II Qarabağ savaşı sonrası Zəngəzur dəhlizi layihəsinin region və dünya siyasi sisteminə təsirləriSamir Hümbətov - Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, Azərbaycan Universiteti Siyasi elmlər kafedrasının müəllimi
E-mail: Samir.gumbatov.1987@mail.ru
Tel: +994 (55) 8676170

27 Sentyabr 2020-ci ildə Ermənistanın təxribatları və Azərbaycanın bu təxribatlara cavab verməsi nəticəsində rəsmi şəkildə II Qarabağ savaşına start verilmiş oldu. 44 gün davam etmiş II Qarabağ savaşı nəticəsində Azərbaycan ərazi lərini işğaldan azad etdi və 10 Noyabr 2020-ci ildə Azərbayc an, Ermənistan və Rusiya liderləri arasında atəşkəsin əldə edilməsi məqsədi ilə 9 maddədən ibarət olan üçtərəfli bəyannamə imzalandı. Tərəflər arasında imzalanmış bəyannaməyə əsasən, Ermə nistan silahlı qüvvələrini Azərbaycanın Qarabağ bölgəsində çı xarmaq, Azərbaycanın Laçın rayonu ərazisindən keçən hissədə yerləşən dəhliz vasitəsi ilə Qarabağda yaşayan ermənilərin Er mənistanla əlaqəsinin maniyəsiz təmin edilməsi və eyni zaman da Azərbaycanın qərb rayonları ilə Naxçıvan MR arasında nəq liyyat-kommunikasiyanın təmin edilməsini həyata keçirməli idi. Qeyd edilən bütün bu məsələlərin tam şəkildə icrasını isə Rusiya Sülhməramlı kontingenti həyata keçirməli idi. Mühari bənin bitməsindən dərhal sonra Azərbaycan tərəfi Ermənistana dərhal sülh danışıqlarına başlamağı təklif etdi və bu istiqamət də bir sıra addımlar da atıldı. Beləliklə də, bugün üçün son də rəcə aktuallıqqazanmış “Zəngəzur Dəhlizi” ifadəsi Azərbaycan prezidenti İlham Əliyev tərəfindən səsləndirildi. Əsas hissə. 10 Dekabr 2020-ci ildə II Qarabağ savaşından sonra Azərbaycan Silahlı Qüvvələri tərəfindən Bakıda keçril miş “Zəfər Paradı”nda Azərbaycan prezidenti İlham Əliyevlə yanaşı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edirdi. Baş tutmuş hərbi paradda Azərbaycan prezidenti İlham Əliyev tərəfindən irəli sürülən 3+3 formatı, yəni üç Cənubi Qafqaz dövləti-Azərbaycan, Ermənistan və Gürcüstan, həmçi nin, regiona qonşu olan üç dövlət-Rusiya, Türkiyə və İranın birgə iştirakı iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsi məqsədi ilə yeni platforma təklif edildi. Əlbəttə, platformanın əsas məqsədi regionda mövcud olan gərginliklərin bir kənara qoyulması, əvəzində isə həm siyasi, həm iqtisadi, həm də digər sahədə əməkdaşlığı gücləndirməklə bölgə üçün yeni təhlükə sizlik konsepsiyasının işlənib hazırlanmasını həyata keçrimək idi(1: yeni azərbaycan qəzeti-2022). Azərbaycanın və Türkiyənin bütün səylərinə baxmayaraq, müharibədən məğlub olaraq çıxmış Ermənistan nə 10 Noyabr 2020-ci il üçtərəfli bəyannamənin şərtlərini icra etmək istəmir, nə də bölgə ilə bağlı hansısa iqtisadi və nəqliyyat-kommunikasiya layihələrinə qoşulmaq istəmir. Hətta qeyd etmək lazımdır ki, 11 Yanvar 2021-ci ildə Rusiya tərəfinin təşəbbüsü ilə Mosk vada Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın iştira kı ilə üçtərəfli formatda görüş keçrilmiş və 4(dörd) maddədən ibarət kommunikasiyaların açılamsı məqsədi ilə