Azərbaycan Türkiyə qardaşlıq əlaqələri tarixinə baxışLəman İsayeva - Azərbaycan Dillər Universiteti, Magistr
E-mail: leman.isayeva99@gmail.com

Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında əlaqələrin yeni dövrü XX əsrin sonlarında geniş vüsət almışdır. SSRİ dövlətlərinin 1990-cı illərin əvvəllərində dağılması ilə bir sıra türk dövlətlərinin öz müstəqilliklərini bərpa etməsi nəticəsində türk dünyasının daha da qüvvətlənməsi üçün əlverişli vəziyyət yaranmışdır. Türkiyə Cümhuriyyətinin bu dövlətlər ilə bütün sahələr üzrə eyni mövqedə durması, münasibətlərin daha da genişləndirilməsi artıq aktual bir vəziyyət almışdır. Bu münasibətlər silsiləsində Azərbaycan və Türkiyə münasibətləri ayrıca önəm kəsb edirdi. Azərbaycanın yerləşdiyi coğrafi mövqe baxımından türk dünyası üçün olduqca mühüm bir ərazidə yerləşir. Başqa bir nöqteyi nəzərdən isə siyasi, iqtisadi vəziyyət, inkişaf etmə mərhələləri Azərbaycanın sahib olduğu mövqenin əhəmiyyətini daha aktiv formada nümayiş elətdirir. Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi çətinlikləri dəf etdikcə, iqtisadi baxımdan əhəmiyyətli dərəcədə iqtisadi cəhətdən inkişaf etdikcə region və dünya üzrə təsir dairəsi genişlənmişdir. (1)

Türkiyə və Azərbaycan Respublikaları arasında mövcud olan siyasi əlaqələr Azərbaycan Respublikasının öz müstəqilliyini elan etdiyi andan başlamışdır. Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra onu ilk tanıyan dövlət Türkiyə Cümhuriyyəti olmuşdur. 1992-ci il 14 yanvar tarixindən Azərbaycan – Türkiyə diplomatik münasibətləri formalaşmış, Bakıda Türkiyə səfirliyi fəaliyyətə başlamış, bir müddət sonra isə Türkiyədə Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlamışdır. 1992-ci ilin may ayında Türkiyənin o zamankı baş naziri Süleyman Dəmirəl Azərbaycana ilk səfərini etmişdir. Azərbaycan parlamentində çıxış edən S.Dəmirəl “Böyük Türk dünyası reallığa çevrildi” ifadəsini söyləyərək Azərbaycan və Türkiyə Respublikaları arasındakı əlaqələri qardaş xalqların münasibətləri kimi qiymətləndirmişdir. Hər iki tərəf qədim tarixi və mədəni tellərlə bağlı olan Türkiyə və Azərbaycan arasında birgə danışıqların aparılmasını yüksək qiymətləndirmişlər. Türkiyə ilə hərtərəfli əməkdaşlığın inkişafına hər zaman xüsusi önəm verən Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan dərhal sonra bu əlaqələrin yüksələn xətt üzrə inkişafına xüsusi diqqət ayırmışdır. Türkiyənin beynəlxalq arenadakı rolu və yerini daim yüksək qiymətləndirən Heydər Əliyev belə bir fikir səsləndirmişdi ki, dünyada müxtəlif ölkələr ilə diplomatik əlaqələr qurmaq istəyən Azərbaycanın Türkiyə ilə arasında xüsusi bağlar mövcuddur. Məhz təsadüfi deyil ki, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev bu həmrəyliyi “Bir millət, iki dövlət” adlandırıb. Diplomatik əlaqələrin formalaşması ilə bu iki qardaş dövlətin arasında mövcud olan əlaqələr daha da genişlənmişdir. Müstəqilliyimizin ilk dövrlərindən bəri Azərbaycan xalqının üzləşdiyi bütün siyasi çətinliklər zamanı Türkiyə daima Azərbaycan xalqının yanında olmuş, ondan qardaş dəstəyini əsirgəməmişdir. Azərbaycanın müstəqilliyini bərpa etdiyi zamandan bu günə qədər olan tarixi dövrə nəzər salsaq aydın şəkildə müşahidə edə bilərik ki, Azərbaycan – Türkiyə münasibətləri hər zaman olduğu kimi artan xətt üzrə inkişaf etmişdir. Bu münasibətlərdə bütün amillərdən öncə, Türkiyə Azərbaycanın ən yaxın müttəfiq və dayağıdır. Türkiyə – Azərbaycan münasibətlərinin ən vacib istiqaməti vahid türk dünyasına sahib olmaqdır. Hakimiyyətədə olduğu bütün dövrlərdə Heydər Əliyev Türkiyə ilə əlaqələrin gücləndirilməsinə daima önəm vermişdir. 1994-cü ilin fevral ayında Heydər Əli yevin Türkiyəyə ilk rəsmi səfəri zamanı Böyük Millət Məclisində çıxış edən Heydər Əliyev iki qardaş ölkə arasında əlaqələrə dair Azərbaycan Respublikasının fikirləri barəsində məlumat vermiş və səfər zamanı Türkiyə Cümhuriyyəti ilə tərəfdaşlığa dair bir sıra vacib sənədlər imzalamışdır. 1997-ci ilin may ayında Azərbaycan-Türkiyə dövlət başçılarının görüşündə Türkiyə prezidenti Süleyman Dəmirəl bu ifadəni işlətmişdir: “Azərbaycanın müstəqilliyini biz öz müstəqilliyimiz qədər qiymətləndirir və onun səylərinə mümkün olan bütün köməyi göstərməyi özümüzə borc bilir və bundan şərəf duyuruq”. 1997 və 2001-ci illər zamanı digər rəsmi səfərləri zamanı Türkiyə Cümhuriyyəti ilə bütün sahələr üzrə tərəfdaşlığın daha da qüvvətləndirilməsinə yönəlik yeni sənədlər imzalanmışdır. (2)

