Qacarlar dövrünün mənbəşünaslığıNicat Rzayev - Bakı Dövlət Universiteti, II kurs tələbəsi
E-mail:rzayev.nicat1985@mail.ru
Tel: 055 495 01 48

Qacarlar sülaləsi haqqında ilk dəfə tarixdə Ağqoyunlu dövləti dövründə mənbələrdə rast gəlinir. Qacar sərkədələrindən Qara Piri Şeyx Heydərin əsas müridlərindən olmuş; Şeyx Heydərin oğlu sonralar Səfəvilər taxtına əyləşmiş Şah İsmayılın sadiq adamlarından olmuş, şərur döyüşündə onun ən xass sərkərdələrindən olmuşdur. Həmin döyüşdə Qacarların Şah ismayılın tərəfində vuruşduğu məlumdur. Qacarların Azərbaycanda siyasi nüfuzu Səfəvilər sülaləsinin hakimiyyətə gəlişi ilə güclənmişdir. Səfəvi şahlarının öz hakimiyyətini möhkəmləndirməkdə arxalandıqları etibarlı qızılbaş Qızılbaş tayfalatından biri məhz Qacarlar idi. (“Risalə araşdırmalar toplusu” 2018, s. 39) Səfəvilər hakimiyyətə gəldikdən sonra Qacarlar müxtəlif vəzifərdə fəlaliyyət göstərmişlər.

Tahirə Həsənzadənin “XVIII – XIX Əsr Əfşarlar və Qacarlar Dövrünün Görkəmli Azərbaycan Türkləri” kitabında Qacar Şahları sülaləsinin əcdadı olan Fətəli Xan Qacar Qoyunlu, yaxud Kovanlı I ci Şah Abbasın qorçubaşı təyin etdiyi və iki dəfə Osmanlı sarayına elçi kimi göndərdiyi Şahqulu Xan Qacar Qoyunlunun oğludur.

Şahqulu Xan ibn Məhəmmədvəli Xan İbn Mehdi ağa Qacar aşağıbaş qacarların Qovanlı, yaxud Qoyunlu tayfasındandır. Şahqulu Xan sonralar Gəncədən Astarabada köçrülmüşdür. (T. Həsənzadə. 2013. s. 81) XVIII ci əsrin birinci yarsında Səfəvilər dövlətində vergilərin ağırlığı, quraqlıq, xəstəliklər, ölkədə aclığa, hər yerdə üsyanlalara gətirib çıxarmışdı. Şah Sultan Hüseynin yarıtmaz siyasətindən istifadə edən Əfqanlar ölkənin paytaxtı isfahan şəhərini tuturlar. Şah və ailəsi əsir düşür. Şahın oğlanlarından

Təhmasib qaçaraq özünü ll ci Təhmasib adıyla Astarabadda şah elan edir. Lakin ölkəni ağır durumundan istifadə edən Osmanlı və Rusiya dövləti Azərbaycana hücüm edirlər. Müqavimət göstərmək gücündə olmayan Səfəvilər dövləti onların 1724 də İstanbul sülh müqaviləsinə görə Azərbaycanı bölüşdürülməsiylə barışmalı olurlar.

Lakin ölkənin bəzi baş bilənləri çıxış yolu axtatırdılar. Bu şəxslərdən biri Nadir Şah idi. Nadir Şah qoşun başçısı təyin edildikdən sonra ilk olaraq Əfqanları ölkədən qovub çıxara bilir. Bu hadisə Nadir Şahın nüfuzunu artırır.Osmanlı və Rusiya dövlətlərinin ölkədən çıxarılması, vahid dövlətin yenidən bərpa olunması, Nadir Şahın özünü 1736 cı ildə hökmdar elan etnəsinə və yeni dövlətin Əfşarlar dövlətinin əsasını qoymasına gətirib çıxarır. Qacarlar Nadir Şahın yaratdığı dövlətin tərkibindədə fərqlənən tayfalardan olmuşlar. Dövlətin hər zaman eytibarını qazanan bu tayfanın nümayandələri ölkədə müxtəlif vəzifələrə cəlb olunur daim dövlətə sədaqətləri ilə seçilirdilər. Nadir Şahın öldürülməsi 1747 ci ildə ölkənin parçalanması və feodal dağnıqlığına gətirib çıxartdı.Təkcə Azərbaycanın Azərbaycanda 20 xanlıq, 6 sultanlıq, 5 məliklik və 1 cammatlıq yaranmışdır. Feodallar arasında başlanan müharibələrdə Fətəli Xan Qacarın oğlu Məhəmməd Həsən Xan Qacarda fərqlənirdi. 