bəyannamə imzalanmışdır. Bütün cəhdlərə baxmayaraq, Ermənistan tərəfi nə nəqliyyat-kommunikasiyaların, xüsusilə də Azərbaycanın qərb rayonları ilə Naxçıvan MR arasında əlaqələrin qurulması üçün, nə də sülh danışıqları prosesində ciddi addımlar atma dı(2: prezident.az- 2021). Əksinə, keçən üç il ərzində dəfələrlə Ermənistan tərəfindən Ermənistan-Azərbaycan şərti dövlət sər həddində böyükmiqyaslı hərbi toqquşmalar baş vermiş və həm çinin, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində qalmaqda olan silahlı dəstələrinin və oradakı sepa ratçı rejimin silahlı-terrorçu dəstələrinin təxribatları nəticəsində ciddi insan itkisinə səbəb olan hadisələr baş vermişdir. Hətta, 3 Avqust 2022-ci ildə və 20 Sentyabr 2023-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən lokal xarakterli antiterror əməliya ları həyata keçrilmişdir. 10 Noyabr 2020-ci ildən etibarən həm Azərbaycan və Er mənistan liderləri İlham Əliyev və Nikol Paşinyan arasında Ru siyanın vasitəçiliyi ilə 2 Moskva, 1 Soçi, həmçinin Avropa İtti faqının vasitəçiliyi ilə 6 Brüssel görüşü və 1 Praqa görüşü baş tutmuş, tərəflər arasında mövcud problemlərin həlli istiqamə tində bəzi razılaşmalar əldə edilərək sənədlər imzalanmış, am ma Ermənistanın tutduğu qeyri-qəti mövqe nəticəsində razılaş ma icra edilməmişdir. Eyni proses Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyan arasında da baş vermişdir. Hər iki ölkənin XİN başçıları ABŞ-nin vasi təçiliyi ilə 2 dəfə Vaşinqtonda, Gürcüstanın təşəbbüsü ilə 1 də fə Tibilisidə, Rusiya XİN başçısı Sergey Lavrovun iştirakı ilə Minsk, Düşənbə, Astana və Moskvada ən azı 5 dəfə, Avropa İt tifaqının vasitəçiliyi ilə isə ən azı 3 dəfə görüşüblər. Tərəflər arasında baş tutmuş bu görüşlərin Ermənistanın pozuculuğuna görə demək olar ki, hər hansı ciddi nəticəsi olmamışdır. Bax mayaraq ki, tərəflər arasında imzalanmış bütün sənədlərdə de mək olar ki, Azərbaycanın Naxçıvan MR ilə nəqliyyat-kommu nikasiya əlaqələrinin qurulması məsələsi ön planda olmuş dur(3: respublika.az- 2023). Digər tərəfdən, əldə edilmiş razılaşmaya əsasən, Azərbayc anla Naxçıvan MR arasında qurulması nəzərdə tutulan Zəngə zur Dəhlizi təkcə Naxçıvan MR-i Azərbaycanla birləşdirmir, eyni zamanda Türkiyə ilə Türk Dünyasını və həmçinin, Çindən Böyük Britaniyaya qədər məsafədə həyata keçrilməsi palnlaş dırılan “Bir Kəmər, Bir Yol” layihəsinin “Orta Dəhlizi”ni də əhatə edir. 1994-cü ildə imzalanmış “Əsrin Müqaviləsi” ilə Azərbaycanın əldə etdiyi maliyyə imkanları hesabına tikintisi 2007-ci ildən başlayaraq 2017-ci ildə tamamlanmış Bakı-Tibi lisi-Qars dəmiryolu xəttinin fəaliyyəti həyata keçrilir. Üstəlik, “Orta Dəhliz”in Azərbaycandan keçən hissəsində yükdaşımala rın artırılması məqsədi ilə 2015-ci ildə Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yenidən qurulmuş və Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradılmışdır(4: prezident.az 2014). Azərbaycan hökuməti tərəfindən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi üçün 400 hektar ərazi ayrılmış və