Zəngəzur dəhlizinin Azərbaycanın Türkiyə, Cənubi Qafqaz və digər qonşu ölkələr ilə sosial-iqtisadi münasibətlərində roluTəhminə Məmmədova - Mingəçevir Dövlət Universiteti, laborant
E-mail: thmammadova@gmail.com
Tel: +994507695115

İllərdir davam edən Ermənistan-Azərbaycan münaqişəsi o vaxtdan bu günə qədər Azərbaycanın Ermənistanla sərhədlərinin bağlanması, Ermənistanın Mehri bölgəsi ilə Azərbaycan və Ermənistanı birləşdirən (tarixi olaraq) avtomobil və dəmir yolu əlaqələrinin dayandırılması müharibə edən iki ölkə arasında iqtisadi və siyasi münasibətləri pisləşdirib. Tarixən Kiçik Qafqaz dağları, Anadolu dağları və Zaqros dağlarının qovuşduğu yerdə yerləşən Zəngəzur dəhlizi bu region və ondan kənar ölkələr arasında ticarət əlaqələrinin qurulmasında və nəqliyyat şəbəkəsinin tranzit olaraq hərəkətində mühüm rol oynamışdır. Zəngəzur dəhlizinin açılması regional nəqliyyat arxitekturasına və region ölkələri arasında iqtisadi əməkdaşlığa əhəmiyyətli təsir göstərəcək. Yeni dəhlizin region ölkələri üçün üstünlüyü onun Cənubi Qafqaz ölkələri üzərində iqtisadi təsiri və onların qonşu dövlətlərlə əlaqələri və Cənubi Qafqaz regionunun nəqliyyat qovşağı kimi yerləşməsi, habelə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında həm iqtisadi, həm də siyasi əlaqlərinin daha da inkişafı ilə şərtlənir. Qeyd olunanlarla yanaşı, təbii ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanın iqtisadi və regional inkişafı üçün mühüm məsələdir. Belə ki, ilk olaraq qonşu və qardaş ölkə olan Türkiyə ilə münasibətlərimizin daha da dərinləşməsi və idxal-ixrac əməliyyatlarının artması, eləcə də Azərbaycanın Avropa bazarına birbaşa çıxışının təmin olunması deməkdir.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı Azərbaycanın Naxçıvan Muxtar Respublikasını iqtisadi təcrid vəziyyətinə salmış, onun Azərbaycan ilə tranzit kommunikasiya əlaqələri illərlə dayandırılmışdır. 

 Naxçıvan Muxtar Respublikasının Azərbaycan ilə birbaşa sərhədi yoxdur və onu bu ölkə birləşdirən ən qısa quru yolu münaqişə başlamazdan əvvəl Ermənistan ərazisindən keçirdi. Beləliklə, Azərbaycan və Ermənistan arasında sərhədlər bağlandıqca, Naxçıvan Muxtar Respublikası dənizə çıxışı olmayan bir eksklava çevrildi və Naxçıvan əhalisi əhəmiyyətli ərzaq çatışmazlığı və digər humanitar problemlərlə üzləşmiş oldu. Bu, Azərbaycanı İranın hava və quru nəqliyyat marşrutundan asılı vəziyyətə saldı, bu marşrut Naxçıvan ilə əlaqə üçün daha uzun və dolayı yol sayılırdı. Həmçinin, NMR üçün lazım olan enerji və digər ehtiyatların ödənilməsi üçün də İran İslam Respublikası ilə bir sıra məcburi sazişlərin bağlanmasına səbəb oldu.

Azərbaycan hökuməti Naxçıvan Muxtar Respublikası iqtisadi inkişafını səmərəli şəkildə dəstəkləyə bilsə də, əlaqənin zəif olması təhlükəsizlik və iqtisadi baxımdan narahatlıqlar yaradırdı və bu da qonşu ölkələr üçün arzuolunan məqam idi. 10 noyabr tarixində qarşılıqlı şəkildə razılaşdırılan atəşkəsdə (Rusiya, Ermənistan və Azərbaycan arasında) Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas ərazisi arasında nəqliyyat əlaqələrinin bərpası Azərbaycan üçün ən mühüm şərtlərdən biri idi, çünki bu dəhliz mühüm nəqliyyat imkanlarına malikdir. Bütün iqtisadi əlaqələrin bərpası və Zəngəzur dəhlizinin yaradılması region ölkələrinə yuxarıda qeyd olunan iqtisadi problem və maneələri dəf etməyə imkan verəcək. Bu baxımdan salınması planlaşdırılan Zəngəzur dəhlizi Naxçıvan Muxtar Respublikasını iqtisadi blokadadan çıxaracaq. Naxçıvanla Azərbaycanın böyük hissəsi arasında birbaşa əlaqələrin bərpası həm Naxçıvanda, həm də Azərbaycanda iqtisadi inkişaf üçün yeni imkanlar yaradaraq, səyahət vaxtlarını və nəqliyyat xərclərini azaldacaq (Güner, 2018).