Azərbaycan- Türkiyə iqtisadi əlaqələri tərəfdaşlığın əsas diqqət mərkəzində saxladığı məsələlərdən biridir. 1992-ci il 1 noyabr tarixində Ankarada Azərbaycan və Türkiyə arasında “Ticarət və İqtisadi Əməkdaşlıq haqqında Saziş” imzalanmışdır. 1994-cü il 20 sentyabr tarixində imzalanan “Əsrin müqaviləsi”ndə tərəfdaşlardan birinin Türkiyə Respublikasının olması önəmli bir hadisə idi. 2003-cü ildə Azərbaycan Respublikasının prezidenti vəzifəsinə seçilən cənab İlham Əliyev də Azərbaycan – Türkiyə əlaqələrini uğurlu bir şəkildə davam etdirmiş və yeni bir mərhələyə qədəm qoymasına nail olmuşdur.  Bir sözlə, Azərbaycanın neft və qaz sahəsi üzrə bir sıra sazişlərdə Türkiyə Respublikasının payı mövcuddur. Azərbaycanın neft və qaz kimi təbii sərvətlərinin dünya bazarına ixracı üçün inşa edilən boru kəmərlərinin, nəqliyyat dəhlizlərinin planlaşdırılmasına dair layihələrdə Türkiyənin imzasının olması daima xüsusi önəm kəsb edib. 2006-cı ildə Bakı-Tiblisi-Ceyhan neft kəməri, 2007-ci ildə Bakı -Tiblisi – Ərzurum qaz kəməri , 2017-ci ildə Bakı-Tiblisi-Qars dəmir yolu xətti kimi layihələr Azərbaycan və Türkiyə Respublikalarının iqtisadi əməkdaşlıq üzrə birgə fəaliyyətlərinin nəticəsidir. TANAP və TAP layihələri də bu tərəfdaşlığın uğurlu inkişafının digər bir nəticəsidir.(3) İki qardaş ölkənin daima diqqət mərkəzində olan prioritet məsələlərdən biri Dağlıq Qarabağ probleminin həlli olmuşdur. Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra üzləşdiyi

