Ulduz Quliyeva

Ulduz Quliyeva Zəngilan rayonun, Alıbəyli kəndində anadan olub

1997-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universitetini “Tarix Dövlət Hüquqi” ixtisası üzrə bitrmişdir.

2014-ci ildə Azərbaycan Respublikasının Beynəlxalq İqtisadi-Mədəni əlaqələrində Sumqayıtın iştirak (1991-2005-ci illər) mövzusunda tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsı almaq üçün müdafiə etmişdir.

Məşğul olduğu tədqiqat sahəsi: Azərbaycan Respublikasının Beynəlxalq İqtisadi-Mədəni əlaqələrində II sənaye şəhəri olan Sumqayıtın iştirakı mövzusunun tədqiqi

Başlıca elmi işləri:

  1. “Azərbaycan Respublikasının Beynəlxalq və mədəni əlaqələrinin inkişafında Sumqayıt şəhər potensialının rolu”. “Tarix və onun problemləri”, 2009 , № 4, s. 185-189.
  2. “Sumqayıt mədəniyyətinin Azərbaycanın beynəlxalq-mədəni əlaqələrində yeri”. “Tarix və onun problemləri”. 2010, № 4, s. 111-115.
  3. “Внешние связи муниципалитета города Сумгаита в 2000-2004 гг”. “Журнал научных публикаций Аспирантов и докторантов”, “Редакция журнала публикаций аспирантов и докторантов”, Россиская Федерасия, февраль 2010, №2, с.162-164
  4. “Azərbaycanın xarici iqtisadi əlaqələrində Sumqayıt şəhərində yerləşən Etilen-politen zavodunun rolu (1996-2005)”, “Azərbaycan Pedaqoji Universitetinin Xəbərləri”, Bakı 2010, № 4, s. 158-166.
  5. “Sumqayıtdakı Sintez Kauçuk (SK) zavodunun Azərbaycanın xarici-iqtisadi əlaqələrində rolu (1998-2005-ci illər)”, “Dirçəliş – XXI əsr”. 2012, № 1-2,(164-165. ), с. 192-201
  6. “Sumqayıtdakı Sintez Kauçuk (SK) zavodunun, Azərbaycanın xarici-iqtisadi əlaqələrində rolu (1998-2002-ci illər)”, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20 illiyinə həsr etdiyi “Azərbaycan Respublikası uğurlar və perspektivlər”, beynəlxalq elmi konfransın materialları. Bakı, 2011 (noyabr), s.265-270.
  7. Экономические и культурные связи муниципалитета города Сумгаита (2000-2004 гг.).// Кавказ и мир. Международный научный журнал. Тбилиси, 2014, № 18. s 101-104

Beynəlxalq və ölkədaxili layihələrdə iştirakı:

1997-ci ildə Azərbaycanda ilk dəfə tətbiq edilən «Heydər Əliyev dərsləri»nin aparıcısı olmuşam.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin «Azərbaycanlıların soyqırımı haqqında» 26 mart 1998-ci il tarixli fərmanına əsasən, şəhərimizdə müxtəlif növ müəssisələrdə və yerli radio vasitəsilə bu siyasətin təbliğatçısı olmuşam. Bu gün də bu proses davam edir.

Hələ 1999-cu ildə ümummilli lider Heydər Əliyevin 15 iyun tarixli 168 saylı sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Təhsil sahəsində İslahat Proqramı»na əsasən həmin vaxtdan indiyədək əksər innovativ layihələrin iştirakçısı olmuşam. İnnovativ düşüncəli yeni nəslin formalaşması üçün əlimdən gələni etmişəm və bu gün də edirəm.

2003-cü ildən şəhərimizdə tarix fənni üzrə 11 (on bir) məktəbi birləşdirən dayaq məntəqəsinin sədri vəzifəsini icra edirəm.