  İkinci Qarabağ müharibəsi Cənubi Qafqazda mövcud olan uzunmüddətli münaqişəyə 44 gün ərzində son qoymuş oldu. Amma bununla belə Ermənistanın və eləcədə də ölkəmizdə mövcud olan qondarma rejimin rəhbərləri siyasi və iqtisadi çətinlikləri davam etdirərək regionun sabitliyini təhdid etməkdə davam edir (Bayar, 2021). Buna baxmayaraq, Ermənistan və Azərbaycan arasında imzalanmas planlaşdırılan sülh sazişi baş tutarsa və Zəngəzur dəhlizi açılarsa, bu hər iki ölkə üçün planlaşdırılan fürsətlər yaradacaq. Belə ki, hər iki ölkə öz müttəfiqləri ilə birbaşa münasibətlərində inkişafa nail olacaq. Yəni, Ermənistanın Rusiya ilə, Azərbaycanın isə Türkiyə ilə birbaşa quru nəqliyyat xətləri mövcud olacaq.

Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın qərb rayonları ilə bu eksklavın quru-tranzit əlaqəsini bərpa etməklə Naxçıvan Muxtar Respublikasının iqtisadi təcridinə son qoyacaq və təhlükəsizlik problemlərini həll edəcək. Eyni zamanda, bu yeni dəhliz Azərbaycana həm də əsas iqtisadi tərəfdaşlarından biri olan Türkiyə ilə alternativ və daha qısa quru nəqliyyat əlaqələri yaratmağa imkan verəcək. Azərbaycan hazırda Türkiyə ilə yalnız Naxçıvan Muxtar Respublikasında çox kiçik ərazi (11 km) vasitəsilə həmsərhəddir (Замараева, 2021). 

Hazırda Azərbaycan və Türkiyə arasında yüklərin quru daşınması yalnız Gürcüstan və İran kimi üçüncü ölkələrin əraziləri vasitəsilə həyata keçirilir. İlkin hesablamalara görə,

Zəngəzur dəhlizi ilə Azərbaycandan Türkiyəyə marşrut indi Gürcüstandan keçən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə müqayisədə 343 km daha qısa olacaq. Buna görə də Zəngəzur dəhlizinin bu iki ölkə arasında daha səmərəli əlaqə quracağına və onların ikitərəfli iqtisadi əlaqələrini stimullaşdıracağına inanılır. Zəngəzur dəhlizi ilə yanaşı, Azərbaycan Türkiyə ilə birlikdə Türkiyənin şərq bölgələrində yeni dəmir yolu xətti çəkərək nəqliyyat əlaqəsini gücləndirməyi planlaşdırır. 2020ci ilin fevralında Bakı və Ankara arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, Türkiyə öz ərazilərindən Naxçıvan Muxtar Respublikasına dəmir yolu xəttinin (BTQ dəmir yolunun bifurkasiyası) tikintisini elan edib ki, bu da daşımaların həcmini artmasına və nəqliyyatın ötürücülük qabiliyyətinin yüksəlməsinə şərait yaradacaq. 

10 noyabr 2020-ci il tarixli sazişin 9-cu maddəsində açıq şəkildə qeyd olunub ki, regionda bütün kommunikasiyalar, o cümlədən Azərbaycan və Naxçıvan arasında rabitə blokdan çıxarılacaq. 9-cu maddənin dəqiq mətni isə aşağıdakı kimidir: 

 “Rayonda bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunacaq. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat rabitəsinin təhlükəsizliyinə təminat verir”. 