Dağlıq Qarabağ problemini Türkiyə Cümhuriyyəti ilk gündən bəri yaxından izləyicisi olaraq, beynəlxalq arenada, bir sıra dünya miqyaslı görüşlərdə Azərbaycanın haqlı mövqeyini daima diqqət mərkəzində saxlamış və bu istiqamətdə səylə fəaliyyət göstərmişdir. Qardaş Türkiyə Azərbaycanın tarixi torpaqlarının təcəvüzkar Ermənistan tərəfindən zəbt edilməsinə qarşı öz etirazını bildirərək işğalçı Ermənistan ilə sərhədlərini bağlamışdır. Bir dövlətin digər dövlət naminə hər hansı bir üçüncü dövlət ilə sərhədlərini bağlaması ikitərəfli münasibətlər aspektindən misilsizliyin və digər dövlətlər ilə münasibətlərin müqayisəedilməzliyinin bariz nümunəsidir. Qarabağ münaqişəsi zamanı Azərbaycanın ən yaxın tərəfdaşı Türkiyə Respublikası olmuşdur. İkinci Qarabağ müharibəsinin başladığı ilk andan Türkiyə Azərbaycan Respublikasından mənəvi, siyasi və diplomatik dəstəyini əsirgəməmişdir. Müharibənin başladığı 27 sentyabr tarixində türkiyə Müdafiə naziri H.Akar Azərbaycanın tərəfində olduğunu bəyan etmişdir. Türkiyə Xarici işlər naziri M.Çavuşoğlu Bakıya səfərləri zamanı Azərbaycanın hər zaman dost ölkəyə güvənə biləcəyini bəyan etmiş, hərbi əməliyyatlar nəticəsində hər iki tərəfin itkilərindən Paşinyanın məsuliyyət daşıdığını qeyd etmişdir.  Cənab Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana dəstəyini Şuşada Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə keçirdiyi birgə mətbuat konfransında bu sözlərlə ifadə etmişdir: “İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan əziz qardaşım, sayın cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, açıq dəstəyini ifadə etdi. Müharibənin ilk saatlarından o demişdi ki, Azərbaycan tək deyil. Həm bizi ruhlandırdı, eyni zamanda bütün müdaxilə etmək fikrində olan qüvvələri, dairələri dayandırdı. Dedi ki, Türkiyə Azərbaycanın yanındadır. Müharibənin ilk saatlarından son dəqiqələrinə qə dər əziz qardaşımın, Türkiyə Cümhuriyyətinin,  türk xalqının dəstəyi bizə güc verdi. Bu siyasi və mənəvi dəstək bizi ruhlandırırdı. Türkiyənin bütün yerlərindən gələn mesajlar, gələn təbriklər, gələn dəstək, həmrəylik ifadələri bir daha bütün dünyaya bizim birliyimizi nümayiş etdirdi.” 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi” imzalanmışdır.

2022-ci il 28 may tarixində Bakı şəhərində keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan iştirak etmişlər. Azərbaycan və Türkiyə hərbçilərinin birgə iştirakı ilə 2022-ci il 6 dekabr tarixində keçirilən “Qardaş yumruğu” birgə təlimləri Şuşa Bəyannaməsinin şərtlərini özündə əks edir. Bu təlimlər ümumi mənada Azərbaycan və Türkiyənin tarixi qardaşlıq əlaqə və dəyərlərinin qorunmasının bariz nümunələrindən biridir. Azərbaycan Respublikasının prezidenti “Qardaş yumruğu” təlimləri haqqında bu fikirlərini səsləndirmişdir: “Bu təlimlərin adı “Qardaş yumruğu”dur. Bu, Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Birliyimiz sarsılmazdır, əbədidir. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı”! “Dəmir yumruq” əməliyyatının uğurla həyata keçirilməsi torpaqlarımızın mənfur düşmən tapdağından azad edilməsini nəticələndirdisə, “Qardaş yumruğu” adlandırılan birgə hərbi təlimlər Azərbaycan-Türkiyə qardaşlığının və strateji tərəfdaşlığının növbəti bir nişanəsinə çevrildi. (4)

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyət göstərməsin əsas məqsədi türkdilli dövlətlər arasında hərtərəfli əməkdaşlığa kömək etmək olan beynəlxalq hökümətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır. 31 mart 2022-ci il tarixində TÜRKSOY Daimi Şurasının Bursa şəhərində keçirilən növbədənkənar iclasında Şuşa şəhərinin 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunması haqqında qərar qəbul edilib. 2022-ci il 19 oktyabr tarixində Bakıda Qafqaz Müsəlmanları İdarəsinin Təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin üçüncü görüşü kecirilib. (5)

2023-cü il 6 fevral tarixində Türkiyə Respublikasının cənub-şərq ərazilərində əsrin fəlakəti adlandırılan zəlzələnin baş verməsi nəticəsində çoxsaylı insan itkisi baş vermişdi. Daima

Türkiyə xalqına öz dəstəyini göstərən Azərbaycan xalqı bu çətin anda da Türkiyə xalqını yalnız qoymamışdır. Cənab Prezident İlham Əliyev bu üzücü hadisədən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərmiş və hər cür dəstəyin göstərilməsinə hazır olduğumuzu bildirmişdir. (6)

Bu il Türkiyə xalqının əsas diqqət mərkəzində olan mövzulardan biri də prezident və parlament seçkiləri olmuşdur.

