Azərbaycan SSR-də dəqiq elmlərin inkişafının tarixi aspektləriAybəniz Osmanova -AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın sovet dövrü tarixi”şöbəsi, elmi işçi
E-mail: skazka-alin@mail.ru

Azərbaycanda elmi biliklərin inkişaf tarixi, onun inkişaf dinamikası müəyyən tarixi zəruri qanunauyğunluqlar çərçivəsində mümkün olmuşdur. Bu tarixi, coğrafi, etnososial və geosiya amillərə aşağıdakı mühüm amilləri aid etmək olar:  Azərbaycanda elmi biliklərin inkişaf tarixi, onun inkişaf dinamikası müəyyən tarixi zəruri qanunauyğunluqlar çərçivəsində mümkün olmuşdur. Bu tarixi, coğrafi, etnososial və geosiya amillərə aşağıdakı mühüm amilləri aid etmək olar:  Azərbaycanın dünya sivilizasiyasının beşiklərindən biri olması; Azərbaycan ərazisində qədim elmi-mədəni irsin zənginliyini sübut edən çoxsaylı maddimədəniyyət abidələrinin mövcudluğu;Azərbaycanın lap qədim zamanlardan Şərq- Qərb, Cənub-Şimal sivilizasiyalarının keçidəlaqələndirmə məntəqəsi olması; Azərbaycan ərazisində bütün ictimai-iqtisadi formasiyalar dövründə elmi biliklərin- o cümlədən dəqiq elmlərin dinamik inkişafına təkan verən mühitin, insan kapitalının, elmi biliklərin inkişaf generatoru olan tarixi şəxsiyyətlərin- elm korifeylərinin daim mövcudluğu; Tarixin yeni və ən yeni dövrlərində Azərbaycan və onun ətrafında cərəyan edən siyasi,iqtisadi, mənəvi, etnososial proses və təzahürlərin fonunda Azərbaycan elminin- xüsusən də dəqiq elmlərin inkişafının nəinki dayanmaması,əksinə, müxtəlif obyektiv və subyektiv maneələrə baxmayaraq öz inkişafını daha uğurla davam etdirməsi; Müasir mürəkkəb tarixi və geosiyasi proseslər burulğanında, xüsusən də Azərbaycanın müstəqilliyini əldə etməsindən sonrakı dövrdə bütün həyat sahələrində -o cümlədən elmi inkişaf sahəsində də inqilabi uğur və dəyişikliklərə nail olunması; 

Tarixi inkişaf aspektlərini güclü dəlilə, arqumentə çevirən isə konkret tarixi mənbə və qaynaqlardır.Bu mənada tarixin bütün dönəmlərində elm tariximizin də mənbələrə əsaslanmaqla izlənilməsi mühüm şərtdir. Həm də mənbələrin dəqiqliyi və obyektivliyi olduqca mühüm əhəmiyyət kəsb edir. [9.səh, 15-29]

Bütün bu tarixi proseslərə daha dərindən nüfuz etdikdə Azərbaycanda elmi biliklərin- dəqiq elmlərin inkişafı dinamikasının əsası,bünövrəsi və inkişaf fəlsəfəsi gözümüz önündə daha aydın şəkildə canlanır.Bu inkişaf fəlsəfəsinin əsas lokomotivlərindən biri də məhz inkişafı dialektik olaraq şərtləndirən tarixi amil və aspektlərdir ki, bu tarixi aspekrlərin Azərbaycan elminin inkişafını lap qədim zamanlardan bu günümüzə, gələcəyə daşıyan amillər olaraq istinad etməklə cəmiyyətimizin bütün sahələrini daha uğurla və fundamental şəkildə inkişaf etdirə bilərik. 

Azərbaycanda elm tarixi- o çümlədən dəqiq elmlərin inkişafı tarixinin araşdırılması elmi tarixşünaslığımızın mühüm tərkib hissəsidir.Bu mənada tarixi ardıcıllıq və elmilik baxımından dəqiq elmlərin tarixşünaslığını, elmi mənbə və qaynaqları, onların əsas aspektlərini şərti olaraq aşağıdakı mərhələlərə bölmək olar:

Qədim dövr qaynaqları 

Orta əsrlər dövrü Azərbaycan elminə dair qaynaqlar.   

İlkin mənbələrdə yeni və müasir dövr Azərbaycanda dəqiq elmlər.