“Bacarıqlı sərkərdə Fətəli Xan Qaraqovanlının oğlu, qacarlar elinin aşağıbaş tayfasının rəisi Məhəmməd Həsən Xan Qacar atası Məşhəd yaxınlığında qətlə yetrildiyi vaxt 12 yaşında idi. O, çox vaxt Gürgan çölündə yəmut türkmanları arasında köçəri həyat sürmüşdür” (T. Həsənzadə. 2013. s. 83) Ölkədə gedən hakimiyyət uğrunda fərqlənən Kərum Xan Zənd Mhəmməd Həsən Xanı öldürdükdən sonra ailəsini əsir olaraq saxlayır. Məhəmməd Həsən Xanın böyük oğlu Ağa Məhəmməd Xan 16 il Şirazda əsirlikdə ailəsi ilə birlikdə yaşamağa məcbur olmuşdur. Lakin 1779 Kərim Xan Zəndin ölümü Ağa Məhəmməd Xanın atasının başladığı mübarizəni davam etdirməsi üçün zəmin yaranırb. Hakimiyyət uğrunda gedən mübarizədə Məhəmməd Xanın əsas rəqibləri qardaşları idi. Düşmənlərini məğlub edib Azərbaycanın cənubunda möhkəmlənən Ağa Məhəmməd Xan Qacar şimalda yaranan xanlıqlatın ona tabe olması üçün fərman göndərdi. Lakin xanlıqların bəzilərinin müstəqilliyini itirməsi qorxusu bəzilərinin Rusiya meyilli siyasət yürütməsi Onun 1795 ci ildə Azərbaycanın şimal xanlıqlarına yürşünə gətirib çıxartdı. Şimala yürüş bəzi xanlıqların tabe olmasına bəzilərininsə müqavimət göstərməsinə səbəb oldu. “1795 ci ilin yayında Qacar 85 minlik qoşunla Qarabağa hücum etdi. II İrakli Qarabağ xanlığı ilə ittifaqa girdi. Qacar Şuşa şəhərini mühasirəyə aldı. Qarabağın bütün əhalisi düşmənə qarşı mübarizəyə qaxdı. Qarabağlılar tez – tez İran qoşunlarının düşərgələrinə gecə hücumları təşkil edir və onlara böyük təlafat verirdilər.” (H. Qəniyev, 2009. s.222) Qarabağ Xanlığının mərkəzi Şuşa şəhərini 33 gün mühasirədə saxlayan lakin tuta bilməyən Ağa Məhəmməd Xan Rusiya dövlətinin himayəsinə sığınmış Kartli Kaxetiya çarlığına hücüm edir. 1795-ci ilin sentyabrın 10-da Ağa Məhəmməd Xan 35 min qoşunla Tiflisə yaxınlaşdı. II İrakli düşmənə qarşı yalnız 5 min qoşunla çıxa bildi. (10. s 49) Şərqi Gürcüstanı turararaq çarlığın mərkəzi Tiflis şəhərini dağıdır. Rusiya dövlətinin hucumundan ehtiyyat edən Xan Azərbaycanın şimalını tərk edir. 1796-cı ildə Azərbaycanda yeni bir dövlət Qacarlar dövlətinin əsası Ağa Məhəmməd Xan tərəfindən qoyulur.Paytaxt Tehran şəhəri olan bu dövlətdə türklər xüsusilə fərqlənirdi Əsas dövlət vəzifələrinə Şahın yaxın adamları bəzəndə ona sadiq olan tayfalardan seçilirdi.Şahın yürütdüyü müdrik siyaət nəticəsində ara müharibələrinə son qoyulmuş, dövlətin qüdrəti yenidən bərpa olunmuşdur. Lakin özünü Səfəvilər dövlətinin sələfi sayan Ağa Məhəmməd Şah demək olarkı keçmiş Səfəvilər dövlətinin sərhədlərini tam bərpa edə bilməmişdi.Azərbaycanın şimalında bəzi xanlar hələdə müstəqil idilər, bəzi ərazilər isə Rusiya tərəfindən işğal olunmuşdu. 1797 ci ildə yenifən Azərbaycanın şimalına hücum edir lakin Şuşa şəhərundə qətlə yetrilir. Ağa Məhəmməd Şah Qacar bir gün Səfərəli adlı bir nökərini cinayət etdoyinə görə hədələyib buyururki sabah müqəssirlərin hammısını başını kəsdirib bir minarə tikdirəcək və Səfərəlinin başını lap yuxarıda qoyduracaq.