Qeyd edək ki, Zəngəzur rayonu regional iqtisadi inteqrasiya baxımından çox mühümdür və yuxarıda qeyd edildiyi kimi, 10 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu maddəsinə əsasən, bütün iqtisadi əlaqələrlə yanaşı regionda nəqliyyat əlaqələri də bərpa edilməli, Ermənistan-İran sərhədini qoruyan Rusiya sərhədçiləri Azərbaycanın qərb rayonları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyini təmin etməli olacaqlar. Bu o deməkdir ki, Azərbaycan onilliklər ərzində bağlı qalan Zəngəzur dəhlizi ilə öz anklavına köhnə nəqliyyat marşrutunu bərpa edə biləcək. Zəngəzur Azərbaycan üçün Naxçıvanın qapısı olmaqla yanaşı, həm də Azərbaycanın tarixində və milli kimliyində xüsusi yer tutur. Bu baxımdan Zəngəzurla bağlı müzakirələrin yalnız bu günə aid olduğunu düşünmək böyük səhv olardı. Zəngəzurun taleyi 20-ci əsrin əvvəllərində SSRİ-nin Qafqazı transformasiya prosesinin mərkəzinə qoyması və bu günə qədər davam edən mübahisələrin əsasını qoyması ilə bağlandı. SSRİ rəhbərliyi əvvəlcə bütün Zəngəzuru Ermənistana vermək istəsə də, sonradan təslim olub, onu iki yerə böldülər. Qərbi Zəngəzur Ermənistana verildi, Şərqi Zəngəzur isə Azərbaycanın tərkibində qaldı (Сергеевич, 2008).

Erməni cəmiyyəti Zəngəzur dəhlizinin yaradılmasının əleyhinə olsa da, onların “milli təhlükəsizliyinə təhdid” hesab etdikləri halda, bu, Ermənistan üçün də əhəmiyyətli üstünlüklər yarada bilər. Azərbaycana qarşı təcavüzkar işğalından ən çox zərər çəkən Ermənistan Azərbaycan və Türkiyə ilə sərhədləri bağladığına görə (bu, Ermənistanın beynəlxalq sərhədlərinin 80%-ni təşkil edir) iqtisadi inkişafdan kifayət qədər geri qalır. İqtisadi cəhətdən zəif olan ölkədə isə əhalinin yaşayış səviyyəsi aşağı düşür və bunu nəticəsində də, 1991-2020ci illər arasında kütləvi mühacirət nəticəsində Ermənistan əhalisinin ümumi sayı 3,57 milyon nəfərdən 2,96 nəfərə qədər azalmışdır (Grigoryan, 2020). Mənfi iqtisadi nəticələrə baxmayaraq, Ermənistan öz cəmiyyətinin millətçi əhval-ruhiyyəsi altında işğala son qoymağa meylli deyildi. 

Beləliklə, 44 günlük müharibə Ermənistan-Azərbaycan münaqişəsinə son qoyduğu üçün Ermənistan üçün iqtisadi təcridin aradan qaldırılması nəticəsində yeni imkanlar yaranıb. Bu baxımdan, Zəngəzur dəhlizi qonşu dövlətlərlə iqtisadi inteqrasiya müqabilində Ermənistanın işğalçılıq siyasətinin neytrallaşdırılmasında mühüm rol oynaya bilər. Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin açılmasını nəzərdə tutan 10 noyabr bəyanat imzalandıqdan sonra Ermənistandakı bəzi millətçi qruplar və ekspertlər öz hökumətlərinin “dəhliz” yaratmaq meylinə qarşı çıxıblar və bu dəhlizin açılmasının Ermənistana mənfi təsir göstərəcəyini iddia ediblər. Lakin Ermənistanın təcrid olunma ilə bağlı iqtisadi problemləri onları dəhlizin yaradılması üzərində Ermənistan hökumətini işləməyə sövq etməlidir.

Zəngəzur dəhlizi Ermənistan üçün bir sıra üstünlüklər verəcək. Ermənistan ilk növbədə Azərbaycan əraziləri vasitəsilə əsas iqtisadi tərəfdaşı Rusiya ilə alternativ quru əlaqəsi əldə edə biləcək. 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş verən müharibədən sonra Gürcüstanın Abxaziya bölgəsindən keçən Rusiya və Ermənistanı birləşdirən əsas dəmir yolu bağlandı və iqlim şəraiti səbəbindən tez-tez bağlanan Yuxarı Lars şossesi quru əlaqəsi üçün yeganə yola çevrildi.