Ən qədim dövrlər haqqında əlimizdə olan materiallar sadəcə arxeoloji tapıntıların verdiyi məlumatlardır. Mövcud olan bir neçə yerli mənbə isə sadəcə erkən orta əsrlər dövrünə dair məlumatlar verir. Qədim dövr Azərbaycan tarixi, eləcə də qədim dövr mədəniyyət tarixi haqqında təsəvvürlər xarici mənbələr əsasında formalaşdırılır.  Bu  vəziyyət həm  dövr haqqında,  həm  də  baş  verən proseslər haqqında obyektiv məlumatlar əldə etməyi çətinləşdirir.  Tədqiqatda xarici qaynaqlardakı materialları digər qaynaqlardakı materiallarla müəyyən paralellik apararaq elmi biliklər haqqında ümumi nəticələr çıxarılmışdır.

[1, səh, 76]

Azərbaycan dəqiq elmlər tarixinin qədim dövr mənbələrini aşağıdakı kimi təsnif edərək üç qrupa ayırmaq mümkündür: 

Arxeoloji materiallar. İkiçayarası kitabələri;

Pəhləvi dilli qaynaqlar. Avesta;

Antik Yuna-Roma tarixi-coğrafi ədəbiyyatı; Qədim

dövrlə müqayisədə Orta Əsrlər dövrü dəqiq elmlər, tibb və s. 

Bəhs olunan dövrdə dəqiq elmlər-riyaziyyat, astronomiya, fizika, həndəsə, coğrafiya, tibb haqqında məlumat verən əsərlərlə bərabər mövcud dövrdə artıq Azərbaycanda yerli alimlərimizin də sanballı elmi əsərləri yazılmaqda idi. Orta əsrlərdə Avropada elm dili latın dili olduğu kimi, İslam ölkələrində də elm dili ərəb dili idi və buna görə də dövrün əsas mənbələri ərəbdilli olmuşdur. Burada hər bir dövrün ilk mənbələri və tarixi əsərləri təhlil edilmiş və tarixi hadisələrin o dövrün tələbi baxımından yazıldığına xüsusi diqqət yetirilmişdir.

Yeni və müasir dövrü təsvir edən qaynaqlar aşağıdakı qruplara ayrılır: 

Statistik qaynaqlar, arxiv materialları,yazılı və elektron mətbuat, qanunvericilik sənədləri və s. Dəqiq elmlərin tarixşünaslığı, onun yaradıcılarının həyatının öyrənilməsi və dərk olunması üçün ilkin qaynaqlar və onun bir  hissəsi olan arxiv materialları böyük rol  oynayır. Tarixşünaslıq istiqamətinin inkişaf məntiqi daima bu işi ön plana çıxarır. Tarixşünaslığa nəzər saldıqda isə belə bir nəticəyə gəlmək mümkündür ki, Azərbaycanda dəqiq elmlərin tibb sahəsi üzrə tədqiqat aparan çox az alim olmuşdur. Seyidbəyli Məryəm H. Quliyev Bayram N. Namazova Solmaz N. Azərbaycan tibb tarixinin qaynaqları və mənbələri. [9 səh. 118-120]

Azərbaycan dəqiq elmlər tarixinin tarixşünaslığı şərti olaraq aşağıdakı mərhələlərə bölünür:

Qədim dövr

Orta əsrlər dövrü

XIX əsr – XX əsrin əvvəllərində

Sovet dövrü və müstəqillik illərində monoqrafiyada müxtəlif dövrlərin dəqiq elmlər tarixinin tarixşünaslıq baxımından öyrənilməsi həyata keçirilmiş, həmin dövrlərdə aparılmış tədqiqatlar, yazılmış elmi əsərlər haqqında məlumatların xeyli hissəsi elmi dövriyyəyə gətirilmişdir. İbtidai icma dövründə yaşayan insanlar onların ətrafında baş verən fenomenlərin səbəbləri ilə maraqlanır və dünya haqqında biliklərini artırmağa çalışırdılar. İlkin biliklər ibtidai insanların gündəlik həyatı ilə bağlı idi. 200 min il bundan əvvəl yaşamış neandertal insanları dərman bitkiləri haqqında müəyyən biliklərə malik idi. Göy cisimlərinin öz yerlərini dəyişməsi də qədim insanları maraqlanırırdı.

