Milli maraqların müdafiəsi sistemində informasiya təhlükəsizliyiSəbirə İsgəndərova - AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru

“Milli maraqlar” dövlətin xarici və daxili siyasətinin for malaşmasının əsasını təşkil edir. Bunun obyektiv göstəricisi ha kimiyyət orqanlarının və idarəetmə orqanlarının onları həyata keçirmək üçün sosial-iqtisadi, siyasi-təşkilati, hüquqi fəaliyyət lərinin məcmusudur. “Milli maraqlar” fenomeninin praktiki mümkünlüyü onun nəzəri ardıcıllığından asılıdır ki, bu anlayı şın elmi araşdırılması olduqca mühüm aktuallıq kəsb edir. “Milli maraqlar” termini siyasət elmi üçün nisbətən yeni dir. Yalnız son rüb əsrdə onun nəzəri dərk edilməsi prosesi ol muşdur. Siyasi reallıqda “milli maraqlar” ifadəsinin işlədilmə sinin müsbət mənasını (ümumi nəzəri əsaslılığı və praktiki məqsədəuyğunluğu) inkar edən alimlər də var. Belə ki, milli maraqlar heç də hər zaman ümumi mənafelərə xidmət etmir. “Milli maraq, qeyri-müəyyənliyinə və emosional “infeksiyası na” görə, siyasi polemika üçün çox əlverişli, lakin elmi müza kirə və təhlil üçün yararsız olan, digər əlaqəli “sinfi maraq” psevdo-konseptinə bənzər psevdokonseptdir”. (Фурман Д.Е., 1997, c. 91) Qeyd etmək lazımdır ki, bu gün “milli maraqlar” fenomeni dəqiq müəyyən edilmiş məkan-zaman xüsusiyyətlərinə malik dir. Obyektiv göstəricilərdən biri onların həyata keçirilməsinə kömək edən məqsədyönlü dövlət siyasətidir. Bəzi alimlər hesab edirlər ki, “milli maraq” real siyasi proseslərin kateqoriyasıdır, bu termin artıq nisbətən ümumi qəbul edilmiş məna kəsb edir. Digərləri üçün bu fenomendən istifadə etmək qeyri-mümkün dür, çünki vahid “milli maraq” bir ölkə daxilində ümumi “mə dəni kimlik” kimi bir şeyin mövcudluğunu nəzərdə tutur. Elmi ədəbiyyatda belə hesab edilir ki, “milli maraqlar” və “milli təhlükəsizlik” anlayışları “millət” anlayışının sosial-siya si hadisə kimi müasir şərhindən qaynaqlanır. İdarə olunanların razılığının siyasi institutların legitimliyinin əsas mənbəyi olma sı fikri sosial müqavilə nəzəriyyəsinin əsas ideyasıdır. Müasir siyasi həyatda o, əsas mövqelərdən birini tutur və onun əsasın da duran ideya müasir demokratik dövlətlərin siyasi quruluşu nun açarıdır. Ümumiyyətlə, təhlükəsizlik heç bir təhlükənin olmadığı bir vəziyyət və ya mövqedir. Amma tarixin göstərdiyi kimi, nə fərd, nə də onun icmasının müxtəlif formaları belə bir vəziyyə tə nail ola bilməyiblər. Tam təhlükəsizlik prinsipcə mümkün deyil. Bu, kollektiv həyat anlayışından kənar bir kateqoriyadır. Reallıqda biz ancaq nisbi təhlükəsizlikdən danışa bilərik. Təhlükəsizlik problemlərini nəzərdən keçirərkən görürük ki, əsas olan təhlükəsizlik obyektləri və subyektləri anlayışları dır. Hal-hazırda ictimai qavrayışda və elmi dövriyyədə mövcud olan təhlükəsizliyin obyektləri aşağıdakılardır: fərd (onun hüquq və azadlıqları); cəmiyyət (onun maddi və mənəvi dəyərlə ri); dövlət (onun konstitusiya quruluşu, suverenliyi və ərazi bü tövlüyü). Təhlükəsizliyin təmin edilməsi subyekti qanunverici lik, icra və məhkəmə hakimiyyəti orqanları vasitəsilə bu sahədə funksiyaları həyata keçirən dövlətdir. Nəzərə almaq lazımdır ki, təhlükəsizlik təhdidləri, ilk növ bədə, dövlətə təsir edən amillərdən, yəni partiyaların siyasi mü barizəsindən, hakimiyyət qollarının qarşılıqlı fəaliyyətindən, ha kimiyyət dəyişikliyindən və s.