 Burdan nəticə çıxarmaq olar ki, Zəngəzur dəhlizi bu problemi həll edə bilər və Ermənistanın Avrasiya İqtisadi Birliyinin digər üzvləri, o cümlədən Rusiya ilə ikitərəfli iqtisadi əlaqələrinə müsbət təsir göstərə bilər. Zəngəzur dəhlizinin açılması Ermənistan və İran arasında ikitərəfli münasibətlərə də müsbət təsir göstərə bilər, belə ki, bu, tərəflərə Naxçıvan Muxtar Respublikasında keçən və Ermənistan-Azərbaycan münaqişəsi səbəbindən 1990-cı illərin əvvəllərində bağlanmış əvvəlki dəmir yolu əlaqəsini bərpa etməyə imkan verəcək. Bu, Ermənistanı İranla birləşdirən yeganə dəmir yolu idi. İşğal zamanı Ermənistan və İran Ermənistanın cənub hissəsində yerləşən Mehri bölgəsindən keçməklə alternativ dəmir yolu əlaqəsi qurmağa cəhd ediblər. Lakin tikinti xərcləri yüksək olduğundan həmin layihə başa çatdırılmayıb.

Dəhlizin üstünlüklərinə baxmayaraq, Ermənistan Zəngəzur dəhlizinin yaradılması prosesini uzadır və heç bir yolun tikintisinə başlamamışdır. Bütün bunlara baxmayaraq, Azərbaycan bu dəhlizin alternativləri üzərində işləyir.

 Belə ki, Azərbaycan 2022-ci il martın 11-də Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə İran ərazisindən keçməklə birləşdirən yeni kommunikasiya xətlərinin yaradılması üçün İranla anlaşma memorandumu imzalayıb. İmzalanmış memoranduma əsasən, tərəflər Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu və enerji təchizatı xətlərinin tikintisini planlaşdırılmışdır. Zəngəzur dəhlizinə paralel yolun mövcudluğu Ermənistanı iqtisadi təcridinə son qoymaq üçün

Zəngəzur dəhlizinin yaradılması prosesini sürətləndirməyə təkan verəcək, çünki Zəngəzur dəhlizindən bir daha Azərbaycana qarşı siyasi alət kimi istifadə edə bilməyəcək.

Zəngəzur dəhlizinin açılması həm də Türkiyə, Azərbaycan və üç Mərkəzi Asiya ölkəsindən (Qazaxıstan, Qırğızıstan və Özbəkistan) ibarət Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər arasında inteqrasiyanın dərinləşməsində mühüm rol oynayacaq. 

Macarıstan və Türkmənistan bu təşkilatda müşahidəçi statusuna malikdir. Xəzər dənizi coğrafi baxımdan bir-birindən ayrılmaqla yanaşı, bu ölkələri Azərbaycan və onun qərb tərəfində yerləşən Türkiyə ilə, şərqdə isə Orta Asiya ölkələri ilə birləşdirir. Azərbaycanın Xəzər dənizi vasitəsilə Orta Asiya ilə əlaqə problemi olmadığı halda, Ermənistan işğalı Türkiyənin TDT üzvləri ilə daha qısa quru əlaqə qurmasını fiziki cəhətdən problemli etdi. Ona görə də Zəngəzur dəhlizinin yaradılması Türkiyə üçün Mərkəzi Asiya dövlətləri ilə daha qısa tranzit əlaqəsinin yaradılmasında səmərəli alternativ olacaqdır (Jardine, 2018).

 Zəngəzur dəhlizi TDT-in üzvləri arasında körpü olmaqla, ümumi ÜDM-in 1,5 trilyon ABŞ dolları həcmində və ümumi əhalisi 150 milyon nəfər olan bu ölkələrin iqtisadi potensialına, inkişafına və inteqrasiyasına töhfə verəcək.