2007-ci il 4 sentyabrda Azərbaycanın təhsil tarixində ilk dəfə keçirilən «100 ən yaxşı müəllim» müsabiqəsində iştirak edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 avqust 2008-ci il tarixli sərəncamı ilə müsabiqənin qalibi olmuşam və Prezident tərəfindən 5000 manatla (beş min manat) mükafatlandırılmışam.

2008-ci il sentyabrın 22-də Bakı şəhərində keçirilən- Azərbaycan Müəllimlərinin XIII Qurultayının iştirakçısı olmuşam.

2010-cu il 14 may tarixindən Prezident Administrasiyasının tapşırığına əsasən, Sumqayıt şəhər İcra Hakimiyyəti və Təhsil şöbəsinin birgə təşkil etdiyi «Prezidentin daxili və xarici siyasət strategiyasının təbliği» ilə bağlı təşviqat qrupunun rəhbəri kimi Sumqayıt şəhərindəki Təhsil müəssisələrinin bir neçəsində Prezidentin xarici siyasətinin təbliğatçısı olmuşam və bu haqda yazılı şəkildə Sumqayıt şəhər İcra hakimiyyətinə məlumat vermişəm.

2011-ci ildə Bakı şəhərində keçirilən AMEA A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20 illiyinə həsr etdiyi “Azərbaycan Respublikası uğurlar və perspektivlər” adlı beynəlxalq konfransda iştirak etmişəm və “Sumqayıtdakı Sintez Kauçuk (SK) zavodunun, Azərbaycanın xarici-iqtisadi əlaqələrində rolu (1998-2002-ci illər)” mövzusunda çıxış etmişəm

2013/2014-cü tədris ilində İKT layihələri ilə bağlı Respublika və Beynəlxalq əhəmiyyətli layihələrdə iştirak etmiş, sertifikat almış və əldə etdikləri yenilikləri dərslərinə tətbiq etmişdir.

2013/2014-cü tədris ilində Respublika üzrə qəbulun nəticələrinə görə şagirdləri Azərbaycan tarixi və tarix fənnlərindən yüksək nəticələr göstərmişdir.

2013/2014-cü tədris ilində “Azərbaycan təhsili” jurnalında İKT layihəsi ilə bağlı silsilə məqalələr ilə çıxış etmişdir.

Pedoqoji fəaliyyəti:

1997-2015-ci illərdə Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyada-Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan tarixi, ümumi tarix, insan və cəmiyyət fənnlərini tədris etmişdir.

Aldığı mükafatlar və sertifikatlar:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 avqust 2008-ci il tarixli sərəncamı ilə “100 ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş və Prezident tərəfindən mükafatlandırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il sərəncamı ilə “100 ən yaxşı müəllim” müsabiqəsinin II-ci dəfə qalibi olmuş və mükafatlandırılmışdır.

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ALİ ATESTASİYA KOMSİYASININ 3 FEVRAL 2017-Cİ İL TARİXLİ (protakol №1) qərarı ilə Ulduz Ismixan qızı Quliyevaya tarix üzrə FƏLSƏFƏ DOKTORU elmi dərəcəsi verilmişdi.

Səmrəli pedoqoji fəaliyyətimə görə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Z.Fərəcovun 27 sentyabr 2017-ci il tarxli 211 nömrəli sərancamı ilə Fəxri Fərmanla təltif olunmuşdur

2018-ci il 6 noyabr tarixində AMEA-nın A.Bakıxanov adına Tarix İnstitunun elmi şurasının qərarı ilə “Azərbaycan Respublaiksının Beynəlxalq, İqtisadi-mədəni əlaqələrində Sumqayıtın rolu (1991-2005-ci illər) Bakı Elm və Təhsil nəşriyatı ” mövzusunda manaqrafiyası çaptan çıxmışdır.

Speaker Details
Speaker Details
Events of the Speaker
You might also love these events.
Sentyabr 26, 2023
10:00 səhər
Sentyabr 26, 2023
6:00 axşam
Müasir geosiyasi şəraitdə beynəlxalq münasibətlərin humanitar aspektləri mövzusunda Beynəlxalq Elmi Konfrans