-dən qaynaqlanmır. Onlar daha çox həyat keyfiyyətinin və səviyyəsinin aşağı düşməsi, iqtisadi və maliyyə böhranları, cinayət nisbətləri və millətlərarası müna qişələr kimi vətəndaş cəmiyyətinə təsir edən amillər. Müasir dövlətin ən ciddi problemlərindən biri olan cəmiyyətin, dövlətin, müxtəlif sosial qrupların və konkret fərdin maraqlarının sosial praktikada qeyri-bərabərliyidir ki, onun həllindən vəziyyətin sa bitliyi böyük ölçüdə asılıdır. (Дзлиев М.И., 2011, c.50–64.) Bütövlükdə cəmiyyətin, eləcə də konkret dövlətin əhalisi nin inkişaf səviyyəsini müəyyən edən ən mühüm amil “təhlü kəsizlik”, “şəxsi azadlıq”, “insan inkişafı” və nəticə etibarilə bu kimi xüsusiyyətlərin məcmusudur. Bu o deməkdir ki, bu sözlə rin müasir anlayışında insan hüquqlarının təminatı insan təhlü kəsizliyi və azadlıqlarının təmin edilməsidir. Təhdidlər haqqında vaxtında məlumat əldə etmək üçün er kən xəbərdarlıq sistemi – insan təhlükəsizliyinin monitorinqi formalaşdırılır. Burada iki mümkün yanaşma mövcuddur: stra teji və taktiki. Strateji xəbərdarlıq yaranan təhlükələrin və onla rın gələcəkdə həyata keçirilməsi potensialının müəyyən edil məsidir. Taktiki xəbərdarlıq artıq baş verən təhlükələrin müəy yən edilməsidir. Strateji xəbərdarlıq sistemi insan təhlükəsizli yinə təhdidlərin nəhayət formalaşıb həyata keçirilə biləcəyi an dan əvvəl təsir imkanlarını müəyyən edir. Müvafiq olaraq, bu, bizə siyasət variantları və siyasət vasitələrinin seçimini genişlən dirməyə imkan verir. (Zhinkina I.Yu., 1998. – No. 10) Eyni zamanda, insanların təhlükəsizliyi təkcə irimiqyaslı qəza və fəlakətlərin riskləri ilə deyil, həm də gündəlik həyat riskləri ilə müəyyən edilir. Bundan əlavə, çox da gözdə olma yan “səssiz fəlakətlər” də ola bilər. BMT-nin müasir təsnifatına görə, hər bir ölkədə insan hüquqlarının təmin edilməsi onun təhlükəsizliyinin təmin edilməsinin aşağıdakı sahələrində həya ta keçirilməlidir: – iqtisadi təhlükəsizlik; – ərzaq təhlükəsizliyi; – qida təhlükəsizliyi; – ekoloji təhlükəsizlik; – şəxsi təhlükəsizlik; – ictimai təhlükəsizlik; – siyasi təhlükəsizlik; – informasiya təhlükəsizliyi. (Human Development Report. UN., 1994. p. 24) Bir sıra milli təhlükəsizlik prioritetləri vardır. Bunlardan milli müdafiə, ictimai təhlükəsizlik, davamlı iqtisadi artım, el min inkişafı, təhsil və səhiyyə sistemlərinin təkmilləşdirilməsi, mədəni potensialın qorunub saxlanılması və artırılması, təbii sərvətlərdən səmərəli istifadə və s. qeyd etmək olar. Bütün mil li təhlükəsizlik prioritetləri üzrə dövlət siyasətinin həyata keçi rilməsi yaxşı işləyən, səmərəli, ayrıca informasiya-texnoloji infrastruktur tələb edir. İnformasiya texnologiyaları hazırda təkcə ölkə əhalisinin gündəlik fəaliyyətinin mühüm hissəsi deyil, həm də istənilən dövlətin və regionun iqtisadi və siyasi sisteminin strukturunun elementidir. İnformasiya texnologiyaları təkcə iqtisadi sabitlik də deyil, həm də milli təhlükəsizlikdə həlledici rol oynayır. İnformasiya təhlükəsizliyi dedikdə şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqları arasında balansı müəyyən edən informa siya sferasında milli maraqların qorunması başa düşülür. İnfor masiya maliyyə və təbii ehtiyatlarla yanaşı, ölkənin beynəlxalq arenada rəqabət qabiliyyətinin ən mühüm amilidir. Son vaxtla ra qədər ölkə daxilində və xarici məkanda informasiya təhlükə sizliyi problemlərinə çox az diqqət yetirilirdi. Bununla əlaqədar son illərdə dövlət sirrinin mühafizəsi, dövlət informasiya ehtiyatlarının təhlükəsizliyinin təmin edil məsi, onlardan səmərəli istifadə, beynəlxalq informasiya müba diləsinin tənzimlənməsi ilə bağlı qanunlar və normativ hüquqi aktlar qəbul edilmişdir. Onlardan ən önəmlisi heç