Həmin Səfərəli Şahın qapısında keşikçimdururdu. O, gecə bir yoldaşı ilə şahın yatdığı evə daxil olub, xəncər ilə şahın qarnını yırtıb öldürürlər. (Mir Möhsün Nəvvab, 2004. s, 17) Qacarın öldürülməsi Azərbaycanı birləşdirmək planı yarımçıq qalır. Əmisinin yerinə hakimiyyətə gələn Fətəli Şah Rusiya- İran müharibələrundə məğlub olması, 1813 və 1828 ci illər Gülüstan və Türkmənçay müqavilələrinin imzalanması Azərbaycanın şimalını, Dağıstan və Şərqi Gürcüstanın Rusiyanın tərkibinə qatılmasını təsdiq etməyə məcbur olur. Qacarlar dövlətin yaranamsında və möhkəmlənməsində Azərbaycan mənşəli hərbiçilərin əziyyəti danılmazdır. Bu hərbiçilərdən, Cəfərqulu Xan, Məhəmməd Hüseyin Xan Həmədani Qaragözlü, Can Məhəmməd Xan Qacar, Məhəmməd Vəli Xan Qacar, Fətəli Şahın Oğullarından Abbas Mirzə və s adlarını çəkmək olar.

Çəfərqulu Xan Ağa Məhəmməd Şahın qardaşlarından olmuşdur. Digər qardaşları kimi Şaha heç bir zaman xəyanət etməmiş hakimiyyət yolunda özünü qardaşına fəda etmişdir. Qardaşın əsas sərkərdələrindən olan Çəfərqulu Xan ən böyük xidmətlərindən biri Qacar Dəvəlu tayfaları ilə Qacar Qovanlılar arasında gedən düşmənçiliyə son qoyması və bu tayfaları barışdırması olmuşdur. Dəvəlu tayfası bu barışıqdan sonra daim dövlətə saduq qalmış və bu tayfanın görkəmli nümayndələrindən olan Can Məhəmməd Xan Qacar və onun oğlu Məhəmmədvəli Xan Qacar dövlətin ən tanınmış hərbiçilərindən olmuşdur. Can Məhəmməd Xan Cəfərqulu Xanın vasitəsi ilə barışıq əldə ediləndən sonra ölkədə baş verən qarışıqlıqlarda, qardaşlarının Ağa Məhəmməd Xana qarşı çıxması və s məsələlərdə daim şaha sadiq qalmış heç vaxt əhdini pozmamışdır. Onun düzgün apardığı hərbi siyasət nəticəsində Zəndlər məğlub edilmiş və dövlətin böyük düşməni aradan götrülmüşdür. Oğlu Məhəmməd Vəli Xanda atası kimi Qacarlar ordusun mahir qoşun başçılarından olmuş hətta Şah qacar Şuşada qətlə yetriləndə Fətəli şaha köməyə gəlmiş və ona taxtında əyləşməkdə və Sərablı Sadıq Xan Şəqaqini məğlub etməkdə bilavasiyə köməklik etmişdir. Qaragözlü türk tayfası qədimdən Həmədan bölgəsində yaşayırdılar. Bu tayfa öz döyüşkənliyi ilə fərqlənirdi.