ti kintisi həyata keçrilmişdir. Bakı Beynəlxalq Dəniz Ticarət Li manın daha çox yük qəbulu və ötürməsini həyata keçrimək məqsədi ilə Hollandiyanın “Van Oord” şirkəti tərəfindən akva toriyasında dərinləşdirmə işlərini həyata keçirib. “Van Oord” şirkəti tərəfindən uzunluğu 7,5 kilometr, eni 160 metr, dərinliyi 7 metr və dönmə dairəsinin diametri 450 metr olan giriş-çıxış kanalı inşa olunub istifadəyə verilmişdir. Bu isə onu özündə et hiva edir ki, limanın yeni hazırlanmış layihəsi əsasında Xəzər dənizində üzən bütün növ gəmilərin limana təhlükəsiz və sər bəst yanalmasına imkan yaranır. Azərbaycanın bu məsələyə xüsusi diqqət yetirməsi bir tərəfdən məhsuldar fəaliyyəti ilə böyük və ya kiçikhəcmli layihələrin icrasında necə həssaslıq nü mayiş etdirməsini, digər tərəfdən isə, “Bir Kəmər, Bir Yol” la yihəsinin “Orta Dəhlizi”nin təşkil edilməsində nə dərəcədə ma raqlı olduğunu əyani formada göstərmiş oldu(5: azərbaycan qə zeti-2022). 44 gün davam etmiş II Qarabağ müharibəsi təkcə müharibə edən tərəflərin deyil, eyni zamanda regionun və dünyanın siya si sisteminə ciddi təsir etməklə yanaşı, formalaşmaqda olan ye ni dünya nizamının istiqamətlərinin də müəyyənləşdirilməsinə imkan yaratdı. Beləliklə, 1939-1945-ci illərdə baş vermiş II Dünya Müharibəsi və 1991-ci ildə SSRİ-nin dağılmasından sonra yenidən formalaşmağa başlayan dünyanın yeni siyasi konfiqurasiyası özünü getdikcə daha aydın şəkildə hiss etdir məkdə idi. 1994-cü ildə Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında Bişkekdə imzlanmış atəşkəs müqavilə sindən başlayaraq 2020-ci ilə qədər dondurulmuş vəziyyətdə saxlanılan Qarabağ münqişəsinin təkcə Azərbaycan və Ermə nistana deyil, eyni zamanda regiona və qloballaşmaqda olan dünyaya mənfi mənada ciddi təsir edirdi. Əlbəttə, Azərbaycan hətta torpaqları işğal altında olduğu halda belə bir sıra qlobal layihələrin, o cümlədən Bakı-Tibilisi-Ceyhan, Bakı-Tibilisi-Ər zurum, Bakı-Tibilisi-Qars və digərlərinin icrasını uğurla həyata keçirməyi bacarmışdır. Buna baxmayaraq, qeyd etmək olar ki, Qarabağın Ermənistan tərəfindən işğal altında olması, daha ge nişmiqyaslı layihələrin hazılanması və icrasına mane olurdu. Yəni, Azərbaycanın Gürcüstan üzərindən keçirdiyi qeyd edilən layihələrin, həm də Ermənistan üzərindən keçrilmək şansı var idi ki, bu da hər il milyardlarla dollar həcmində Ermənistan bü dcəsinə və iqtisadiyyatına səmərə gətirə bilərdi(6: prezident.az 2021). Şübhə yoxdur ki, II Qarabağ savaşı sonrası baş verən pro seslərdə hətta əzici məğlubiyyətə uğramış Ermənistanı həm aş karda, həm də arxa planda dəstəkləməklə 10 Noyabr 2020-ci il üçtərəfli bəyannamənin icrasına mane olur, onun Ermənistan tərəfindən reallaşdırmasına imkan vermək istəmirdilər. Ermə nistan tərəfi isə, həm qeyd edilmiş müqavilənin icrasını yuba dır, həm də müxtəlif formalı təxribatlara əl atırdı. Əlbəttə, II Qarabağ savaşı sonrası Cənubi Qafqaz uğrundan bir sıra döv lətlər ön və arxa planda ciddi mübarizəyə başladılar. Burada, təkcə regiona daxil olan dövlətlər