E.ə. IX-VI əsrlərdə Azərbaycanda həndəsə və riyaziyyat elmləri də inkişaf edirdi. Dəqiq həndəsi hesablamalar Manna memarlarına şəhərlər salmağa, saraylar və möhtəşəm qalalar inşa etməyə imkan verirdi. Binalar tikilməzdən öncə onların layihələri hazırlanırdı. İnşaat işləri də (bünövrənin qazılması, daşların və sütunlann eyni ölçüdə yonulması, onların naxışlarla bəzədilməsi və s.) riyaziyyat və həndəsə elmləri sahəsində səriştə tələb edən dəqiq hesablamalar əsasında aparılırdı. [2, səh, 90] Elxanilər dövlətində elm çox yüksək zirvələrə çatmışdı. Təbriz, Marağa, Urmiya, Xoy, Ərdəbil Şamaxı, Beyləqan, Gəncə və s. şəhərlərdə görkəmli alimlər yaşayıb yaradırdılar. 1259 ildə Marağa şəhəri yaxınlığında məşhur Marağa Rəsədxanası təsis edildi.[5. səh,231] Azərbaycan elminin XIX əsrdə əldə etdiyi ən böyük uğuru təbiyyat və texnika elmlərinin inkişafıdır. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) (1918-20) və Azərbaycan Sovet Sosialist Respublikası (SSR) (1920-91) dövründə Azərbaycan elmi daha da inkişaf etmişdir. XX əsrdə (xüsusilə ikinci yarısında) əsrin ortalarında yaranmış Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) qədim və zəngin ənənələri olan Azərbaycan xalqının intellektual potensialının səmərəli təşkilində, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin muəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında mühüm rol oynamışdır.Sovet dövrü Azərbaycanda dəqiq elmlərin inkişaf dinamikasını daha da inkişaf etdirilmişdir. [6, səh, 650]

Sovet Azərbaycanında elmin- o cümlədən dəqiq elmlərin inkişafının ilkin mərhələrini aşağıdakı şəkildə bölmək olar:

        I mərhələ (dövr) 1920–ci ildən – 1932-ci illər.         II mərhələ (dövr) 1933-1991- ci illər.

        III mərhələ (dövr)-1991-ci ildən sonrakı dövr.

Bu dövrlərin hər biri Azərbaycan elmnini inkişafı üçün müstəsna əhəmiyyət kəsb edən mərhələlərdir. Xalq Cümhuriyyəti (AXC) dövründə – 1919-cu ildə ölkədə milli kadrları hazırlayan ilk ali təhsil müəssisəsi Bakı Dövlət Universiteti (BDU) təsis olundu. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) (1918-20) və Azərbaycan Sovet Sosialist Respublikası (SSR) (1920-91) dövründə Azərbaycan elmi daha da inkişaf etmişdir. [12.Azərbaycan Respublikası Dövlət Tarix Arxivi: F.57. siy. 1, iş. 211.]  XX əsrdə (xüsusilə ikinci yarısında) əsrin ortalarında yaranmış Azərbaycan Milli Elmlər Akademiyası (AMEA,1945.) qədim və zəngin ənənələri olan Azərbaycan xalqının intellektual potensialının səmərəli təşkilində, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin muəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında müstəsna rol oynamışdır.

İlk dövr Azərbaycanda elmin təşkilati formalarının axtarışı, onun praktika ilə əlaqələndirilməsi, ilk milli elmi kadrların hazırlanmasına başlanılması ilə səciyyəvidir. humanitar elmlər sahəsində tədqiqatlar daha geniş vüsət alırdı ki, bu da milli mədəniyyətin inkişaf etdirilməsi, savadsızlığın ləğvi ilə şərtlənirdi. Eyni zamanda bu illərdə digər elm sahələrinin – geologiya, biologiya və kənd təsərrüfatı sahəsində tədqiqatların aparılması üçün ilkin təşkilati şərtlər təşəkkül tapmağa başlayır. [7.s.1360.] Cümhuriyyət dövründə ilk dəfə olaraq dövlət səviyyəsində bu istiqamətdə ilkin addımlar atılmağa başlanılsa da, yalnız sovet hakimiyyəti dövründə ilk dəfə olaraq dövlət səviyyəsində elmi-tədqiqat qurumlarının geniş şəbəkəsinin yaradılması işinə başlandı. 1923-cü il noyabrın 2-də yaradılmış “Azərbaycanı Tədqiq Və Tətəbbi cəmiyyəti” Azərbaycanda elmin dövlət səviyyəsində inkişaf etdirilməsində istiqamətində vahid elmi mərkəz rolunu oynadı. 1935-ci ilin oktyabrında Azərbaycan Xalq Komissarları Şurasının qərarı ilə şöbə SSRİ EA Azərbaycan Filialına çevrilməsi ilə Azərbaycanda elm sisteminin inkişafında yeni dövr başlandı. [11. Azərbaycan Respublikası Dövlət Tarix Arxivi: F.57. siy. 1, iş. 211]

