Tarixi izlərimizin soyqırımıAbbas Qurbanov - Azərbaycan Universiteti Siyasi Elmlər kafedrasının mü əllimi, tarix üzrə fəlsəfə doktoru
E-mail:abbas.gurbanov@au.edu.az
Tel: +994 (50) 302 90 08

Bu gün bir həqiqətdir ki, erməni millətçiləri beynəlxalq ic timaiyyəti aldadaraq və onların gözləri qarşısında Cənubi Qaf qazın tarixi keçmişini saxtalaşdırmaqda davam edirlər. Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinin şərt lərinə əsasən İrandan və Türkiyədən alınmış Azərbaycan dövlə tinin – İrəvan xanlığının ərazisinə ermənilərin köçürülməsi pro sesi başlanıldı. Çox keçmədən, Rusiya müstəmləkəçilərinin kö məyinə arxalanan aborigen əhaliyə – azərbaycanlılara qarşı soy qırıma və deportasiyalara başladılar. Beləcə qırğınlardan canını qurtaran yerli əhali kütləvi surətdə Şərqi Azərbaycana, İrana, Türkiyəyə və dünyanın başqa ölkələrinə köçüb getmək məcbu riyyətində qaldı. Bu proses 1988-ci ilə qədər davam etdi ki, hə min il azərbaycanlıların keçmiş İrəvan xanlığı ərazisindən – Er mənistandan deportasiyası başa çatdırıldı. Müasir erməni van dalları keçmiş İrəvan xanlığının ərazisindəki azərbaycanlılara məxsus minillərlə tarixi olan yer adlarına – toponimlərə qarşıda soyqırım həyata keçirirlər. Azərbaycan toponimlərini “ermə niləşdirənlər” və onlara bu sahədə kömək edənlər, bir sözlə, er mənilər üçün saxta “tarix” yaradırdılar. Bu tarixi bir həqiqətdir ki, Azərbaycan xalqının ulu baba ları hələ ermənilərin Asiyada peyda olmasından çox-çox əvvəl lər Cənubi Qafqazda və bölgənin böyük bir regionunda yüksək mədəniyyət formalaşdırmış, Arazdan cənubda Manna və Atro patena, şimalda isə qüdrətli Albaniya dövlətini yaratmışlar. Albaniya dövləti Azərbaycanın Araz çayından şimaldakı bütün torpaqlarını, o cümlədən tarixi Qarabağ da daxil olmaqla Araz və Kür çayları arasındakı ərazini əhatə edirdi. Albaniya dövlətinin süqutundan sonra Azərbaycanın Araz çayından şi maldakı torpaqları bütün tarixi dövrlərdə ya Azərbaycan döv lətlərinin, ya da müxtəlif türk-müsəlman imperiyalarının tərki binə daxil olmuşdur. Tarixi reallıq və ilk mənbələrin təsdiq et diyi həqiqətlərə istinad edərsək, 1918-ci ilədək Cənubi Qafqaz ərazisində heç bir erməni dövləti olmamışdır. Tarixə nəzər saldığımızda bu gün Cənubi Qafqazda başlıca gərginlik ocağı olan erməni dövləti yaradılması ideyasının daha yaxın dövrlərdə – XIX əsrin əvvəllərində Rusiya imperiyasının regionu ələ keçirmək məqsədilə İran və Türkiyəyə qarşı apardı ğı işğalçılıq müharibələri dövründə qoyulduğunun şahidi olu ruq. Həmin dövrdə xristian amilindən məharətlə istifadə edən Rusiya, özünə Cənubi Qafqazda etibarlı dayaq yaratmaq məq sədinə nail olmuşdur. Bu məqsədlə vandalcasına demoqrafik siyasətə əl atan Rusiya, yenicə işğal olunmuş Şimali Azərbayc an torpaqlarına, əsasən də keçmiş Azərbaycan dövlətlərinin – əzəli İrəvan, Naxçıvan və Qarabag xanlıqlarının ərazisinə İran və Türkiyədən kütləvi surətdə erməniləri köçürməyə başladılar. Hətta Erməni