dəhlizi açıldıqdan sonra belə, Abxaziya dəmir yolu olmadan (yaxın gələcəkdə açılması nəzərdə tutulmayıb), İran İran-Ermənistan-Gürcüstan-Rusiya marşrutundan istifadə edə və ya müstəqil olaraq Fars körfəzini yarada bilməyəcək. Beləliklə, İran Qara dənizə davamlı çıxış əldə etmək üçün hələ də Türkiyədən asılı olacaq. Ona görə də yeni dəhlizin açılması Türkiyəyə İranla münasibətlərdə əhəmiyyətli üstünlük verəcək. Bütövlükdə, Zəngəzur dəhlizinin açılması Türkiyənin bölgədəki mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək və təsirini artıracaq (Quliyeva G, 2022). 

Dünya ölkələrinin diqqətində olan münaqişəli məsələlərdən biri də Rusiya-Ukrayna müharibəsidir. Müharibənin başladığı gündən bəri dünyada yükdaşınmada yeni tələblər yarandı. Bu tələblərdən biri də yeni tədarük zəncirlərindən istifadədir. Təhlükəsizlik baxımından və tətbiq edilən sanksiyalara görə Rusiyadan keçən marşrutlardan istifadə azalmışdır. Rusiya-Ukrayna münaqişəsi nəticəsində Rusiyaya tətbiq olunan sanksiyalar nəticəsində Avropanın Azərbaycan qazına olan tələbi artmışdır (Valiyev J, 2023).

Azərbaycanın qonşu ölkələrlə birgə qura biləcəyi, “3+3” formatlı geosiyasi əməkdaşlıq ilə beynəlxalq yükdaşımalarda yeni iqtisadi ağırlıq yarada bilər. Qeyd olunan “3+3” formatına, Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyə, Rusiya, İran daxil edilə bilər. (https://ereforms.gov.az/az/ekspertyazilari/zengezurdehlizinderegionolkelerinindemaragiyuksekdir59).

44 günlük Vətən Müharibəsinin nəticəsi ilə Avrasiyanın geosiyasi xəritəsində yaratdığı yeni imkanlar, beynəlxalq nəqliyyat sisteminin yenidən qurulması məsələsini ön plana çəkmişdir.

(https://www.azerbaijannews.az/posts/detail/zengezurdehlizininiqtisadiehemiyyetiavropaveasiyaolkeleriucundeboyukdur1630444295).

Zəngəzur dəhlizinin önəmini Avropa ilə Çin əlaqələri üçün də xüsusi qeyd edə bilərik. Hal-hazırda Çin və Avropa ölkələri arasında reallaşdırılan mal mübadiləsinin həcminə diqqət yetirsək trilyon dollarla ölçüldüyünü görmək olar. Son aşama olaraq Bakı-Tbilisi-Kars dəmir yolu ilə qonşu ölkə Türkiyəyə və oradan Avropaya nəql olunur. Bu yükdaşıma üçün 2 həftə vaxt sərf olunur. Eyni ilə, Avropa malları da eyni marşrut istiqaməti ilə geri Çinə qayıdır.

Bundan başqa, onu da qeyd edə bilərik ki, Zəngəzur dəhlizi Sakit və Atlantik okeanları arasında ən qısa quru nəqliyyat marşrutu olmaqla yanaşı, həmçinin Şimal-Cənub və Şərq-Qərb marşrutlarının kəsişmə nöqtəsi olacaqdır. Bununla da, Avropa və Asiyanı birləşdirən quru nəqliyyat marşrutunun fəaliyyətini hiss olunacaq qədər genişləndirəcəkdir (Akıncı and Kaba, 2023).

