Azərbaycan-Türkiyə mədəni siyasi iqtisadi əlaqələriŞahismayıl İsmayılov - Azərbaycan Dillər Universiteti, Azərbaycan Universiteti, t.ü.f.d, müəllim
E-mail: ismayilovsahismayil@gmail.com
Tel : +994 (55) 444 13 74

Türkiyə ilə Azərbaycan arasındakı yaxın əlaqələr, əsasən, ortaq tarix və köklərimizə əsaslanır.Qardaşlıq əlaqələrinin təbii nəticəsi olaraq Türkiyə Cümhuriyyəti 1991-ci ildə, tam 71 il sonra müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respubli kasını 1991-ci il noyabrın 9-da tanıyan ilk ölkə olub. Aramız dakı yaxın əlaqə və qardaşlıq münasibətlərinə təkcə XX əsr ər zində baxdığımız zaman 1918-ci ildə qardaş Azərbaycanın res publika olaraq elan olunmasını və 1918-ci il sentyabrın 15-də Nuru Paşanın komandanlığında olan Qafqaz İslam Ordusunu nun Bakını bolşevik və erməni işğalından xilas etməsini xatır layırıq. O dövrdə Azərbaycanın Anadoluda yaşayan qardaşlarına münasibətini ifadə etmək üçün Məmmədəmin Rəsulzadənin bu sözlərini xatırlamaq kifayətdir: “Kiçik Türkiyə xalqı ilə böyük Türkiyə xalqı arasındakı münasibət iki qardaş münasibəti qədər səmimidir…”. Mustafa Kamal Atatürk isə “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” demişdir. Azərbaycan türkləri sovet rejimində öz mədəniyyətini və dilini qoruyub və çətin şərtlər altında Türkiyə ilə əlaqələrini davam etdirməyə ça lışıblar. İki ölkənin iftixar mənbəyi olan və ortaq tarixdən qaynaq lanan ənənələri, köklü mədəniyyəti, dili bu uzun həsrət dövrün də iki xalqı birləşdirən bağı meydana gətirib. Azərbaycan-Türkiyə mədəni əlaqələri: Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Hörmətli Süley man Demirel: Azərbaycan və möhtərəm Heydər Əliyev! Azərbaycanın müstəqilliyi qovuşması böyük sevinc qaynağıdır. Azərbaycan bir dəfə bundan öncə də müstəqil olmuş, ancaq bu müstəqillik qısa sürmüşdür. Bu dəfə “Yüksələn bayraq enmə yəcəkdir”. Azərbaycan xalqı istiqlalın dəyərini çox gözəl bilir. Azərbaycan müstəqilliyə çatdığı anda, dərhal onu ilk tanı yan Türkiyə, ilk səfir göndərən, ilk səfirlik açan Türkiyə oldu. Türkiyə bunu edərkən “Azərbaycanın dərdi bizim dərdimizdir, Azərbaycanın sevinci bizim sevincimizdir”, deyən Böyük Ata türkün ruhunu şad etmişdir. Prezident olaraq 5 dəfə ziyarət etdiyim Azərbaycanın Dağ lıq Qarabağ probleminin həllində iştirak etmək, ona töhfə ver mək üçün Minsk Qrupuna üzv olan ölkələrin dövlət və höku mət başçılarının hər birinə məktub göndərərək dəstək vermələ rini tələb etdim.ATƏT-in Lissabon sammitində qəbul edilən qərarda bu tələblər eyniylə göstərilmiş və bu qərar Azərbayca nın haqlı olduğunu təsdiq edən ən önəmli beynəlxalq sənəd ol muşdur.Azərbaycan öz müstəqilliyinə qovuşmasından hələ qısa bir müddət keçməsinə baxmayaraq demokratiya, bazar iqtisa diyyatı yolunda mühüm addımlar atmış və bir dünya dövləti ol muşdur.Azərbaycan dünyanın böyük şirkətləri ilə neft və qaz istehsalı üçün mühüm sazişlər imzalamışdır. Yeni yataqlar tap mış və istehsala keçmişdir. Şahdəniz örnəyi bunlardan biridir. Beləliklə, Azərbaycan xalqının rifahına, xoşbəxtliyinə və zən ginliyinə xidmət edəcək addımlar atılmışdır. Başda Türkiyə olmaqla bir çox dünya ölkəsi Azərbaycanın dirçəlməsinə və inkişafına xidmət göstərmək üçün qollarını çır malamışdır. İpək yolunun bərpası təşəbbüsü, Aktau/Bakı-Tbili si-Ceyhan boru xətti mühüm layihələrdir.Azərbaycanın öz böl gəsində və dünyada sözü eşidilən, dostluğu aranan, taraqqi yo lunda bir ölkə olması Möhtərəm Heydər Əliyevin uzaqgörən və sülhsevər təşəbbüsləri sayəsində mümkün olmuşdur. Möhtərəm Əliyev öz ölkəsində və bölgədə böyük bir liderm olduğunu göstərmişdir. Bunun dəyəri hər bir kəs tərəfindən təqdir edil məlidir.Müstəqilliyin ilk günündən etibarən hər zaman, har mə sələdə Azərbaycanla birgə olan Türkiyə, bundan sonra da Azər baycanla birgə olmağa davam edəcəkdir. Bu bizim qardaşlığı mızın təbii bir nəticəsidir. Türkiyə ilə Azərbaycan iki qardaş ölkə sivilizasiyaya doğru, yaxşı, gözəl günlərə doğru birlikdə yürüməkdə davam edəcəkdir. Ölkəmin və mənim qəlbim hər zaman Azərbaycanla birlik də döyünəcəkdir!…Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı əbədidir. Azərbaycan, Azərbaycan, Alqışladıq səni candan, Hilal birkən iki oldu, Salam bizdan ikinciyə!.. [3] Azərbaycan-Türkiyə mədəni əlaqələri qədim tarixi köklərə malikdir. Ulu Öndər Heydər Əliyevin səsləndirdiyi “Bir millət, iki dövlət” ifadəsi də iki dövlət arasında olan dərin dostluq və qardaşlıq münasibətlərinin sarsılmazlığından, çox güclü olma sından xəbər verir. Uzun illərdir ki, iki qardaş dövlət çiyin-çiyi nə dayanaraq dövrün çətinliklərinə sinə gərərək, ağır sınaqlar dan alnıaçıq çıxıb. İldən-ilə mədəni əlaqələrin, münasibətlərin daha da inkişaf etdiyi AzərbaycanTürkiyə qardaşlığı iki dövlət arasında tarixi və etnik köklərin birliyindən xəbər verir. Tarixi də, etnik kökləri də bir olan iki ölkənin, ümumiyyətlə, türk xalqlarının eyni kökdən olmaları, eyni mədəniyyəti bölüşdüklə ri hər kəsə gün işığı kimi aydındır. “Dədə Qorqud”, “Manas”, “Koroğlu” və başqa türk dastanlarından aydın görünür ki, öz bək də, qazax da, qırğız da, tatar da, başqırd da…bir ağacın dünyaya uzanmış budaqlarıdır. [1] Türkiyə ilə dostluq və mədəni əlaqələrin inkişafında turist səfərləri, eləcə də idman əlaqələri də mühüm rol oynayır. 1990 cı ildə respublikanın “Neftçi” komandası Türkiyənin ən güclü klubu, dəfələrlə dünya çempionu “Qalatasaray” ilə görüşlər ke çirib. Müxtəlif illərdə Türkiyədə Azərbaycan Kitab Sərgisi təş kil edilib. Mədəniyyət Nazirliyinin təqdim etdiyi kitablar Azər baycanın bədii, texniki, elmi, tarixi, habelə incəsənət sahəsində nailiyyətləri ilə yaxından tanış olan kitabsevərlərin marağına səbəb olmuş, Azərbaycan-Türkiyə mədəni əlaqələrinin inkişafı na təkan verib. “Bizim Türkiyə kimi, türk xalqı kimi yaxın dostumuz və qardaşımız var” Heydər Əliyev Azərbaycan-Türkiyə diplomatik əlaqələr: 30 avqust 1991-ci ildə Azərbaycan Respublikası öz müstə qilliyini elan etdi. Bu qərar 1991-ci il oktyabrın 18-də hüquqi qüvvəyə mindi. Təsadüfi deyildir ki, Azərbaycanın müstəqilli yini tanıyan ilk dövlət məhz qardaş Türkiyə Cümhuriyyəti ol muşdur. Yenicə müstəqillik əldə edən Azərbaycan Respublika sı öz inkişafında “türk modeli”nə üstünlük vermişdir. “Türk modeli”nin seçilməsi dünyəvi dövlət quruculuğunun seçilməsi deməkdir. 1991-ci ildən sonra Türkiyənin rəsmi dairələri yeni müstəqillik əldə etmiş Azərbaycan Respublikası ilə bütün sahə ləri əhatə edən əlaqələrin qurulub inkişaf etdirilməsi kursunu götürmüşdür. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövr lərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. Hələ 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakı nı xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərba ycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbayc anlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”. Azərbaycan da öz növbəsində Türkiyə tarixinin çətin dövrün də-Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mücadilə zamanı qardaş xalqa maddi və mənəvi yardım göstərmişlər. 