Səfəvilər dövründə adları mənbələrdə çəkilən bu tayfa Qacarlar dövlətində xüsusilə seçilirdi. Tayfa həmdə Qacarlatın havadarı hesab olunurdu. Tayfa ordunun əsas hissəsini təşkil edir həmdə bu tayfanın xanları və rəisləri öz zənginliyi ilə fərqlənirdi. Tayfanın başçılarından Məhəmməd Hüseyin Xan Həmədani Qaragözlü Ağa Məhəmməd Xana hakimiyyətə gəlməkdə köməklik etmiş və onun ən yaxın tərəfdaşlarından olmuşdur. Fətəli Şahın oğlu Abbas Mirzə yorulmadan Qacarlar dövlətin inkişafında misilsiz xidmətləri olmuşdur. Rus -İran müharibələrində Qacarlar ordusunun qoşun başçısı olan Abbas Mirzənin mühüm hərbi təcrübələri dəfələrlə Rus ordusunu ağır məğlubiyyətə gətib çıxartmışdır. “Abbas Mirzə Rusiya – İranmüharibələri zamanı Azərbaycan ordusunun cəsur sərkərdəsi kimi ləyaqətlə vuruşmuş, ordunun yenidən qurulması üçün çox zəhmətlər çəkmişdir. Lakin imperialist qüvvələrin öz mənafeləri üçün Qacar dövlətinə müdaxiləsi onun bütün cəhdlərini boşa çıxartdı. (T. Həsənzadə. 2013. s. 179)” 1812-ci ildə İran ordusu Abbas Mirzənini rəhbərliyi altında Xüdafərin korpüsünü keçib.

Qarabağa daxil olub Şahbulağı tutmuşdu.

Lakin rus ordusun əks əməliyyatlatı zamanı Aslandüz döyüşündə İran ordusu məğlub olur və Lənkəran xanlığının işğalı başa çatır (Z.M. Bunyadov və Y.B. Yusifov. 2004. s. 615-616) Abbas Mirzə istəməsədə Qacarlar dövləti Gülüstan müqaviləsini 1813 cü ildə imzalayır. orduda olan xətanət bacarıqsız insaların mühüm vəzifə tutmaları, bəzi xanlıqların xəyanəti Qacarların başlıca məğlub olmasının səbəblərindən idi. Abbas Mirzə Azərbaycan mədəniyyətinə, xususilə muğamına bağlı biri idi. Gülüstan müqaviləsindən sonra adətən Azərbaycan şəhərkərundə daha çox vaxt keçirir ən sevdiyi şəhər isə Təbriz şəhəri olmuşdur. “1825 ci ilin yayında Abbas Mirzə bir çox şeylərin dəyuşdiyini hiss etdi. O, atasına anlatmaq istəyirdi ki, Rusiya ilə savaşa girmək bizə məğlubiyyətdən başqa bir şey gətirməyəcək. Lakin Şah ilginc cavablar verirdi”. (Ə.Pakrəvan. 2007 s, 48) 1826 – 1828 ci il II Rusiya və İran müharibələrində Qacarların yenidən məğlub olub Türkmənçay müqaviləsini baqlaması və bəzi torpaqları güzəştə getməsi Abbas Mirzəyə çox pis təsir etnişdir. Bu hadisələr onu çoxdan narahat edən xəstəliyinin yenidən baş qaldırmasına gətirib çıxarmışdır. 1833 cü ildə müəyyən iztirablardan sonra Abbas Mirzə Xan vəfat etmiş və imam Rza (ə) məqbərəsində dəfn olunmuşdur. XIX əsrin əvvəllərində Qacarlar dövlətində ictimai – siyasi vəziyyət elədə qənaətbəxş deyildi. Rusiya Qacarlar müharibəsi Azərbaycan torpaqlarında getdiyindən iqtisadiyyat dağılıb, kənd təsərrüfatına böyük ziyan dəymişdi. Bu dövrdə Qafqazda maraqları toqquşan İngiltərə – Fransa və Rusiya dövlətləri hər biri ölkəni özlərindən aslı vəziyyətə salmaq və iqtisadi və siyasi müqavilələr bağlamaqla ölkənin daxili işlərinə müdaxilə etmək imkanı əldə etmək istəyirdilər. Fətəli Şahdan sonra hakimiyyətə gələn Məhəmməd Şahın dövründə irtica daha da şiddətlənmişdi. Ümumiyyətlə Qacarlar dövləti Ağa Məhəmməd Şah Qacardan sonra dövlət öz əvvəlki nüfüzunu saxlaya bilməmişdi. Hakimiyyətə gələn Qacar Şahları ya Rusiya yada İngiltərə mövqeyiyeritməyə məcbur idilər. Dövlət zamanla bu dövlətlərin təsir dairəsinə düşürdü. “İlk Qacar şahları dövründə Güney Azərbaycan, xüsusilə Təbriz dövlətin xarici siyasətində də mühüm rol oynayırdı. Belə ki, vəliəhd burada oturduğu üçün xarici diplomatik nümayəndələrin də iqamətgahı Təbriz şəhərində idi. (Ş.Tağıyeva, Ə.Rəhimli, S.Bayramzadə. 2000. s, 45) XIX əsrin ikinci yarsında sədr əzəm Mirzə Tağı Xanın islahatlatları İranda İngilislərin təcavüzlərini məhdudlaşdırır, İri torpaq sahiblərinin ölkanin apardığı siyasətə qarşı fəaliyyət dairəsini azaldırdı.  Lakin islahatlar müəyyən dairələr tərəfindən narazılıqla qarışlanıdı”.