köçkünlərini yerli türk-müsəlman əhali üzərinə qaldırmaq məqsədilə yerli əhalinin milli-mənəvi hissləri ilə də oynamağa çalışan imperator I Nikolay azərbaycanlıların ümumxalq bayramı olan Novruz bayramı günlərindən birində – 1828-ci il martın 21-də Azərbaycan torpaqları olan İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “Erməni vilayəti” adlanan bir vilayətin yaradılması haqqında fərman imzaladı. Onu da qeyd edək ki, yeni yaradılmış “Erməni vilayəti”nin ərazisinə daxil edilən 1111 kənddən yalnız 62-də ermənilər yaşayırdı. Onlar da 1828-ci ilədək buraya köçürülmüş ermənilər idi. Hətta bu da bir həqiqətdir ki, göstərilən 62 kəndin ancaq 14-nün adı erməni mənşəli idi. (N.Mustafa, 2014, s. 4) “Erməni vilayəti”nin yaradılmasından sonra bura çar Rusi yası tərəfindən köçürülüb gətirilmiş ermənilər əzəli Azərbayc an torpaqlarının etnik təmizlənməsi prosesinə başlanıldı. Bütün bunların bir davamı olaraq, Azərbaycan xalqını öz ata-baba tor paqlarından məhrum etmək məqsədilə ona qarşı mərhələ-mər hələ deportasiyalar və soyqırımlar həyata keçirildi. Nəticədə Azərbaycan torpaqlarının kütləvi surətdə ermənilərlə məskun laşdırılması prosesi həyata keçirildi. Rus tədqiqatçısı N.Şavrov 1911-ci ildə yazırdı: “Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu yerli əhali de yil və buraya bizim tərəfimizdən köçürülmüşdür”. Azərbaycan Xalq Cümhuriyyəti Cənubi Qafqazda sülh və əmin-amanlıq təmin olunması xatirinə 1918-ci il mayın 29-da qədim Azərbaycan şəhəri İrəvan və ətrafındakı torpaqlarla bir likdə ermənilərə güzəştə getdi. Beləliklə, Cənubi Qafqazda ta rixdə ilk dəfə olaraq Azərbaycan torpaqları hesabına erməni dövləti yaradıldı. İndiki Ermənistan ərazisində mövcud olmuş toponimlərin azərbaycanlılara məxsus adlar olması barədə Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında vurğulamışdır. Prezident İlham Əliyev demişdir: “Bu tarixi hər kəs bilməlidir, xüsusilə gə nclər bilməlidir, olduğu kimi bilməlidir. İndiki Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpağıdır. Bu, faktdır, tarixi faktdır. Heç uzağa getmək lazım deyil. XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəri tələrə baxmaq kifayətdir. Hər kəs görər ki, indiki Ermənis tanın bütün ərazisindəki toponimlərin demək olar ki, mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Mən xahiş edirəm, bizim alimlərimiz bunu dərc etsinlər ki, hər kəs görsün. Ba laca bir kitabça dərc etsinlər.” İstənilən bir arealda toponimlər qatının formalaşması uzun sürən bir proses lazımdır. Yer-yurd adları əvvəlcə orada yaşa yan xalqlar tərəfindən formalaşdırılır və sonradan isə zamanla öz təsdiqini tarixi şifahi və yazılı ədəbiyyatda tapır. Müəyyən ərazidəki oykonimlər (yaşayış məntəqələri, şəhərlər, kəndlər, yaylaqlar, məhəllələr və s.), hidronimlər (çaylar, göllər, bulaq lar, şəlalələr və s.) və oronimlər (dağlar, dərələr, aşırımlar, dü zənliklər və s.) həmin ərazidə yaşayan xalqların tarixi keçmişi və etnoqrafiyası