1990-cı ildə yaşanan “20 yanvar qırğını” Türkiyədə icti maiyyəti ayağa qaldırıb, media, universitet ictimaiyyəti, höku mət və sıravi vətəndaşlar Bakıda yaşanan insanlıq dramını kəs kin şəkildə qınayıb və Azərbaycan xalqına dəstəklərini bəyan ediblər. Amma bu kədərli hadisələr qardaş xalqın müstəqilliyə olan həsrətini soyuda bilməyib və Azərbaycan Milli Məclisi 1991-ci il avqustun 30-da müstəqilliyini elan edib. Bu qərar 1991-ci il oktyabrın 18-də qüvvəyə minib. Azərbaycan Milli Məclisi 1991-ci il oktyabrın 29-da bütün dünya dövlətlərini və Birləş miş Millətlər Təşkilatını ölkənin müstəqilliyini tanımağa dəvət edib. [2] Türkiyədən müstəqil Azərbaycanı ziyarət edən ilk heyət Xarici İşlər Nazirliyi nümayəndələrindən təşkil olunub və 1991-ci il sentyabrın 12-14-də Bakıya rəsmi səfər edilib, görüş lər keçirilib. Heyət Türkiyəyə qayıtdıqda Azərbaycanı ilk tanı yan ölkənin Türkiyə olması istiqamətində hökumətə hesabat təqdim edib. Belə ki, 1991-ci il noyabrın 9-da o dövrün Baş na ziri Məsud Yılmaz Azərbaycanın müstəqilliyinin Türkiyə tərə findən tanındığını bildirib. Qafqaz və Orta Asiya respublikala rının tanınmasında tələsik davranılmaması üçün edilən təzyiq lərə baxmayaraq Türkiyə Azərbaycanı tanıyan ilk ölkə olub. 1991-ci il dekabrın 30-da Türkiyə Cümhuriyyəti Bakı Baş konsulluğunun səfirlik səviyyəsinə yüksəldilməsi haqqında qə rar verib və iki ölkə arasında “Diplomatik əlaqələrin qurulma  sına dair” Protokol 1992-ci il yanvarın 14-də imzalanıb. Bu nunla da Bakıda ilk səfirliyi Türkiyə açıb. 1923-cü ildə respublikanın elan edilməsi ilə müstəqilliyinə qovuşan Türkiyə qardaş türk respublikalarına ehtiyacı həmişə duymuş və müstəqillik əldə etdikdən sonra ortaq dil, mədəniy yət və tarixi bağları olan Azərbaycana imkan çərçivəsində kö mək və dəstək verməyi özünün siyasi və mənəvi bir vəzifəsi bilmişdir. Şuşa Bəyannaməsi — 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasi bətləri haqqında imzalanmış bəyannamə. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Ata türkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliye vin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim se vincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndi rildiyini xüsusi vurğulayaraq, Azərbaycan Respublikası və Tür kiyə Respublikası arasındakı ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və dərinləşdirilməsi perspektivlərini hərtərəfli nəzərdən keçirərək, bəyan edirlər: Tərəflər iki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlərin durumundan məmnunluq ifadə edərək siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinin və qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edir lər [4]. “Şuşa Bəyannaməsi”ndə Azərbaycan Respublikası və Tür kiyə Respublikası müstəqillik, Suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tut duqları təsbit edilir. Tərəflərin regional və beynəlxalq miqyas da sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşu luğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf rtdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərdik ləri qeyd edilir. Həmçinin Tərəflərdən hər hansı birinin onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlü kəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təh did və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləş mələr apararaq və bu təhdid və ya təcavüzün aradan qaldırılma sı məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcəklərini, bir-birinə BMT Ni zamnaməsinə uyğun zəruri yardım göstərəcəklərlərini öhdələri nə götürmüşlər. 