 1848 ci ildə İranda Seyid Əli Məhəmmədin (1820 – 1850)

Babın başçılığı ilə güclü dini siyasi hərəkat başladı. Babilik Cənubi Azərbaycanda da çox geniş yayılmışdı. Burada Babın Molla Məhəmməd, Molla Yusif Zərrintac və b, ardıcılları var idi. Üsyanın əsas mərkəzi Azərbaycan şəhəri Zəncan idi. (İ.Məmmədov. 2004. s, 315) Mirzə Tağı Xan ölkənin düşdüyü bərbad vəziyyətdən çıxartmaq üçün islahatlar keçirtdi. Lakin din xadumlərinin müqavimti Mirzə Tağı Xan edam edilnəsi ilə nətucələndi və aparılan butün islahatlar yarımçıq qaldı. Dövlətin apardığı siyasət 1848 – 1852 ci illərdə Babilər hərəkatı, Sahib divana qarşı çıxışlar, Tənbəki üstanı, Zeynəb paşanın başladığı taxıl möhtəkirliyinə qarşı çıxışlar şəklində biruzə verirdi. Təbriz şəhərinda baş verən narazıkıqlar ölkənin digər yerlərində də rəğbətlə qarşılanırdı. Xarici kapitalın İrana yol açması nəticəsində xırda burjuaziya və sənətkarlıq iflasa uğrayırdı. Bu proseslər Nəsrəddin Şah və Müzəffərəddin Şahın dövründə dahada güclənmuşdi. “İranın ictimai həyatının gərgin dövründə haqsızlığa etiraz edən hər bir çıxış amansızlıqla yatrılırdı. Buna baxmayaraq bir sıra vətənpervər ziyalılar əhalini bu çətinliklərdən çıxarması üçün yollar axtarır, bunu dövlət işlərində islahat aparmaqda, xalq kütlələrinin oyanaraq, siyasi mübarizəyə qoşulmasında, demokratik dövlət quruluşu yaradılmasında görürdülər. Bu prosesdə miliyyətcə Azərbaycanlı ziyalılar fəal iştirak edirdilər”. (T.Həsənzadə. 2007 s. 147) Qacarlar dövlətinin tərkibinə daxil edilmiş Cənubi Azərbaycan torpaqları burada yaşayan Azərbaycanlılar ölkədə baş vermiş ictimai – siyasi hadisələrin təsirimdən kənarda qalmamış, onun bilavasitə iştirakçıları olmuşlar. Abbas İrəvani Yəhya Xan, Mirzə Hüseyin Xan Qəzvini, Mirzə Səlim Axundov, Mirzə Rəzi, Seyid Cəmaləddin Əfqani, Süleyman Xan Əfşar, Mirzə Rəzi, Mirzə Həsən Rüşdiyyə və s. dövrünün tanınmış ictimai xadimləri müxtəlif vəzifələrdə çalışmış, dövrünü adlı – sanlı şəxslərindən olmuşlar. Seyyid Cəmaləddin dövrünün fazil şəxslərindən sayılırdı. XIX cu əsrdə Avropa dövlətlərinin şərqdə apardığı müstəmləkə işğalları, müsəlman ölkələrinin aslı və ya işğal olunmaları Seyyid Cəmallədini narahat etməyə bilməzdi. Avropalıların şərqə uzanan əllərini kəsmək və müsəlmanları birliyə çağırmaq onun əsas amalı idi. Müsəlmanları birliyə çağıran Seyyid Cəmaləddin harda olurdusa həyacanlar həmin ərazilərdə işğalçılara qarşı geniş vüsət alırdı. 