Hətta qardaş Türkiyədə keçiriləcək seçkilər Azərbaycan xalqının maraq və diqqət mərkəzində idi. 2023-cü il 14 may tarixində keçirilən seçkilərdə hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan 49,51% səs toplamış, lakin seçkilər ikinci tura qalmışdır. 2023-cü il 28 may tarixində keçirilən prezident seçkilərinin ikinci turunda, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan xalqın dəstəyi ilə 52,11% səs çoxluğu ilə qardaş Türkiyənin prezidenti vəzifəsinə seçilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəng edərək qardaş Türkiyə xalqını və Rəcəb Tayyib Ərdoğanı bu zəfər münasibəti ilə təbrik etmiş və təbrik məktubu ünvanlamışdır. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda söylənilir:

“Hörmətli cənab Prezident, 

Əziz qardaşım,

Türkiyə Respublikasının Prezidenti vəzifəsinə keçirilən

 

seçkilərdə yenidən qazandığınız qələbə münasibəti ilə Sizə öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Azərbaycan xalqı da bu seçkiləri böyük diqqət və həyəcanla izləyirdi.

Milli iradənin təntənəsi olan səsvermənin nəticələri ölkənizin hərtərəfli inkişafı yolunda qətiyyətlə həyata keçirdiyiniz genişmiqyaslı siyasətə və əvəzsiz xidmətlərinizə verilən ən ali qiymətdir. Çağdaş dövrümüzün səhifələrinə qızıl hərflərlə həkk olunmuş fəaliyyətiniz Vətənə, xalqa, Türk elinə hədsiz sevginin, bağlılığın və sədaqətin bariz ifadəsidir.

Son iyirmi il ərzində qardaş Türkiyə Respublikası Sizin liderliyiniz sayəsində böyük və şərəfli inkişaf yolu keçərək beynəlxalq aləmdə proseslərə həlledici təsir göstərən güc mərkəzinə çevrilmiş, söz sahibi olmuş, siyasi, iqtisadi, sənaye, hərbi, yeni texnologiyalar və digər sahələrdə mühüm naliyyətlər əldə etmişdir. Sizin tarixi missiyanızın əsas qayəsini təşkil edən qüdrətli və nüfuzlu Türkiyə Respublikasının uğurları qardaş ölkə olaraq bizi də olduqca qürurlandırır.

Tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Sarsılmaz dostluq və qardaşlığımız, qarşılıqlı faydalı əməkdaşlığımız, birgə gerçəkləşdirəcəyimiz irimiqyaslı layihələr strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillər olmaqla yanaşı, eyni zamanda regional əməkdaşlığın, təhlükəsizliyin və sabitliyin onurğa sütununu təşkil edir.

Azərbaycan öz torpaqlarının işğaldan azad olunması uğrunda apardığı mübarizədə şəxsən Sizin, qardaş Türkiyə dövləti və xalqının qəti, birmənalı siyasi və mənəvi dəstəyi xalqımız tərəfindən həmişə böyük minnətdarlıq hissi ilə xatırlanır.

Əziz Qardaşım, fürsətdən istifadə edərək Sizi ilk səfərinizi Azərbaycana həyata keçirməyə dəvət edirəm.

Əminəm ki, xalqlarımızın zamanının sınaqlarından şərəflə çıxmış dostluğu və qardaşlığı, Azərbaycan-Türkiyə birliyi və müttəfiqliyi “Bir millət iki dövlət” və “Bir yumruq” fəlsəfələrinin ruhuna uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə davam edəcək və daha da möhkəmlənəcəkdir.

Bu zəfər sevincinizi Sizinlə bölüşərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Türkiyənin çiçəklənməsi, xalqınızın əmin-amanlığı və firəvanlığı naminə ali dövlətçilik fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm”. (7)

 

Könlüm emreyledi, men gulağ astım,        Bu şiiri ey dahi, eşgınla yazdım !… 

Eşgın olmasaydı cephe boyunca,

Bu söz ordusunu sıralamazdım !… 

Onun her bendine izin almadan,         Sayısız milletlerin möhrünü bastım!… 

Sen`et vadisinde öyle bilmeyin,                                                      Yolumu itirdim , yolumu azdım!… 

Bu şiiri yazmahla asırlar boyu,                                                         

Dağlara, daşlara adımı kazdım!… 

Ey ulu ATATÜRK, diktim seninle,                                                Şanlı abideni söz veteninde!… 

(Mikayıl Müşfiq)    

how can we help you?

Contact us at the Consulting WP office nearest to you or submit a business inquiry online.

Consulting theme is an invaluable partner. Our teams have collaborated to support the growing field of practitioners using collective impact.

Donald Simpson
Chairman, Bluewater Corp