Zəngəzur dəhlizi – regionda ayırıcı yox, birləşdirici amilUlduz Quliyeva - AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, tarix üzrə fəlsəfə doktoru

Zəngəzur dəhlizi stratejiəhəmiyyəti baxımından Azərbayc an Respublikası, region ölkələri və böyük coğrafiya üçün oldu qca zəruri layihədir. 10 noyabr 2020-ci il Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə imzaladıqları Üçtərəfli Bəyanatda öz əksini tapan layihə eyni zamanda iqtisadı əhə miyyəti ilə də diqqət çəkir. Lakin görünən budur ki, Azərbayc ana və bütövlükdə türk dünyasına böyük töhfələr verəcək bu layihə bədnam qonşularımızda türk birliyi xofunu, adını belə eşidəndə vahiməyə düşdükləri türk dövlətlərinin birliyi qorxusu nu yaradır. Elə bu səbəbdən də razılaşmadan boyun qaçırırlar. Düzdür, Cənab Prezidentin vurğuladığı kimi bəyanatda “Zəngəzur” sözü yoxdur. Çünki belə bir termini dövlət başçısı sözügedən tarixdən sonra geosiyasi leksikona daxil etmişdir. Məlum bəyanatda açıq-aydın şəkildə Azərbaycanın qərb rayon ları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağ lantısının olması və Ermənistanın da bununla razılaşması öz əksini tapmışdır. Prezident İlham Əliyev müsahibəsində vurğu layıb ki, indi Ermənistan bundan boyun qaçırmaq istəyir, fakti ki olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Ancaq bu amil Azərbaycanı dayandırmaq üçün heç bir əsas vermirr. 2021-ci il Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Istanbul da keçirilən VIII Zirvə Toplantısında Zəngəzür dəhlizinin böl gə və müsəlman ölkələri üçün əhəmiyyətindən bəhs edən prezi dent İlham Əliyev sözügedən dəhlizin açılacağını qətiyyətlə bildirmişdir: “Biz Zəngəzur dəhlizini icra edəcəyik. Ermənistan bunu istəsə də, istəməsə də . İstəsə daha asan həll edəcəyik, is təməsə də zorla həll edəcəyik”. Azərbaycanın yerləşdiyi region multimodal yükdaşımala rın inkişaf etdirilməsini tələb edir. Məlum olduğu kimi, dünya ticari yollarının və daşımaların 90 faizi dəniz nəqliyyatına aid dir. Burada quru daşımaların payı daha azdır. Amma bu vəziy yəti dəyişmək istəyən Çin Xalq Respublikası 10 il bundan öncə “Bir kəmər, bir yol” təşəbbüsü ilə çıxış etdi. Dünya nəhəngi 60 ölkəni cəlb etməklə bu layihəni reallaşdırmaq istəyirdi. “Bir kəmər, bir yol” layihəsinin fərqli marşrutları var. On lardan biri də Orta Dəhliz dediyimiz, yəni Azərbaycan, Qafqaz üzərindən keçən marşrutdur. Nəzərə alsaq ki, Cənub və Şimal marşrutlarının keçdiyi ölkələr hazırda sanksiyalar altındadır. Bir il bundan öncə Ukrayna ilə başladığı müharibə səbəbindən mühüm strateji əməkdaş ola biləcək Rusiya artıq sərt sanksiya lara məruz qalmışdır. Məsələnin müsbət tərəfi ondan ibarətdir ki, belə olan təqdirdə Qafqaz üzərindən keçən marşrutun əhə miyyəti artır. Bununla belə, Qafqaz üzərindən keçən marşrutun da buraxıcılıq qabiliyyəti var. Bu da həmin marşrutun şaxələn dirilməsi zərurətini yaradır. Çünki marşrutun bir dəhlizdən asılı olması müəyyən problemlərin meydana gəlməsinə, yüklərin mənzil başına vaxtında çatdırılmasının ləngiməsinə səbəb olur. Bu isə qiymət artımına, son nəticədə, marşrutun cəlbediciliyi nin aşağı düşməsinə gətirib çıxarır. Bu kimi səbəblər Zəngəzur dəhlizinə marağı getdikcə artı rır. Zəngəzur dəhlizinin istər siyasi, istərsə də iqtisadi cəhətdən əhəmiyyəti olduqca yüksəkdir. Azərbaycanın yerləşdiyi əlve rişli geosiyasi mövqeyi ölkə üzərindən beynəlxalq marşrutların fərqli istiqamətlərdə keçməsinə imkan yaradır. Bu baxımdan, Zəngəzur dəhlizi xüsusi qeyd edilməlidir. Bu dəhliz