Həyatı sürgün və iztirablarla keçən Seyyid Cəmaləddin Osmanlı dövlətində vəfat edir. Müsəlmanları xaricilərə qarşı mübarizədə birləşməyə çağıran Seyyid Camaləddin müsəlman ittufaqı, məşrutə respublika yaradılması uğrunda getdiyi yerlərdə mübarizə apatırdı. Onun Haqqında şərq mənbələri ilə bərabər Avropa mənbələrindədə geniş məlumat verilmişdir. Vilfrid Blant, E Blant, Corci Zeydant bu şəxslərdən idi. “XIX əsr Qacariyyə dövrü tarixçisi marağalı Məhəmməd Həsən Xan Etimadüssəltənə Seyyid Cəmaləddini “ruzigarın nadir adamı, möcüzəsi” adlandırmaqla onun yaşadığı dövrdən çox irəli getmiş bir şəxsiyyət olduğunu qeyd edərək onu  yüksək qiymətləndirir. (T. Həsənzadə. 2013. s. 167) İranda yeni üsul məktəblərinin əsasını qoymuş, Maarifpərvər Mirzə Həsən Rüşdiyyə XIX əsrin ikinci yarısında mədəniiyət sahəsində xidmətləri olan şəxslərdəndir. Mitzə Həsən ilk dəfə XIX əsrin 80 ci illərində Şimali Azərbaycanın İrəvan şəhərində yeni üsul məktəb açmış, özüdə burada müəllim işləmişdir. Öz fəaliyyətini Azərbaycanın cənub hissəsundədə davam etdirmişdir. Təbriz və Qacarların Paytaxtı Tehran şəhərində açdığı yeni üsul məktəblər dəfələrlə qarət edilmiş və dağıdılmışdır. Onun bu tipli məktəbləri rühanilər tərəfundən bəyənilməmiş daim təqiblərə məruz qalmışdır. Mirzə Həsən hətta məktəblilər üçün vətən dili adlı dərslikdə yazmışdır. “Heç şübhəsiz ki, Cənubi Azərbaycanda milli şüurun inkişafına Şimali Azərbaycanda gedən milli- mədəni proseslər, mütərəqqi mətbuat və ədəbiyyatda öz əksini göstərir. (E.Mədətli. 2007. s, 29) Həyatını öz xalqının mariflənməsinə həsr edən bu şəxs İranda baş verən prosesləri yaxından izləyir və Tehran şəhərində redaktoru olduğu Məktəb və Tehran qəzetlərində mütləqiyyət üsul idarəsinə qarşı ifşa edici məqalələri dərc olunurdu. Onun bu yenilikçi fikirləri dövlət tərəfindən daim izlənilirdi. Mitzə Həsən Rüşdiyyə həbs olunaraq Xorasan vilayətinə sürgün olunur və önrünün sonuna qədər burada yaşayır. XIX cu əsrdə Azərbaycanın Şimalında gedən proseslər Cənubunda da izlənilir mədəniyyət, ictimai – siyasi vəziyyət bilavasitə qarşıqlı inkişaf edirdi. “Azrbaycanda baş verən mütərəqqi hadisələr Cənubi Azərbaycana müsbət təsir göstərdiyi kimi, İranın vahidliyi ideoligiyasına da ciddi təhlükə yaradırdı” (Mir Möhsün Nəvvab, 2004. s, 28) Azrbaycanda povest və dramaturgiyanın əsasını qoyan Mirzə Fətəli Axundzadənin altı dram və bir povestini Azərbaycan dilindən fars