Sovetlər dövrünün ilk illərində və sonrakı dövrlərdə Azərbaycanda dəqiq elmlərin inkişafında bir sıra elm xadimlərimizin- M.R.Əfəndiyevin, Z.Xəlilovin, İ.İ. İbrahimovun, Cavadovun, B.Ə.Ağayevin, Ə.İ.Hüseynovun, F.Maksudovun, M.Rəsulovun, M. Qasımovun, M. Cavadovun, digərlərinin adlarını xüsusilə qeyd etmək olar. Mərdanov M. Azərbaycan təhsil tarixi.

II cild. (1920-1991-ci illər). Bakı, Təhsil, 2011/ [8.səh.114]

II Dünya müharibəsi Avropa ölkələrinin təsərrüfat, mədəniyyət və təsərrüfat sahələrinə ağır zərbə vurmuşdu.  SSRİ-nin də elmi tədqiqat bazalarına külli miqdarda ziyan dəymiş və nəhəng elmi infrastruktur dağıdılmışdı. Astronomiya və fizika, ümumiyyətlə, dəqiq elmlər sahəsindəki tədqiqatların həm müharibə dövründə, həm də müharibədən sonra sürətlə davam etdirilməkdə idi. Belə ki, sovet dövrü və müasir Azərbaycan elminin nailiyyətlərini aşağıdakı kimi ümumiləşdirmək olar: neft və qaz yataqlarının kəşfi, işlənməsi; dənizdə estakadaların yaradılması; dərin özüllər üzərində neftin, qazın çıxarılması; mürəkkəb geoloji-elmi tədqiqatların təşkili; neft kimyasının, neft-kimya sənayesinin inkişafı üçün xammal bazasının, kimya texnologiya komplekslərinin yaradılmasının elmi problemlərinin həlli; coğrafi, geoloji və geofiziki tətqiqatlar; filiz və qeyri-filiz, digər faydalı qazıntı yataqlarının tətqiqi; mexanika, fizika, riyaziyyat, astronomiya, informatika sahələrində mühüm əhəmiyyəti olan tətqiqatların aparılması və nüfuzlu elmi məktəblərin yaradılması;

Müasir dövrdə də alimlərimiz Azərbaycan neft sənayesinin inkişafına sanballı töhfələr verirlər. Onlar Azərbaycan neft sənayesi mütəxəssisləri ilə birlikdə kompleks geoloji-geofiziki tədqiqatlar və qazma işlərini elmi cəhətdən əsaslandırıb, proqnozlaşdırıb və həyata keçiriblər. Dünyamiqyaslı nəhəng neft və qaz yataqları – Neft Daşları, “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Bahar”, “Abşeron”, “Zəfər”, “Məşəl” və başqaları kəşf edilib (akademik X.Yusifzadə, Azərbaycan Dövlət mükafatı,

Ə.Əlixanov, Lenin mükafatı (1961-ci il), Ə.Əlizadə, SSRİ Dövlət mükafatları (1943, 1946-cı illər) [10.Muradov Allahyar Niyaz oğlu. ELMİ-TEXNİKİ POTENSİAL: əsas inkişaf meylləri və problemləri (Monoqrafiya) Bakı-Elm -2005.səh.323] 

Tarixi reallıqların arxivləşdirilməsi və obyektiv şəkildə gələcək nəsillərə çatdırılması işini Azərbaycan tarixşünaslıq və mənbəşünaslıq elmləri-dəqiq elmlər sahəsində fundamental elmi əsərləri də elmilik və tarixilik baımından tədqiq etməklə Azərbaycan elmini,onun uğurlarını dünya elmləri xəzinəsinə müvəffəqiyyətlə inteqrasiyasını təmin edir.Bütün bu zəncirvari proseslər isə Azərbaycan elminin tam olaraq bir oqranizm kimi nəzərdən keçirilməsi kontekstində Azərbaycanın bütöv elmi, tarixi, coğrafı və s. mühüm inkişaf epoxalarını məhz tarixi-xronoloji ardıcıllıqda,  tarixi aspektlərin məcmusunda ehtiva edir. 

how can we help you?

Contact us at the Consulting WP office nearest to you or submit a business inquiry online.

Consulting theme is an invaluable partner. Our teams have collaborated to support the growing field of practitioners using collective impact.

Donald Simpson
Chairman, Bluewater Corp