özündə bir çox seqmentləri birləşdirəcək. Bura avtomobil və dəmir yolları ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzurdakı hava limanlarını da əlavə etmək olar. Eyni zamanda, gələcəkdə çəkilməsi nəzərdə tutulan elektrik xətti və mümkün neft qaz kəmərləri adı çəkilən dəhlizin imkanlarını xeyli dərəcədə artıracaq. Zəngəzur dəhlizi tarixi torpaqlarımız olmaqla yanaşı, ölkə mizi qardaş Türkiyə vasitəsilə bütöv bir dünyaya bağlayan stra teji yol olacaq. Məlumdur ki, Zəngəzurun bizdən alınaraq Er mənistana birləşdirilməsi eyni zamanda Türk dünyasını parça lamaq məqsədi daşıyırdı. İndi isə tarixi Azərbaycan torpağı olan Zəngəzur türk dünyasını birləşdirən bir körpü rolunu oy nayacaq. Beləliklə, Zəngəzur dəhlizinin açılması türk dünyası nın güclənməsinə, türkdilli dövlətlərin təşkilatlanmasına, yara nan yeni şəraitdə onların dünya iqtisadiyyatında və dünya siya sətində daha önəmli rol oynamasına imkan verəcək. Ən əsası sözügedən dəhlizin açılması ölkəmizlə yanaşı digər türk döv lətlərinin iqtisadi tərəqqisinə, iqtisadi və milli təhlükəsizliyinin, müdafiəsinin gücləndirilməsinə, əhalinin yaşayış səviyyəsinin artmasına, yüksək texnologiyaların inkişafı üçün transfer mü badiləsinin intensivliyinə və türk dünyasının dəyərlərinin qoru nub saxlanılmasına, inkişaf etdirilməsinə yeni resursların cəlb edilməsinə töhfə verəcək. Zəngəzur dəhlizinin əhəmiyyətli cəhətlərindən biri də regi on ölkələr arasında siyasi və iqtisadi yaxınlaşmanı təmin etmə sidir. Qarabağın investisiyası cəlbediciliyində də Zəngəzur dəhlizinin imkanları əsas amildir. Dəhlizin açılması dünya me diasının diqqətindən kənarda qalmamış, əksinə böyük marağa səbəb olaraq müzakirə mövzusuna çevrilmişdir. Nüfuzlu jur nallarda mütəmadi olaraq dəhlizlə bağlı yazılar çap olunur və layihənin reallığa çevrildiyi təsdiqlənir. Dünyaca məşhur Eurasi Review nəşri yazır ki, Zəngəzur dəhlizi Azərbaycan və Türkiyə ilə yanaşı Rusiya və İran da da xil olmaqla bölgə ölkələrinin iqtisadi inkişafı üçün olduqca əhəmiyyətlidir. Dəhlizin əhəmiyyəti ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı mövqeyində də açıqlanmışdır. ABŞ rəsmiləri layihə ilə bağlı önəmli mesajlar verərək Orta Dəhlizin inkişafını dəs təkləyirlər. Bu təşəbbüsün inkişafı, Orta Dəhlizin tam işlək və ziyyətə gətirilməsi ticarət imkanlarını, dövriyyəni artıracaq. Bunu ABŞ-ın Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi, ABŞ və xarici Ticarət xidmətləri üzrə baş direktoru Arun Ven kataramah media üçün brifinqdə bildirib. O, qeyd edib ki, ölkə si özəl şirkətlərinin Azərbaycanın bütün bölgələrində fəaliyyə tini dəstəkləyir. Amerika rəsmisi həmçinin qeyd edir ki, ABŞ şirkətləri Azərbaycanın “yaşıl enerji” ilə bağlı layihələrində iş tirakçı olmağa da həvəs göstərirlər. Zəngəzur dəhlizinzin yaradılması günümüzün reallığıdır və bu prossesdə Çin , Avropa İttifaqı da maraqlıdır. Bu da onu göstərir ki, dəhlizin açılmasını istəməyən İrəvan və Tehran Çindən ABŞ-a Avropa İttifaqından Rusiyaya qədər maraqların cəmləndiyi bu kommunikasiya xəttinə mane törədəcək gücə sa hib deyildirlər. Sevindirici haldır ki, 44 Günlük müharibədə ta rixi ədalətin bərpasına nail olan Azərbaycan regionda yeni geostrateji reallıqlar yaratmışdır. Bu gerçəklər bölgədə inteqrasi ya və çoxtərəfli əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir. Xüsusilə də Azərbaycanın geosiyasi iradəsi nəticəsində kommunikasiya xətlərinin bərpası, yeni nəqliyyat dəhlizinin yaradılması , mühüm siyasi və iqtisadi dividentlər, yaxşı