dilinə tərrcümə edən Mirzə Cəfərdir. Mirzə Cəfər Qacarlar dövlətinin ikinci hökmdarı Fətəli Şahı övladlarındandır. Qacarlar dövlətində münşi vəzifəsində çalışan Mirzə Cəfər öz dövrünün fazil insanlarından sayılırdı. O, həmçinin “nameyi-yusif” əsərinin müəllifidir. XIX cu əsrdə İran dövlətinin Avropa ölkələri ilə diplomatik əlaqələrinin yaranmasında və inkişafında Azərbaycanlı ictimai – siyasi xadimlərin mühüm rolu olmuşdur. “Həmin illərdə Qafqazda xüsusilə Bakıda nəşr edilən “İrşad”, “Həyat”, “Tazə həyat” və digər qəzetlər, “Molla Nəsrəddin” jurnalı İran inqilabına böyük mənəvi yardım göstərirdi. (T.Vəliyev. 2009. s, 92). Qacarlar dövlətinin yetişdirdiyi diplomatlardan Əsgər Xan Əfşar, Mirzə Yusif, Məhəmməd Hüseyin Xan Müqəddəm Marağayi, Mirzə Rza Qəzvini, Xosrov Mirzə, Mirzə Rza Xan Daneşin, Məhəmmədəli Xan, Mahmud Xan Hımədani, Hacı Məhəmməd Xəlil Xan Qəzvini, Mirzə Əsədulla Xan Mirzə Nəcəfəli Xan Daneş və Məhəmməd Xan Nəbini göstərmək olar. Mirzə Əsədulla Xan Qacarlar dövlətuni Nəsrəddin Şahın dövründə bir sıra dövlətlərdə bacarıqlı diplomat kimi təmsik etmişdir. O, həmçinin Xarici İşlər Nazirliyinin əməkdaşı olaraq Qacarlar dövlətinin Peterburuqdakı səlahiyyətli nümayəndəsi, Osmaanlı dövlətində səfir vəzifələrində çalışmışdlr. Əslən İrəvanlı olan Mirzə Rza Xan “Daneş təxllüsüdür” İstanbul, Peterburuq, İsveç şəhərlərində konsul köməkçisi və səfir vəzifələrində işləmişdir. “Mirzə Rza Xan Müzəffərəddin Şah Avropa ölkələrində səyahətdə olarkən Mirzə Rza Xanla görüşmüş ona “prens” ləqəbi vermişdir. O, həmçinin ll ci Sultan Əbdulhəmidin taxta əyləşməsinin 25 illiyində, eləcə də İspaniya kralı XIII Alfonsonun tacqoyma mərasimində

Qacarlar dövlətinin nümayəndəsi kimi iştirak etmişdir”.

 Qacarların hakimiyyəti dövründə bu dövlətin ictimai – siyasi həyatındaAzərbaycanlılar həmişə ön sırada getmişlər. Onlar haqqında mənbələr fars dilindəolduğu səbəbindən geniş yayılmamışdır. Digər tərəfdən tarixi əsərlərdə bu şəxsiyyətlərin fəaliyyətləri kifayət qədər işıqlandırılmamış, bəziləri istisna edilməkləonlar haqqında demək olar ki, elmi araşdırmalar aparılmamışdır. 

how can we help you?

Contact us at the Consulting WP office nearest to you or submit a business inquiry online.

Consulting theme is an invaluable partner. Our teams have collaborated to support the growing field of practitioners using collective impact.

Donald Simpson
Chairman, Bluewater Corp