Gürcüstan tərəfdaş ölkələrlə birlikdə ölkə ərazisindən keçən nəqliyyat marşrutlarının səmərəliliyini və dayanıqlığını daha da yüksəltməyi planlaşdırır və Gürcüstan ərazisindən yükdaşımaların həcminin artması bunun vacibliyini açıq şəkildə göstərir. Qarabağdakı qələbə ilə əlaqədar Bakıda keçirilən qələbə yürüşündən sonra Azərbaycan və Türkiyə prezidentləri Cənubi Qafqazda regional əməkdaşlıq üçün altıtərəfli platforma təklif etdilər. Amma Gürcüstan lap əvvəldən Rusiyaya görə bu platformaya qarşı idi. Azərbaycan və Rusiya isə Türkiyənin təklifini dəstəkləyirdilər.

Ermənistan-Azərbaycan münaqişəsi şərqdə nəqliyyat marşrutlarının inkişafına və istifadəsinə mane olan əsas səbəblərdən biri idi. Türkiyənin Naxçıvan Muxtar Respublikası vasitəsilə Azərbaycanla yeganə quru əlaqəsi Ermənistanın Zəngəzur bölgəsindən keçdiyi üçün kəsilib. Sərhəd bağlandığı üçün Türkiyə bu marşrutdan Türkiyənin əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycanla əlaqə yarada bilmədi. Əvəzində Gürcüstandan keçən magistral yollardan istifadə edilməli idi, beləliklə, məsafə və vaxtı artırdı. Ermənistanla sərhədin bağlanması Türkiyənin enerji resurslarına asan çıxışı üçün də əlavə problemlər yaratdı və bu da öz növbəsində Gürcüstan ərazisindən neft və qaz kəmərlərinin çəkilməsinə səbəb oldu. Gürcüstan bölgədəki bütün nəqliyyat dəhlizlərinin öz ərazisindən keçməsini istəyir və Ermənistandan fərqli olaraq Türkiyənin təsirindən qorxmur. Ancaq bunu açıq şəkildə ifadə etməsə də, Rusiya Gürcüstandan asılı olmaq istəmir, eləcə də, Azərbaycan da bu məsələdə Zəngəzur dəhlizinin istifadəyə verilməsində maraqlıdır. Zəngəzur dəhlizi ilə Gürcüstanın nəqliyyat infrastrukturuna alternativ yaranacaq və mövcud problem aradan qalxacaq. 

Cənubi Qafqazda əlaqələrin açılmasından Rusiya da xeyli faydalanacaq. Zəngəzur dəhlizi Rusiya üçün də alternativ marşrutdur və bu marşrut vasitəsilə Rusiya nəqliyyat sistemi yeni dəhlizlə Naxçıvan Muxtar Respublikasına, Cənubi Qafqazın digər ölkələrinə və oradan isə Avropaya birbaşa və rahat şəkildə çıxış əldə etmiş olacaq. Rusiyanın Yaxın Şərq bazarlarına da alternativ marşrutu olacaq və ən əsası Rusiya Gürcüstandan yan keçməklə birbaşa Ermənistana çıxış əldə edəcək. 

Çin-Pakistan İqtisadi Dəhlizi (CPEC) çərçivəsində ÇinPakistan əməkdaşlığı Rusiya Federasiyasının ona qoşulması ilə ilkin mərhələdə formalaşmaqla Avrasiyanın daha geniş kontinental regionallaşdırılması ilə bağlı Rusiyanın ideyasının praktiki həyata keçirilməsinə töhfə verə bilər. Bu, şərti olaraq Rusiyanı Mərkəzi Avrasiyanın Şimal qütbü, Pakistanı Cənub qütbü, Çin və İranı isə müvafiq olaraq onun Şərq və Qərb qütbləri hesab etməyə imkan verir. Bu dövlətlərin çoxşaxəli əməkdaşlığı təkcə onların qarşılıqlı əlaqəsinin (nəqliyyat, enerji, hərbi-texniki, humanitar və s.) artmasına deyil, həm də regionda gərginliyin azaldılması və sülhün əldə olunması üçün davamlı sosial-iqtisadi inkişafa töhfə verə bilər. Bu mövzu, xüsusən də bu il martın 27-də “Pakistan-Rusiya strateji əlaqələri: əməkdaşlıq perspektivləri” adlı Beynəlxalq Konfransda rus və pakistanlı ekspertlər tərəfindən geniş müzakirə edilib. 