Dəhlizin ölkə yükdaşımalarında önəmi

Azərbaycanın şanlı qələbəsi ilə yaranan yeni imkanlar beynəlxalq nəqliyyat şəbəkəsinin yenidən qurulması reallığını yaradıb. Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxışında dəhlizin önəmi ön plana atılır. Əsas lokomotivlərdən olan Çindən daxil olan yüklərin daşınması, Süveyş kanalından keçən dəniz nəqliyyatına alternativ dəhlizin formalaşdırılması ölkəmizin, eləcə də Zəngəzur nəqliyyat dəhlizinin vacib nəqliyyat alternativinə çevrilməsinə şərait yaradır. 2021-ci ildə  Süveyş  kanalında “Evergreen” gəmisinin saya oturması səbəbindən gün ərzində qərbə daşınan yüklərdə 5.1mlrd, əks istiqamətdə daşınan yüklər üzrə isə 4.5mlrd olmaqla toplam 9.6mlrd dollar itirilmişdir. Dünya yük daşımalarında təqribən 12% paya sahib olan bu kanalı nəzərə alsaq, alternative nəqliyyat şəbəkələrinin, o cümlədən yeni dəhliz ilə ölkəmizin Avrasiyanın nəqliyyat infrastrukturunda iqtisadi əhəmiyyətini görə bilərik.

 (https://ereforms.gov.az/az/ekspertyazilari/zengezurdehlizinderegionolkelerinindemaragiyuksekdir59).

Ölkə başçısının strategiyasına diqqət yetirsək, ölkəmizin coğrafi mövqeyindən səmərəli istifadəni və Azərbaycanın qitələr arasında əsas nəqliyyat qovşaqlarından birinə çevrilməsinə önəm verdiyini görə bilərik. Zəngızur dəhlizin iqtisadi potensialından biri də Azərbaycanın beynəlxalq iqtisadi proseslərin iştirakçısına çevrilməsidir. Asiya və Avropa qitələri arasında ticarət dövriyyəsinin 200mlrd artacağını nəzərə alsaq, yüklərin 10-15faizinin Zəngəzur dəhlizi vasitəsi ilə daşınması reallaşarsa ölkə  iqtisadiyyatı 3 – 3.5 mlrd dollar gəliri yalnız tranzit olaraq əldə edəcəkdir. Bununla da dəhlizin fəaliyyəti dövlət büdcəsinə maliyyə axınını təmin edəcəkdir.

(https://vergiler.az/news/economy/20673.html).

Ötən il üzrə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcminə diqqət yetirsək 51420,6 min ton, yük dövriyyəsi isə 12648,9 milyon ton-km olduğunu görə bilərik. Bu göstərici 2021-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 29,8 faiz və 31,9 faiz artmışdır. Yüklərin 27966,8 min tonu və ya 54,4 faizi avtomobil nəqliyyatı, 16841,2 min tonu və ya 32,7 faizi dəmir yolu nəqliyyatı, 6612,6 min tonu və ya 12,9 faizi dəniz nəqliyyatı ilə daşınmışdır. Avropa-Qafqaz-Asiya dəhlizi vasitəsilə daşınmış yüklərin 26,5 faizini və ya 13634,6 min tonunu tranzit yüklər təşkil etmişdir

(https://www.stat.gov.az/news/index.php?lang=az&id=5434).

Ümumilikdə, 2018-2022-ci illər aralığında ölkə üzrə nəqliyyat sektoru üzrə daşınan yüklərin həcminə diqqət yetirsək, dəmir yolu nəqliyyatı ilə daşınan yüklərin artan templə davam etdiyini görə bilərik.

 

Cədvəl 1: Nəqliyyat sektorunda yük daşınması, 1000 ton (2018-2022)

 

2018

2019

2020

2021

2022

Cəmi

230,144

235,288

188,629

193,903

218,716

Dəmir yolu

13,954

15,222

14,631

15,058

18,730

Dəniz

8,236

5,969

5,982

5,468

7,519

Hava

208

183

458

557

407

Boru kəməri

58,402

58,596

56,040

60,298

66,035

neft kəməri

41,491

38,787

34,720

35,018

37,782

qaz kəməri

16,911

19,809

21,320

25,280

28,253

Avtomobil

149,344

155,318

111,518

112,522

126,025

Mənbə: https://www.stat.gov.az/source/transport/

 

                Zəngəzur             dəhlizinin            açılması               Naxçıvan              Muxtar

Respublikasının xarici ticarət dövriyyə həcminin artmasına da təsir göstərəcəkdir. Çünki yük daşınmaları üçün çəkilən xərcin aşağı düşməsi muxtar respublikanın ixrac qabiliyyətini hiss olunacaq qədər artıracaqdır. Muxtar respublikada 2020-ci il ərzində nəqliyyat sektoru üzrə 16 milyon 757 min 600 ton yük daşınmışdır. Kommunikasiyaların qısa zaman ərzində bərpa olunması bu rəqəmlərin dəfələrlə artmasına imkan verəcəkdir (Həsənov, 2021)