26 oktyabr 2021-ci ildə Azərbaycan və Türkiyə prezident lərinin iştirakı ilə Zəngəzur Dəhlizinin – Horadiz-Cəbrayıl Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyulub. Həm Ge osiyasi, həm də iqtisadi əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi Naxçıvan üzərindən Azərbaycanla Türkiyəni dəmiryol və avto mobil yolları ilə bir-birinə bağlayacaq. Bu yolla Türkiyə ilə türk dünyasının süni şəkildə qırılmış tarixi bağları bərpa olu nacaq. Ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevi nci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Ümümmilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə əsas lı təmələ sahib olan ölkələrimizin əlaqələri daha inkişaf etdiril məkdədir. Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfda şı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Azərbaycan-Türkiyə ümumi siyasət: 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”ni imzala mış xarici neft şirkətləri konsorsiumunda “Türk petrolları” şir kətinin təmsil olunması Türkiyə ilə Azərbaycan arasında strate ji əməkdaşlığın inkişafının real təzahürü idi.Dövlət rəhbərləri nin müntəzəm xarakter almış qarşılıqlı səfərləri iki ölkə arasın dakı münasibətlərin daha da inkişafı ilə müşayiət olunurdu. 1995-ci il dekabrın 7- 9 da Türkiyə Prezidenti Süleyman Dəmirəlin Azərbaycana rəs mi səfəri zamanı imzalanmış Birgə Bəyanat və Iqtisadi əmək daşlıq haqqında memorandum dostluq münasibətlərini müəy yənləşdirən prinsiplərin və əlaqələrin inkişaf istiqamətlərinin sarsılmaz olduğunu bir daha təsdiq etdi. İkitərəfli əlaqələrin möhkəmlənməsi və dostluq münasibət lərinin inkişafı Azərbaycan-Türkiyə əməkdaşlığının əhatə çər çivəsini genişləndirdi. 1996-cı ildə iki ölkə arasında hərbi, tex niki və elm sahələrində əməkdaşlığa dair bir sıra sənədlər imza landı. Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyədə rəsmi sə fərdə olduğun zaman 1997-ci il mayın 5də Ankarada Azərba ycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında strateji əməkdaşlığın dərinləşməsi haqqında bəyanna mə, kiçik və orta həcmli sənaye müəssisələrinin inkişafına yö nəlmiş əməkdaşlıq haqqında əlavə protokol, elektroenergetika sahəsində əməkdaşlıq haqqında saziş və digər mühüm sənədlər imzalanmışdır.1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Gürcüstan Prezidenti Eduard Şevardnadze və Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəl “Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhu riyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri vasitəsilə nəql edilməsinə dair” saziş imzaladılar. Eyni zamanda, “Şahdəniz” yatağından hasil olunan təbii qa zın Bakı-Tbilisi-Ərzurum Marşrutu üzrə Türkiyəyə nəql olunması üçün qaz boru kəmərinin də inşasını həyata keçirmək haqqında qərar verdilər. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı ildən-ilə genişlənə rək, Azərbaycan ordusu üçün zabit kadrlarının hazırlanmasın da, hərbi təlimlərin keçirilməsində, maddi-texniki bazanın möhkəmləndirilməsində və ordumuzun NATO standartları sə viyyəsində qurulmasında mühüm rol oynamışdır. 