Əgər Ermənistan qonşularına qarşı təcavüzkar siyasətindən əl çəkib sülh və əməkdaşlıq siyasətini seçərsə, o zaman bütün yolların bərpası, o cümlədən Zəngəzur dəhlizinin yaradılması ölkəyə ciddi iqtisadi səmərə verəcək. Ermənistan Zəngəzur dəhlizindən istifadə etməklə iqtisadi təcriddən çıxa və regional nəqliyyat layihələrinə qoşula bilər. 

44 günlük müharibənin və Ermənistan-Azərbaycan münaqişəsinin sona çatmasının Cənubi Qafqaz və onun qonşuları üçün ciddi iqtisadi nəticələri var. Region ölkələri arasında münaqişə səbəbindən kəsilən iqtisadi əlaqələrin bərpası regionun 30 il ərzində formalaşmış geoiqtisadi xəritəsini dəyişəcək. Regionda nəqliyyat şəbəkəsinin genişləndirilməsi region ölkələri arasında ticarət əlaqələrinin inkişafı üçün yeni imkanlar açacaq. Bu, beynəlxalq iqtisadi əlaqələr sistemində və Qərb-Şərq və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində

Cənubi Qafqaz ölkələrinin mövqeyini gücləndirəcək.

Rusiya prezidenti Vladimir Putin 2021-ci il oktyabrın 21də Valday konfransında 1920-ci illərin xəritələrindən istifadə təklifinə əsaslandığını bildirib. Putin Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası zamanı tərəflərin seçimini istisna etməyib. Beləliklə, Moskva Rusiya sənədlərindən istifadə etməyi təklif edir və bu, həm də Zəngəzur dəhlizinin həyata keçirilməsi üçün üstünlük təşkil edir.

 Ermənistan və Azərbaycan arasında 2020-ci il noyabrın 10-da imzalanmış atəşkəs mətninə əsasən, buradan açıq şəkildə belə bir nəticə çıxır ki, Rusiya bu dəhlizin açılmasını dəstəkləyir. Atəşkəs mətnində göstərilir ki, Azərbaycan Ermənistanın istifadə etdiyi Laçın dəhlizi müqabilində Ermənistan vasitəsilə Naxçıvanla birləşəcək. Mətndə hər iki dəhlizin təhlükəsizliyinin Rusiya tərəfindən təmin ediləcəyi də vurğulanır. Rusiya Laçın və Zəngəzur dəhlizləri vasitəsilə Qafqazda tarixi fəaliyyətini təsdiqləmək və gücləndirmək, Qafqazdan keçən bütün tranzit, nəqliyyat və enerji xətlərini öz geostrateji nəzarətində saxlamaq istəyir. Dəhlizlər sayəsində Rusiya Türkiyə, Azərbaycan və Ermənistan arasında münasibətlərdə əsas vasitəçi olacaq, həm də onların bütün daşımalarına nəzarət edəcək. 

Rusiyanın Zəngəzur dəhlizində üstünlüyü ona türk dünyasını nəzarətdə saxlamağa və təsir imkanlarını, o cümlədən Azərbaycan üzərində təsir rıçaqlarını saxlamağa imkan verəcək. Buna misal olaraq Laçın dəhlizini göstərmək olar. Azərbaycan ərazisində olmasına baxmayaraq, ona nəzarət Rusiyanın əlindədir. Rusiya yük maşınlarının giriş-çıxışına ciddi məhdudiyyətlər qoya bilər və bu, Türkiyə və Azərbaycan üçün Rusiyadan yeni asılılıq demək olardı. Rusiya da İranın Xəzər dənizindən Fars körfəzinə ən yaxın dəhliz olmaq iddiasına mane olur və onu Rusiyanın təsir və nəzarət dairəsindən kənarda saxlayır. Rusiyanın dəhlizə nəzarət etməsi Zəngəzurda hər hansı hərbi əməliyyatın keçirilməsi ehtimalını inkar edir.

Göründüyü kimi, noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan bəyanatda kommunikasiyaların açılması ilə bağlı bənd Ankaranın Qars müqaviləsinin şərtlərinə əməl etmək tələbi nəticəsində yaranıb. İranı narahat edən əsas məsələ də budur. İran baxımından Zəngəzur dəhlizi Qafqaz regionunun sabitləşməsi deməkdir və bu, İranın təsirinin zəifləməsi deməkdir. Naxçıvanı Azərbaycanla birləşdirəcək dəhlizin açılması İran üçün iqtisadi və siyasi risklər deməkdir.