Koridorun açılması Türkiyə ilə  Azərbaycan arasındakı quru məsafəni 400 kilometrə qədər azaldacaqdır. Zəngəzur dəhlizinin modernləşdirilməsində Kars-Gümrü dəmir yolu vasitəsi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Layihənin reallaşması, 13il ərzində marşrut üzrə yük daşıma tutumu 10milyon tona çatacaqdır. Türkiyə ilə Ermənistan münasibətlərinin yaxşılaşması halında bu ölkələr arasında ticarət həcmi 10% arta bilər. Qarabağ bölgəsinin müstəqilliyi qonşu ölkələrlə yanaşı Azərbaycan iqtisadiyyatının inkişafında yeni təkan olaraq, kənd təsərrüfatında 10.4%, turizm sektoruda 5.5%, nəqliyyat xidmətləri üzrə 4.9%

artmasına           imkan    verəcəkdir          (https://www.eurasian

research.org/publication/zengezurkoridorununazerbaycanvebolgeicinonemi/?lang=tr).

Ekspertlərin fikrinə görə, Zəngəzur dəhlizinin yaradılması Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətinə təsir göstərəcəyi qeyd olunur. Bununla yanaşı, Zəngəzur dəhlizinin yaradılmasında ölkəmizin qarşıya qoyduğu məqsədi BTQ-ni istifadəsiz qoymamaqdır, çünki hər iki yol Azərbaycan üçün vacibdir və yeni dəhliz Azərbaycanın Türkiyə və Qara dənizə strateji əhəmiyyətli nəqliyyat marşrutlarının diversifikasiyasına xidmət edəcək. BTQ bununla yanaşı Qara dəniz limanlarına daha qısa çıxışı təmin edir. Buna baxmayaraq, Orta Dəhlizlə daşınan yüklərin həcmi ildən-ilə artır. Hər iki nəqliyyat qovşağı, gələcəkdə artan yüklərin həcmini davamlı şəkildə daşımasını təmin etmək üçün daha səmərəli olacaqdır (Quliyeva G, 2022).

Azərbaycanın cənub qonşusu olan İran, Zəngəzur dəhlizinin açılması ilə bağlı narahatlığını dəfələrlə bildirmişdir. Diqqət etsək görərik ki, yeni dəhlizin açılması aşağıda qeyd olunan məsələləri ölkəmizin xeyrinə dəyişməsi ilə nəticələnə bilər. Bunlara:

Türkiyə ilə İran arasında illər əvvəl imzalanan qaz sazişinin pozulmasına səbəb ola bilər. Beləki, Türkiyə İrana min kubmetr qaz üçün 490$ ödəməkdən imtina edərək, eyni miqdarı Azərbaycandan 335$ ödəyərək nail olmasını

Türkmənistandan İran vasitəsilə Türkiyəyə, daha sonra Avropaya gedən qaz boru kəmərinin layihəsi maliyyə anlaşmazlığı səbəbindən 2017-ci ildə donduruldu.

Türkmənistan indi bu qazı Azərbaycandan keçərək Avropaya çatdıra bilməsi ehtimalını daxil edə bilərik (pdf ingcə şəkilli)

Nəticə.15 iyun 2021-ci ildə imzalanan Şuşa bəyannaməsi ilə Zəngəzur dəhlizi məsələsi ön plana çıxmış oldu. Dəhlizin açılması Cənubi Qafqaz ölkələrinin və digər regionların əlaqəsini asanlaşdıracaqdır. Bundan başqa, dəhliz Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyə həcminin artmasına və Türkiyə Respublikası ilə əlaqələrdə quru məsafəsinin hiss olunacaq qədər azalmasına kömək edəcəkdir. Beləliklə, daha qısa zaman kəsiyi ilə sərnişin və yükdaşımalarda daha üstün gəlirlilik əldə olunacaqdır. Bununla da dəhlizin fəaliyyəti dövlət büdcəsinə maliyyə axınını təmin edəcəkdir.

how can we help you?

Contact us at the Consulting WP office nearest to you or submit a business inquiry online.

Consulting theme is an invaluable partner. Our teams have collaborated to support the growing field of practitioners using collective impact.

Donald Simpson
Chairman, Bluewater Corp