deyil, eyni zamanda qeyri-re gion dövlətləri də aktiv şəkildə fəaliyyətə girişməyə başladılar. Cəbhələşmənin ilk mərhələsi II Qarabağ savaşının gedişində baş verdi. Belə ki, müharibənin gedişində Rusiya silah-sursatı nın İran üzərindən Ermənistana daşınması, Fransa parlamenti nin 40 deputatı tərəfindən Azərbaycanın Qarabağ regionunda qanunsuz olaraq fəaliyyət göstərmiş uydurma “Arsax” respub likasının tanınması ilə başladılar və daha sonra İran tərəfinin “Ermənistanın ərazi bütövlüyü bizim qırmızı xəttimizdir” ifa dəsini işlətməsi ilə başlamış oldu. Rusiya-Ukrayan müharibəsinə qədər Rusiyanın mövqeyi də tam olaraq bəlli olmurdu. Amma buna bacmayaraq, həm İran, həm də Fransa açıq şəkildə Ermənistanı Azərbaycanla sülh danışıqlarına getməyə imkan vermək niyyətində olmadıq larını göstərməyə çalışırdılar. Yəni, mövcud vəziyyət elə həddə gəlmişdir ki, Ermənistan və Azərbaycan arasından vasitəçilik etmək istəyən Avropa İttifaqı ilə Fransa arasında Qarabağ möv zusundə kəskin fikir ayrılıqları mövcud olduğunu büruzə verir di. Avropa İttifaqı tərəfindən ilk dəfə 2021-ci ilin dekabr ayın da baş tutan görüşdə belə əsas diqqət tərəflərin danışıqlar ma sasında ortaya mövqe qoymasına yönəldiyi halda, 23 il ərzində ATƏT-in Minsk Qrupunun üç həmsədrlərindən biri olmuş Fransa isə açıq şəkildə tərəf tutmaq və Ermənistanı müdafiə et məyə başladı. Bu hal, həm də kimin harada və hansı mövqedə olduğunu açıq şəkildə ortaya qoydu. Beləliklə də, məlum oldu ki, bəzi dövlətlər bəzən açıq, bəzən isə qapalı formada Ermə nistana təziq etməklə prosesləri tamamilə pozmaq və danışıqla rın nəticəsiz qalmasına çalışır(7: prezident.az-2020). Təhlil hissə. İran və Azərbaycan arasında baş vermiş bütün gərginliklərə rəğmən son bir ay ərzində İran və Azərbaycan arasında bəzi məsələlərdə, o cümlədən Azərbaycan və Naxçı van MR-i birləşdirən nəqliyyat-kommunikasiya xətlərinin çə kilməsi ilə bağlı imzalanmış müqavilə həm də onu göstərmiş oldu ki, İranın 10 Noyabr 2020-ci il üçtərəfli bəyannamənin müddəalarını yerinə yetirmək və Azərbaycanla Naxçıvan MR arasında nəqliyyat-kommunikasiya xətlərinin çəkilməsinə im kan verməməsinin arxasında duran əsas səbəblərdən biri də, həmin nəqliyyat-kommunikasiya xətlərinin onun ərazisindən keçməsini istəməsi ilə əlaqədardır. Yəni, bir tərəfdən nəqliyyat kommunikasiya xəttləri vasitəsi ilə gələn gəlirlərdən maliyyə gəlirləri almaq, digər tərəfdən bu nəqliyyat-kommunikasiya va sitəsi ilə öz təsir imkanlarını saxlamağa çalışır. Qeyd edilənlərdən belə qənaətə gəlmək olar ki, Zəngəzur dəhlizinin açılamsı təkcə İran və Fransanı deyil, eyni zamanda da ABŞ-nin maraq və mənafelərində hələki xidmət etmir. Yəni, açılması planlaşdırılan Zəngəzur dəhlizi mövcud vəziyyətdə açılacaqsa, ona nəzrəti Rusiya həyata keçriməyə başlayacaq ki, bu da nə Avropa İttifaqı, nə İran, nə də ABŞ-nin maraqlarına xidmət etmir. Məhz ona görə də, Ermənistan və Azərbaycan arasında ciddi nəticə əldə etmək olmur. Belə olan halda isə orta ya bir sual çıxır: Zəngəzur dəhlizinin açılması