Ermənistan ehtiyatlı davranır və dəqiq cavab vermədən prosesi ləngidir. Səbəb isə Qərbin, xüsusən də Amerika Birləşmiş Ştatlarının (ABŞ) bu platformaya müsbət baxmamasıdır. ABŞ regional platformaya qarşı çıxır və problemlərin həllini və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığı davam etdirməyi təklif edir. İranın platformanı alqışladığını da söyləmək olmaz. İslam Respublikası Cənubi Qafqazla əlaqələri üçüncü tərəf olmadan ikitərəfli səviyyədə davam etdirmək istəyir.Zəngəzur dəhlizi Xəzər dənizinin iki sahilini birləşdirərək Asiyanı Avropa ilə birləşdirən Orta Dəhlizinin uzantılarından birinə çevriləcək. İnkişaf etməkdə olan qlobal geosiyasi vəziyyət, o cümlədən RusiyaUkrayna hərbi qarşıdurması və yükdaşımaların müəyyən hissəsinin dəniz yolları ilə yerüstü marşrutlara istiqamətləndirilməsində Çin və ABŞ arasında artan rəqabət, ola bilsin ki, ölkə daxilində quru yollarının əhəmiyyətini artıracaq. 

Zəngəzur dəhlizi regionun iqtisadi inteqrasiyasını və iqtisadi inkişafını sürətləndirəcək. Cənubi Qafqaz – Orta Asiya xətti həm Türkiyənin, həm də Çinin böyük əhəmiyyət verdiyi bir xəttdir və Zəngəzur dəhlizi bu xəttin mühüm hissələrindən biridir. Eyni zamanda, ümumiyyətlə, Orta Dəhliz Çinin nəqliyyat marşrutları baxımından Rusiyadan asılılığını azaldır, Cənub Dəhlizində isə sanksiya tətbiq edilən ərazilərdən daha az istifadə etdiyinə görə məhsullarının təhlükəsiz şəkildə Avropaya göndərilməsi baxımından strateji əhəmiyyət kəsb edir.  Zəngəzur dəhlizinin üstünlükləri ilə bağlı təhlil edilən bütün amillər onu göstərir ki, açılan zaman o, qonşu dövlətləri bir-biri ilə, Avropa, Asiya və Çin kimi digər regionlarla birləşdirən əsas marşrutlardan birinə çevriləcək. Azərbaycan Zəngəzur dəhlizinin açılmasından əsas faydalananlardan biri olacaq, çünki bu, Azərbaycana iqtisadi blokadaya son qoymağa imkan verəcək və Ermənistanın işğalı zamanı sərhədlərin bağlanması səbəbindən təcrid vəziyyətində qalan NMR-in sosial inkişafına müsbət təsir göstərəcək.

 Zəngəzur dəhlizinin Azərbaycan üçün digər üstünlüyü Türkiyə ilə daha qısa və alternativ quru-tranzit əlaqəsinin formalaşmasıdır ki, bu da onlar arasında ikitərəfli ticarət və turizm əlaqələrinin inkişafında mühüm rol oynayacaqdır. Türkiyə tərəfindən 230 km uzunluğunda Qars-İğdır-Naxçıvan dəmir yolunun çəkilməsi və onun Zəngəzur dəhlizinə qoşulması Azərbaycanla dairəvi dəmir yolu şəbəkəsini təşkil edəcək və iki ölkə arasında iqtisadi əlaqələri daha da gücləndirəcək. iqtisadi blokadadan və regional inteqrasiyaya qoşulmaqdan. Ermənistan yeni dəhlizdən istifadə etməklə Rusiya və Aİİ-nin digər üzvləri ilə daha qısa və davamlı əlaqə yarada bilər. Bu, həm də Ermənistanın İranla ikitərəfli əlaqələrinin inkişafına, aralarındakı köhnə dəmir yolunun bərpasına töhfə verəcək. Zəngəzur dəhlizi həm də TDT-ə üzv dövlətlər arasında nəqliyyat inteqrasiyasını dərinləşdirməklə körpü olacaq. Ötən onilliklərdə Ermənistanın işğalı ucbatından Türkiyə Azərbaycan və Mərkəzi Asiyada bu təşkilatın digər üzvləri ilə daha qısa quru-tranzit əlaqəsi yarada bilmədi. Beləliklə, Zəngəzur dəhlizi bu maneəni aradan qaldıra, üzv dövlətlər arasında ticarət və nəqliyyat əlaqələrinin inkişafına təkan verə bilər, həmçinin Cənubi Qafqaz regionunda sabitliyin və sülhün qorunmasında mühüm rol oynayacaqdır.