pers pektivlər vəd edir. Zəngəzur dəhlizinin yaradılması Avrasiyada yeni, çoxvektorlu iş birliyinin əsasının qoyulması kimi dəyərlən dirilir. Asiyadan Avropaya doğru uzanan geniş coğrafiyada bir çox dövlət bu geostrateji lahiyənin reallaşmasında maraqlıdır. Bir əsrdən artıq bir-birindən ayrı qalan ərazilərimizi bir-bi rinə bağlamaqla yanaşı, Avropa ilə Asiya arasında əsas tranzit xəttin yaranmasını təmin edəcək bu yolun Azərbaycandan keç məsi ölkəmizin həm region, həm də dünya səviyyəsində geopo litik mövqeyinə çox ciddi bir töhfə olacaq. Eyni zamanda Zən gəzur dəhlizi icra edildikdən sonra Çindən yola çıxan yükün qı sa bir müddət ərzində ölkəmin vasitəsilə Avropaya çatdırılması təmin ediləcək. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi Azərba ycanla Türkiyə yeni bir nəqliyyat layihəsi ilə birləşəcək. Bakı Tbilisi-Qars dəmir yolu sayəsində Türkiyə ilə birləşdik. Zəngə zur dəhlizi isə ikinci bir birləşmə istiqaməti olacaqdır. Beləlik lə, bizim üçün yeni fürsətlər ortaya çıxacaq. Eyni zamanda, Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respub likası ilə də dəmir yolu vasitəsilə birləşəcək. Zəngəzur dəhlizinin Avrasiyanın yeni bir nəqliyyat layihə sinə çevrilə biləcəyini xüsusi vurğulayan Prezident İlham Əli yev onu da qeyd edib ki, bu eyni zamanda bölgə ölkələri üçün də yeni fürsət olacaq. Türkiyə, Rusiya və İran öz mallarını Or ta Asiyaya, Avropaya daha qısa yolla, alternativ yolla daşıya biləcək. Beləliklə, bu tranzit xətti Avrasiyanın yeni bir nəqliy yat layihəsinə çevrilə bilər. 148 Heç şübhəsiz ki, böyük siyasi əhəmiyyət kəsb edən Zəngə zur dəhlizinin açılışı Azərbaycanın beynəlxalq aləmdə nüfuzu nu daha da yüksəldəcək, onun dünyaya inteqrasiyasına bir daha sürətli keçidini təmin edəcəkdir. Zəngəzur dəhlizinin açılması ilə formalaşan yeni iqtisadi qovşaq Asiya və Avropanın nəqliyyat infrastrukturunda xüsusi önəmə malik olacaq. Dünyanın nəhəng iqtisadi güclərindən biri olan Çindən Avropaya yüklərin daşınmasında əsas seqment ki mi Azərbaycanın mövqeyi danılmazdır. Zəngəzur dəhlizinin açılması nəticəsində il ərzində 400 milyard dollaradan çox yük lərin transportasiyası gerçəkləşə bilər, 300 milyon nəfərlik bö yük bir coğrafiyanın tranzit ehtiyacının da bu yol vasitəsilə ödənməsi də olduqca əhəmiyyətli layihənin əsasını təşkil edən amillərdəndir. Yükdaşıma qabiliyyəti ilə yanaşı Azərbaycanın bu beynəlxalq layihədəki mövqeyi eyni zamanda türk dünyası nın birləşməsinə zəmin yaradacaqdır. Onu da vurğulamaq la zımdır ki, Şərqlə qərb arasında körpü rolunu oynayan Zəngəzur dəhlizi vasitəsilə qurulan əlaqələr şəbəkəsi Çinin əvvəlcə “bir nəsil, bir yol”, sonra isə “Nəsil-yol” adlandırdığı XXI əsrin Yeni ipək yolu layihənin tərkibini təşkil edə bilər. Çünki Zəngəzur dəhlizi elə bir coğrafiyada yer alır ki, bütün dünya bu nöqtəyə “orta yol kimi baxır”. Ona görə də bu dəhliz təkcə Ermənistan, Gürcüstsn, Azərbaycan , Türkiyə, İran , Rusiyaya aid edilmə məlidir. Çin, Avropa ittifaqı kimi ölkələr də bu layihəyə cəlb olunmalıdır. Layihənin reallaşması üçün vacib addımlar atılır. Belə ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanac aq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaqdır.

how can we help you?

Contact us at the Consulting WP office nearest to you or submit a business inquiry online.

Consulting theme is an invaluable partner. Our teams have collaborated to support the growing field of practitioners using collective impact.

Donald Simpson
Chairman, Bluewater Corp