şübhəsiz Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası dır. Konsepsiya Azərbaycanın informasiya təhlükəsizliyinin tə min edilməsinin məqsədləri, vəzifələri, prinsipləri və əsas isti qamətləri ilə bağlı rəsmi baxışların məcmusunu əks etdirir, həmçinin informasiya təhlükəsizliyi sahəsində dövlət siyasəti nin formalaşdırılması üçün əsas rolunu oynayır. Bəzi alimlərin fikrincə, “informasiya təhlükəsizliyi”ni aşa ğıdakı kimi izah etmək olar: informasiya məkanının təhlükəsizliyinin vəziyyəti, onun vətəndaşların, təşkilatların və dövlətin maraqları naminə for malaşmasını və inkişafını təmin edən amil; informasiyanın ciddi şəkildə təyinatı üzrə istifadə edildiyi və istifadə edildikdə sistemə (obyekt, vəziyyətə) mənfi təsir göstərməyən infrastrukturunun vəziyyəti; məxfilik və bütövlük kimi xüsusiyyətlərinin pozulmasının istisna edildiyi və ya əhəmiyyətli dərəcədə mürəkkəbləşdiyi məlumat vəziyyəti. Hər bir cəmiyyət informasiya təhlükəsizliyini ümumi milli təhlükəsizliyin vacib komponenti hesab edir. İnformasiya təh lükəsizliyi mövcud informasiya mühitinin potensial təhdid və təhlükələrdən qorunmasıdır. Tədqiqatçılar “informasiya təhlü kəsini” dövlət, cəmiyyət, sosial qruplar və fərdlərin informasi ya resursları və informasiya axınlarının kifayət qədər insanların psixikasına, fərdi və ictimai şüuruna, həmçinin kompüter şəbə kəsinə və informasiyanın digər texniki mənbələrinə mənfi təsir dən “Qorunmaq, informasiya təhlükəsinə qarşı durmaq üçün müdafiə olunmasını təmin etmək üsulu” kimi səciyyələndirirlər. (Шеринов Л.И., 1993, №11-12, 159) Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsi yası informasiya təhlükəsizliyi siyasətinin (4.3.11) definisiyasını verir: “Azərbaycan Respublikasının informasiya təhlükəsiz liyi siyasəti dövlət, ictimai və fərdi informasiya ehtiyatlarının qorunmasına, habelə informasiya sahəsində milli maraqların müdafiəsinə yönəlmiş tədbirlər kompleksinin həyata keçirilmə sindən ibarətdir. Azərbaycan Respublikasının informasiya sahəsində milli təhlükəsizliyinin təmin olunması üçün ölkədə informasiyanın, həmçinin dövlət informasiya ehtiyatlarının müdafiəsi sahəsində milli sistem və informasiya infrastrukturu inkişaf etdirilir və möhkəmləndirilir. Dövlət orqanları və vəzifəli şəxslər tərəfin dən qərarların qəbul edilməsinin informasiya təminatının həya ta keçirilməsi məqsədilə obyektiv və mühüm məlumatlar topla nılır”. (Azərbaycan Respublikasının milli təhlükəsizlik konsep siyası. http://www.migration.gov.az/images/pdf/) Beləliklə, informasiya təhlükəsizliyi anlayışı çox mürək kəb və çoxşaxəlidir və ya dar mənada situasiyaya uyğun, həm işlək, həm də daha geniş şəkildə istifadə olunduğu bir elmdə aktual olan bir çox şərhlərə malikdir. Lakin, istənilən halda bü tün təriflər iki yanaşma çərçivəsində uyğun gəlir: atributiv və funksional. Həmçinin, müasir elmdə informasiya ilə bağlı problemlərin fəlsəfi təhlilinə ciddi ehtiyac vardır. Sözsüz ki, ən aktual və əhəmiyyətli məsələlərdən biri informasiya təhlükəsiz liyi problemidir ki, bu problemi də təkcə informasiya təhlükə sizliyi problemi ilə məhdudlaşdırmayaraq, kompüter sistemləri nin mühafizəsi, kiberməkanda məlumatların məxfiliyi və s. problemin də sırf fəlsəfi cəhətdən araşdırmaq lazımdır.

how can we help you?

Contact us at the Consulting WP office nearest to you or submit a business inquiry online.

Consulting theme is an invaluable partner. Our teams have collaborated to support the growing field of practitioners using collective impact.

Donald Simpson
Chairman, Bluewater Corp