Zəngəzur dəhlizinin adının çəkildiyi ilk beynəlxalq sənəd Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi olmuşdur. Sənəddə dəhlizin açılmasının həm Türkiyə ilə Azərbaycan arasında regional əməkdaşlıq, həm də bütövlükdə strateji əhəmiyyət kəsb etdiyi qeyd edilib. Bundan əlavə, Zəngəzur dəhlizinin bölgəyə ciddi rahatlıq və sərvət gətirəcəyi, Ermənistanın dəmir yolu ilə Moskvaya və dünyaya asanlıqla çata biləcəyi iddia edilir (Aslanlı, 2021). 

Dəhlizin canlanması regionda sülhün qarşısında duran psixoloji maneələri zəiflətməyə kömək edə bilər (xüsusilə imperialist ambisiyalarını güdən xarici güclərin yaratdığı və daim alovlandırdığı hisslər). Bu dəhliz İstanbuldan (Xəzər dənizi vasitəsilə) Türküstanın ən şərq hissəsinə birbaşa nəqliyyat əlaqəsini təmin etdiyi üçün bəzən “Turan dəhlizi” kimi də təsvir edilir. Amma iqtisadi nöqteyi-nəzərdən bu, həm də Xəzər dənizinin qərb sahili ilə İstanbul, o cümlədən Marmaray, həmçinin Pekin və London arasında yeni əlaqə mənasını verə bilər. Ona görə də 10 noyabr Bəyanatı ilə regional əməkdaşlığın qlobal miqyasda nəticələr verə biləcəyinə ümidlər də artıb. Bu dəhliz Çin və Avropa arasında daha sürətli və təhlükəsiz ticarət baxımından mühüm rol oynaya bilər və bununla da Çin, Yaxın Şərq və Avropa ölkələri baxımından Türkiyə və türk dünyasının strateji mövqeyini gücləndirə bilər. Dəhlizin canlanması Azərbaycan və Türkiyə arasında körpü rolunu oynayan və ondan bəhrələnən Gürcüstanı narahat etsə də, ölkə inklüziv regional sülh və əməkdaşlıq mühitinin yaradılmasından da faydalanacaq. Bundan əlavə, Gürcüstan ərazisindən keçməklə həyata keçirilən Bakı-TbilisiCeyhan neft kəməri, BakıTbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi layihələr yaxın və orta perspektivdə bu ölkəyə töhfə verməkdə davam edəcək. Digər tərəfdən, Zəngəzur dəhlizinin reallaşana qədər Gürcüstanın diskomfortunu artırması və onu başqa tendensiyalara aparması şansı azdır. Dəhlizdən ən çox narahat olan ölkə İrandır. İran “sərhədlərin dəyişdirilməsi” (Zəngəzurun Azərbaycana qaytarılması) ehtimalından narazılığına haqq qazandırmağa çalışsa da, onun narahatlığının əsas mənbəyinin 44 günlük müharibənin nəticələri, Türkiyənin bölgədə güclənməsi olduğu açıq-aydın görünür. 

Əldə olan məlumatlara əsasən, Zəngəzur dəhlizinin sərhəd dəyişikliyi layihəsi deyil, regional sülhü və əməkdaşlıq mühitini gücləndirəcək nəqliyyat layihəsi olduğunu iddia etmək olar. Lakin bu reallaşarsa, nəinki Azərbaycan və Ermənistan və ya Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya dördlüyü, hətta təkcə türk dünyası deyil, Şərq-Qərb ticarətinin demək olar ki, bütün iştirakçıları bundan faydalanacaq.

how can we help you?

Contact us at the Consulting WP office nearest to you or submit a business inquiry online.

Consulting theme is an invaluable partner. Our teams have collaborated to support the growing field of practitioners using collective impact.

Donald Simpson
Chairman, Bluewater Corp