barədə tədqiqatçılara kifayət qədər məlumat verir. Toponimlər əsasən yerli əhalinin mənsub olduğu xalqın, tayfanın özünə məxsusluğu, ərazinin coğrafi mövqeyi, relyefi ilə və həmin ərazidə baş verən tarixi hadisələrlə üst-üstə düşür. Ermənilər tarixi saxtalaşdıraraq bunu iddia edirlər ki, guya onlar indiki Ermənistan ərazisinin ən qədim sakinləridirlər. Türklər bu ərazilərə XI əsrdən etibarən səlcuqların axını zama nı gəlmişlər. Hətta erməni tarixçisi Karen Yüzbaşyan etiraf edir ki, türklər Qafqazda səlcuqların gəlişindən xeyli əvvəl mövcud olmuşlar. O, türklərin Kiçik Asiyada və Balkanlarda məskun laşması tarixinin IV-VII əsrlərə təsadüf etdiyini, VIII-X əsrlər də isə kütləvi xarakter daşıdığını yazır. Elə buna görədir ki, ərəb xilafəti dövründə sərhəd bölgələrinin əmirlərinin bir qayda olaraq türk tayfa başçılarından seçildiyini K.Yüzbaşyan öz ki tabında qeyd edir. (Ю.Карен, Москва, 1998, с. 216-217) Tarixi araşdırdığımız zaman görərik ki, “Ermənistan Res publikası” adlanan ərazi müxtəlif dövrlərdə Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər, Eldənizlər, İlxani lər, Teymurilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əf şarlar, Qacarlar, Osmanlı və Çar Rusiyası dövlətlərinin tərkibi nə daxil olmuşdur. Yenə tarixdə ilk müstəqil erməni dövləti yalnız 1918-ci ildə tarixi Azərbaycan torpağı olan İrəvan xanlı ğının ərazisində yaradıldığının şahidi olmaqdayıq. 1829-1832-ci illərdə İrəvan xanlığının Rusiya qoşunları tə rəfindən işğalından sonra rus tarixçi-statisi İvan Şopenin rəh bərliyi altında xanlığın ərazisində kameral siyahiyaalma keçi rilmişdir. Həmin syahıyaalmanın nəticələri və tarixi həqiqətlər 1852-ci ildə Sankt-Peterburqda “Исторический памятник состояния Армянской области в эпоху её присоединения к Российской империи” kitabında çap edilmişdir. Bu siyahıya almanın nəticələrinə görə, İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə İran və Türkiyədən 57266 nəfər erməni (10631 ailə) köçürüldüyü ortaya çıxmışdır. (Шопен И., 1852, c. 642) İrəvan xanlığı ərazisində yeni yaradılan İrəvan əyalətində 831 kənd qeydə alınmışdı ki, həmin kəndlərdən 310-u müharibə nəticə sində boşalmışdı. İ.Şopenin verdiyi məlumatların təhlilindən aydın olur ki, Türkmənçay (1828) müqaviləsinə əsasən İrandan köçürülən ermənilər İrəvan xanlığının 119 kəndində, Ədirnə (1829) müqaviləsinə əsasən isə Türkiyədən köçürülən erməni lər isə xanlığın 128 kəndində yerləşdirilmişdilər. Köçürülmələr nəticəsində İrəvan xanlığının ərazisində azərbaycanlılarla er mənilərin qarışıq yaşadıqları 50 kənd meydana gəlmişdi. İran ərazisindən ermənilərin köçürülüb gətirilməsinə rəh bərlik edən rus ordusunun erməni əsilli polkovniki Lararev bu haqda belə yazır: Ermənilər, özlərinə Azərbaycan torpaqlarında “yeni vətən” əldə edirdilər. (Глинка С., 1990, c.111) Nəticədə 1828-ci ildən 1830-cu ilədək Cənubi Qafqaza 40 min İran və 90 mindən artıq Türkiyə ermənisi köçürülüb yerləşdirilmişdi. (Парсамян