kimlər üçün fay dalı və ya kimlər üçün faydasız ola bilər? (8: Bakı-Xəbər-2023) Aparılan araşdırma və tədqiqatlar nəticəsində belə qənaətə gəlmək olar ki, Zəngəzur dəhlizinin açılamsı mövcud şəaraitdə bir çox dövlət üçün əlverişli imkan yarada bilər, amma bu bü tün dövlətlər üçün eyni dərəcədə təsir göstərmir. Ona görə ki, münqişə uzunmüddətli və təsirlərinin ciddi olmasına baxmaya raq, bir sıra güclər tərəfindən monopoliyaya alındığı üçün, münqişəyə daxil olmaq və orada hərhansı rol almağın özü də demək olar ki, mümkünsüzdür. Hətta onu da qeyd etmək la zımdır ki, II Qarabağ savaşından sonra, 15 İyun 2021-ci ildə Azərbaycan və Türkiyə arasında Şuşa bəyannaməsi imzalandı ki, bu bəyannaməyə əsasən Türkiyə rəsmi şəkildə Azərbaycanla müttəfiqlik münasibətlərini daha da gücləndirmiş oldu, am ma buna baxmayaraq onun tərəflər arasında vasitəçilik müssi yasını icra etməsinə imkan vermək niyyətində olmadıqlarını açıq şəkildə nümayiş etdirməyə çalşırılar. Bu isə mövcud vasi təçilik missiyasını Rusiya, Avropa İttifaqı və ABŞ-nin nəzarə tindən kənara çıxmaması deməkdir(9: prezident.az-2021). Tərəflər arasında sülhün əldə edilməsi, nəqliyyat-kommu nikasiya, o cümlədən Zəngəzur dəhlizinin açılamsı məsələsinin tam şəkildə həll edilməsi üçün təkcə münaqişə tərəflərinin ira dəsi yetərli deyil, burada məsələ ilə birbaşa maraqlı olan döv lətlərin də maraqlarının təmin olunmasını istədikələri danıl mazdır. Zəngəzur dəhlizinin açılamsı, yalnızca hazırda mövcud olan Bakı-Tibilis-Qars dəmiryolu xəttinə alternativ olmayacaq, eyni zamanda Azərbaycanın Gürcüstan üzərində icra etdiyi enerji layihələri üçün də alternativin formalaşmasına şərait ya ratmış olacaq. Bunun da Naxçıvanın inkişafı baxımından fayda verəcəyini qeyd etmək mümükndür. Bu dəhlizin açılamsı, eyni zamanda Türk Dünyasının gələcək inkişafı baxımından da cid di imkanlar yarada bilər. Burada digər maraqlı tərəf şübhəsiz ki, Çindir. Ona görə ki, Çinin həyata keçirdiyi “Bir Kəmər, Bir Yol” layihəsinin “Orta Dəhlizi” məhz Azərbaycan üzərindən ic ra olunur. Zəngəzr dəhlizinin icra edilməsi isə bu layihənin daha da şaxələndirilməsi və genişləndirilməsinə imkan yarada bilər. Zəngəzur dəhlizinin açılmasında maraqlı olan digər tərəf təbii ki, Türkiyədir. Ona görə ki, bu dəhlizin açılması ilə Türki yənin Azərbaycan vasitəsi ilə Türk Dünyası ilə əlaqələrinin gü cləndirilməsi üçün imkan yarana bilər. Əlbəttə, Türkiyənin Er mənistanla hələ də diplomatik əlaqə qurmaması və sərhədləri nin bağlı saxlanılmasının arxasında öncə uydurma 1915-ci il “erməni soyqrımı” iddiaları, eyni zamanda Azərbaycanın Qara bağ bölgəsinin işğalı, daha sonra isə Ermənistanın dəhlizlə bağ lı tutduğu qeyri-konstruktiv mövqe ilə əlaqədardır. Ermənista nın bugün də ciddi cəhdlərinə baxmayaraq, Türkiyə qəti-mövqe nümayiş etdirməkdədir. Zəngəzur dəhlizinin açılmasında digər maraqlı tərəf Rusi yanın olduğunu demək mümkündür. Əlbəttə, Rusiya-Ukrayna müharibəsi Qərbin Ukraynanın yanında yer alması və Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsinə səbəb oldu ki, bu da onu digər regionlarla, o cümlədən Cənubi Qafqazla əlaqələrin də rinləşdirilməsinə xüsusi diqqət yetirməyə vadar edir. Yəni, Ru siya sanksiyalar ucbatında Qərblə davam etdirə bilmədiyi tica rət əlaqələrini, xüsusilə də enerji sahəsindəki əlaqələri Cənubi Qafqaz və Türkiyə üzərindən keçirmək məcburiyyətindədir. Cənubi Qafqaz vasitəsi ilə daha genişmiqyaslı ticarət əlaqələri nin həyata keçrilməsi üçün isə Bakı-Tibilisi-Ceyhan neft kəmə ri, Bakı-Tibilisi-Ərzurum qaz kəməri, Bakı-Tibilisi-Qars də miryolu xətti kifayət etmədiyi aydın şəkildə görünməkdədir. Odur ki, daha geniş ticarət əlaqələrini qurmaq üçün alternativ xəttə ehtiyac olduğunu qeyd etmək olar(10: Oxu.az-2023). Azərbaycanın mövqeyinə gəldikdə isə, burada Ermənistan dan fərqli fikir mövcuddur. Yəni, Azərbaycan 10 Noyabr üçtə rəfli anlaşmasının icrasını və Azərbaycanla Naxçıvan MR-in arasında dəhlizin açılmasını tələb edir. Burada ən vacib məsə lələrdən biri də, genişləndirilmiş nəqliyyat-kommunikasiya əla qələrinin şəbəkə halına gətrilməsi və regionun inkişafı üçün bu imkanların strateji formada dəyərləndirilməsi. Yəni, əldə ediləc ək imkanlardan regionun hər bir dövlətinin məüyyən paya sahib olması Azərbaycan tərəfindən irəli sürülən prinsiplərdəndir. Nəticə. Azərbaycan və Naxçıvan MR-i birləşdirəcək “Zən gəzur Dəhlizi”nin açılamsı məsələsinin son zamanlar daha çox dilə gətrilməsi və bu istiqamətdə dünya güclərinin fərqli möv qelərdə yer alması yeni dünya düzənin təbii qanunauyğunluqla rından biri kimi də qəbul edilə bilər. Nəzərə alsaq ki, “Zəngə zur Dəhlizi” təkcə Azərbaycan və Naxçıvan MR-i birləşdirəcək quru yol deyil, eyni zamanda regional səviyyədə Türk dünyası nı, qlobal səviyyədə isə Çindən Böyük Britaniyaya qədər uza nacaq “Bir Kəmər, Bir Yol” layihəsinin daha işlək və daha məhsuldar hissəsini təşkil edəcək “Orta Dəhliz” hissəsinin daha şaxəli fəaliyyətinə də təkan vermiş olacaq, o zaman bu dəhlizin gələcək üçün nə dərəcədə siyasi və iqtisadi əhəmiyyət daşıdığı nı anlamaq mümkün olar. Hesab etmək olar ki, “Zəngəzur Dəhlizi”nin tamamilə açı lamaması heç bir qlobal gücün maraqlarına xidmət etmir, am ma onun bir az gec yaxud tez açılmasının qlobal güclər arasın da dünyanın gələcək nəqliyyat-kommunikasiya xəttlərinə nəza rət etməsi baxımından xüsusi əhəmiyyət daşımaqdadır. Çinin “Bir Kəmər, Bir Yol” layihəsinə alternativ olaraq or taya atılmış Hindistanın “Baharat Yolu” layihəsinin dünya güc ləri, xüsusilə də, Qərb dövlətləri tərəfindən son zamanlar daha çox gündəmə gətrlilməsi təsadüfü hal kimi qiymətləndirilə bil məz. G-20 sammitində bu məsələ üzərində müzakirələrin apa rılması də yenidən qütbləşməkdə olan dünyanın reallıqların dandır.

how can we help you?

Contact us at the Consulting WP office nearest to you or submit a business inquiry online.

Consulting theme is an invaluable partner. Our teams have collaborated to support the growing field of practitioners using collective impact.

Donald Simpson
Chairman, Bluewater Corp