30 oktyabr 2017-ci ildə Bakı şəhərində Azərbaycan Res publikası Prezidenti İlham Əliyev və Türkiyə Respublikası Pre zidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutmuş “Yeni İpək Yolu” nəqliyyat dəhlizinin önəmli hissəsini təşkil edən Bakı-Tbili-Qars dəmir yolu layihəsi regionda sülhün və təhlü kəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da bö yük əhəmiyyətə malikdir. Birgə əməkdaşlıq və təşəbbüs ilə in şası davam etdirilən və XXI Əsrin layihəsi adlandırılan Cənub Qaz Dəhlizinin əsas hissəsi olan Trans-Anadolu Qaz Boru Kə məri – TANAP 2018-ci ildə Türkiyənin Əskişəhər şəhərində is tifadəyə verilib. Trans-Adriatik Boru Kəməri – TAP isə 2021 ci ildən etibarən Azərbaycan qazını Avropaya nəql edir. Bu la yihələrin reallaşması Türkiyə və Azərbaycan arasında səmimi dostluq və faydalı tərəfdaşlığının növbəti məhsuludur. Bu layi hələr həmçinin iki ölkənin regional qüvvəsini artıraraq qlobal mövqelərini möhkəmləndirməyə xidmət edir. 30 il ərzində iki ölkə arasında beynəlxalq arenada qarşılıqlı dəstək ənənəsi hər zaman davam etdirilib. Türkiyə Azərbayca nın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü və Ermə nistanın tarixi ərazilərimizin işğalı nəticəsində yaranmış müna qişədə Azərbaycanın ədalətli mövqeyini daim müdafiə etmiş dir. Azərbaycan xalqı 2020-ci ildə Ermənistanın 30 illik təca vüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilmə sində Türkiyə Respublikasının diplomatik və mənəvi-siyasi dəstəyini yüksək qiymətləndirir. Bununla bağlı Prezident İlham Əliyev 9 oktyabr 2020-ci ildə “CNN International” Televiziya kanalına verdiyi müsahibəsində demişdi: “Türkiyə bizə dəstək göstərir, lakin bu, siyasi dəstəkdir, bu, diplomatik dəstəkdir. Bu dəstək olmasaydı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır” ifa dəsi ilə bu çox açıq mövqe olmasaydı, çox güman ki, bu gün Ermənistan öz məqsədinə nail olmuş olardı.” 10 dekabr 2020-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsin də strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na əsasən iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahələrində əməkdaşlıq daha da gücləndirilir və bu çərçivədə xarici işlər nazirlikləri arasında davamlı olaraq informasiya üzrə sıx məsləhətləşmələr və mübadilələr həyata keçirilir. Son iyirmi ildə Azərbaycan və Türkiyə əlaqələrinə qısa baxış: Soyuq müharibənin başa çatması beynəlxalq əlaqələrdə bir çox anlayışın yenidən müəyyənləşməsinə və bəzi ölkələrin stra teji baxımdan əhəmiyyətinin nəzərdən keçirilməsinə gətirib çı xarıb. Bu çərçivədə Cənubi Qafqaz dünya siyasətində maraq oyadan bölgələrdən biri olub. Bu bölgə istər vəd etdiyi fürsət lər, istərsə də soyuq müharibə illərinin siyasi və hərbi şərtləri fonunda müxtəlif anlaşılmazlıqların və qarşıdurmaların ortaya çıxması ilə hər zaman gündəmdə qalıb. Bununla yanaşı, qlobal laşan dünyada artan enerji tələbatının ödənilməsi baxımından bölgə ölkələrinin həm mənbə, həm də tranzit ölkələr kimi önə çıxması, eyni zamanda strateji nəqliyyat xətlərinin kəsişdiyi nöqtənin bu regionda yerləşməsi beynəlxalq münasibətlərdə Cənubi Qafqaza yönələn nəzərləri daha da artırıb. Artan siyasi, iqtisadi və akademik maraqlar çərçivəsində, regionda meydana gələn hadisələrin təhlilində beynəlxalq əla qələrin realist nəzəriyyələrinə və törəmə dünyagörüşlərinə tez tez müraciət edilir. Bu nəzəriyyələr və dünyagörüşlər həm regi on ölkələri arasındakı əlaqələri, həmmdə digər ölkələrin bölgə yə istiqamətlənmiş siyasətlərini “böyük bir oyun” içərisində, ölkələrin sadəcə maraq mərkəzli hərəkət etmələri fərziyyəsi ilə strateji və geosiyasi ünsürləri xüsusilə vurğulayaraq izah edir. “Biz bir millət iki dövlətik” Heydər Əliyev

how can we help you?

Contact us at the Consulting WP office nearest to you or submit a business inquiry online.

Consulting theme is an invaluable partner. Our teams have collaborated to support the growing field of practitioners using collective impact.

Donald Simpson
Chairman, Bluewater Corp