В., 1972, c. 66) Ümumiyyətlə, rəsmi və qeyri-rəsmi köçürmələr nəticəsində Cənubi Qafqazda 200 mindən artıq er məni yerləşdirilmişdi. (Шавров Н., 1990, c. 63.) Ermənistanda türkmənşəli toponimlərin ermənicələşdirmə kampaniyasına daşnak hökuməti zamanına təsadüf etmişdir. Ermənistan hökumətinin qərarı ilə kəndlərin, şəhərlərin, çayla rın və dağların adlarının dəyişdirilməsi üçün daxili işlər nazirli yinin nəzdində 1919-cu ilin dekabrında xüsusi bir komissiya yaradılmışdı. (Azərbaycan Respublikası Dövlət Arxivi, fond 897, siyahı 1, iş 105; “Слово” qəzeti, (Tiflis), 30 dekabr 1919 cu il, № 113) Bu fəaliyyət nəticəsində 1918-1920-ci illərdə daşnakların hakimiyyəti dövründə indiki Ermənistan ərazisində 17 yaşayış məntəqəsinin adları ermənicələşdirilmişdir. (Bayra mov İ., 2012, s.215-216) Biz bu prosesin 1920-ci ildə Ermənistanda sovet hakimiy yəti qurulduqdan sonra da türkmənşəli toponimlərin ermənicə ləşdirilməsi davam etdirildiyini görürük. 1935-ci ilədək Ermə nistanda 200-ə yaxın yaşayış məntəqəsinin (oykonimlərin) ad ları dəyişdirilmişdir. (Армянская ССР. Административно территориальное деление на 1-ое августа 1988 года. Издание шестое. Ереван: Айастан, 1988.) Çox təəccübləndirici bir haldır ki, 1935-ci ildən etibarən isə yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi daha da irəli götürülmüş və Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları əsasında həyata keçirilmişdir. Elə buna görədir ki, 1918-1920-ci illərdə ermənilərin azər baycanlılara qarşı törətdikləri və o dövrdə “milli qırğınlar” ki mi tarixə düşən cinayətləri soyqırımı kimi xarakterizə edilir. Həmin qırğınlar müstəqil Ermənistan dövlətinin yeritdiyi işğal çılıq və etnik təmizləmə siyasətinin nəticəsi idi. Bu addımlarla onlar sadəcə addəyişdirmir, hətta bu tarixi həqiqətləri öz qan yaddaşlarında yaşadan insanları da ortadan qaldırmaq istəyirdi lər. 1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri təkcə İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçimədzin qəzasın da 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – üst-üstə 198 kəndi darmadağın etmiş, həmin qəzalarda təqribən 135 min nəfər soydaşımız soyqırıma məruz qoymuş du. (Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı. Sə nədlər toplusu. 3 cilddə, II cild, 2-ci kitab, 2011, s. 17-25) Er mənistan daşnak hökuməti Zəngəzuru azərbaycanlılardan ta mamilə təmizləməklə, Paris Sülh Konfransını fakt qarşısında qoymaq, daha sonra da Qarabağı və Naxçıvanı ələ keçirməklə daşnak parlamentinin 28 may 1919-cu il tarixli “Birləşmiş Er mənistan” yaradılması haqqında qərarını reallaşdırmaq niyyə tində idi. Bütün bunları araşdırdığımız zaman Azərbaycan türkləri nin tarixi-etnik torpaqlarındakı izlərini silmək məqsədini güdən addəyişmə əməliyyatlarının əsasən aşağıdakı qaydada həyata keçirilmiş olduğunu deyə bilərik: 1. İlk növbədə türklərin soykökü, onun tarixi keçmişi ilə bağlı yaşayış məskənlərinin adlarının (etnonimlər) dəyiş dirilməsinə xüsusi diqqət yetirilmişdir. Məsələn, Aşağı Türk mənli – Lusaqyuğ (Eçmiədzin (Vağarşabad)), Qorçulu – Mrqa şad, Sərdarabad – Hoktember (Qurduqulu, Hoktemberyan), Ba yandur – Vağadur (Gorus), Şirvancıq – Lernakert (Artik) və s. 2. Bir çox yaşayış məskənlərinin adları ermənicəyə hər fi tərçümə edilmişdir. Məsələn, Armudlu – Tandzut (Qurdu qulu, Hoktemberyan), Daşqala – Karaberd (Ağin, Ani), Darə kənd – Dzoraqyuğ (Quqark), Dərəçiçək – Tsaxkadzor (Axta, Hrazdan), Göl – Liçk (Aşağı Qaranlıq, Martuni), Güllübulaq – Vardaxpuyr (Qızılqoç, Qukasyan) və s. 3. Bəzi yaşayış məskənlərinin adları «beynəlmiləlçilik» pərdəsi altında dəyişdirilmişdir. Məsələn, Qaraqışlaq – Dost luq (Zəngibasar, Masis), Sultanabad – Şurabad (Ağbaba, Ama siya), Cücəkənd – Qızılşəfəq (Voronsovka, Kalinino), Aşağı Necili – Sayat-Nova (Zəngibasar, Masis), Çanaxçı – Sovetakert (Vedi, Ararat) və s. Bu proses bəzi erməni yaşayış məskənləri nin adlarının müasirləşdirilməsi prosesi ilə yanaşı aparılmışdır. 4. Yaşayış məskənlərinin adlarının bir qismi isə cüzi dəyişiklə, ona oxşar, lakin ermənicələşdirilmiş adla əvəz edilmişdir. Məsələn, Dərəbas – Darbas (Qarakilsə, Sisian), Də lilər – Dalar (Qəmərli, Artaşat), Ələyəz – Araqats (Talin (Ta lın)), Gabud – Kapuyt (Paşalı, Əzizbəyov), Çırpılı – Crapi (Ağin, Ani) və s. 5. “Ermənistan SSR-in inzibati ərazi bölgüsü”nün qeyd etdiyimiz nəşrlərində adının önündə “Yuxarı”, “Aşağı”, “Böyük”, “Kiçik” sözləri gələn türkmənşəli yaşayış məntə qələrinin adlarında bu sözlər ermənicə – yəni müvafiq ola raq “Verin”, “Nerkin”, “Mets”, “Pokr” şəklində yazılması həmin adların erməni dilində olması görüntüsü yaratmağa xidmət etmişdir. Bununla elə təəssürat yaratmağa çalışmışlar ki, guya dəyişdirilən adlar erməni mənşəlidir. Məsələn, Verin Zağalı – Axpradzor (Basarkeçər, Vardenis), Nerkin Zeyvə – Hartaşen (Eçmiədzin (Vağarşabad)), Mets Kəpənəkçi – Musael yan (Düzkənd, Axuryan), Pokr Şiştəpə – Pokr Sepasar (Qızıl qoç, Qukasyan) və s. Biz isə oxuculara təqdim olunan mətnlər də həmin adları ermənilərin təqdim etdikləri kimi deyil, əslində olduğu kimi vermişik. Yəni, Yuxarı Zağalı, Aşağı Zeyvə, Bö yük Kəpənəkçi, Kiçik Şiştəpə və s. (N.Mustafa, 2014, s. 11-12.) Bu gün çox böyük bir qürurla deyə bilərik ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev və xalqımızın bir yumruq ki mi birləşməsi nəticəsində məğlubedilməz ordumuz 44 günlük İkinci Qarabağ müharibəsi ilə əzəli torpaqlarımızı geri aldı və almaqda davam edəcəkdir. Beləliklə biz bu gün nəyinki öz tor paqlarımıza qayıdırıq, eyni zamanda düşmən ayaqları altında tapdalanan torpaqlarımıza tarixi adlarını da qaytarırıq.

how can we help you?

Contact us at the Consulting WP office nearest to you or submit a business inquiry online.

Consulting theme is an invaluable partner. Our teams have collaborated to support the growing field of practitioners using collective impact.

Donald Simpson
Chairman, Bluewater Corp