
15 İyul 1996-cı ildə Azərbaycan Respublikasının Şamaxı şəhərinin Qızmeydan kəndində doğulmuşdur. Tam orta təhsilini Qızmeydan kənd məktəbində tamamladıqdan sonra 2014-ci ildə Türkiyə Respublikasının Kütahya şəhərində yerləşən Kütahya Dumlupınar Üniversitetinin İqtisadiyyat və İdarə Etmə Fakültəsinin Beynəlxalq Münasibətlər və Siyasi Elmlər Bölməsinə qəbul olmuşdur. Rəşid Sadıqov Türkiyə Təhsilinin birinci ilində 2014-2015 illər arasında həmin Üniversitetin Xarici Dillər Fakültəsində icbari İngiliz və Rus dili dərsləri keçmişdir. Bir il sonra Dil təhsilini bitirərək Xarici Dillər Fakültəsindən müvəffəqiyyət sertifikatını almış və öz şöbəsində bakalavr təhsilinə başlamışdır. Sadıqov 2015-2019-cu illərdə Beynəlxalq Münasibətlər və Siyasi Elmlər fakültəsinin bakalavr təhsilini bitirmişdir. Rəşid SADIQOV 2019-cu ildə həmin universitetin Sosyal və Bəşəri Elmlər İnstitutunun dissertasiyalı magistratura şöbəsinə imtahan vermiş və Beynəlxalq Münasibətlər bölməsinə qəbul olmuşdur. İki illik Magistr təhsili zamanı müəyyən Seminar və Simpoziumlar da iştirak edən SADIQOV 2020. Keramika Birinci Yer Zirvə Mükafatını qazanmış və öz şöbəsi üçün bu mükafatı alan ilk tələbə olmuşdur. Rəşid SADIQOV 2021-ci ildə Kütahya Dumlupınar Universitetinin Sosyal və Bəşəri Elmlər İnstitutunda ’21-ci Əsr Xəzər Geosiyasəti’ mövzusunda dissertasiya işini yazaraq Beynəlxalq Münasibətlər şöbəsini Maksimum Bal olan 4,00 Ortalama ilə tamamlayaraq yüksək Şərəf Tələbəsi kimi bölümünü fərqlənmə dərəcəsi ilə bitirmişdir.
Rəşid SADIQOV 27 sentyabr 2021-ci ildə Türkiyə Respublikasının Sakarya Universitetinin Sosyal və Bəşəri Elmlər İnstitutunun Beynəlxalq Münasibətlər şöbəsində Doktorantura təhsil pilləsinə qəbul olmuş və hal-hazırda da Sakarya Universitetinin Sosyal və Bəşəri Elmlər İnstitutunun Beynəlxalq Münasibətlər şöbəsində Doktorantura təhsilini davam etdirir.
Araştırma Alanı:
Cənubi Qafqaz’yada Etnik Problemlər və Regional Münaqişələr, Xəzər Hövzəsindəki Enerji Rəqabəti və Enerji Daşımacılığındaki Problemlər:
Diaspora Problemləri; Qafqaz Diasporalarından Ermənistan Lobisi ilə Yaxın Şərq Diasporalarından Yahudi Lobisi Arasındaki Yaşanan Tarixi və Siyasi Problemlər:
Elmi-təşkilati Fəaliyəti:
Türkiyə İstiqlal Marşının Qəbulunun 100. İllik Xatirəsi. Başlıqlı Milli Sosyal və Bəşəri Elmlər Simpoziumu: – II. Abdülhamid Dönəmi Türk (Osmanlı) Xarici Siyasəti, başlıqlı məqalənin müəllifi. İstiklal.dpu.edu.tr (Kütahya Dumlupınar Üniversiteti)
VII. Beynəlxalq Hoca Əhməd Yəsəvi Bilim və Araştırma Kongresi: – Yahudi və Erməni Diasporalarının Ortaq və Fərqli Müqayisəsi. başlıqlı məqalənin müəllifi. Yesevikongresi.org (Mingəçevir Dovlət Üniversiteti)
Kitablar:
“21 Əsr Xəzər Geosiyasəti” (Liman Yayınevi ve Matbaacılık). Yayın No:-425
Məqalələr:
Xəzər Hövzəsində Türkiyə və Rusya’nın Enerji Rəqabəti: (Academia.edu)
Türkiyə ilə İsrail Əlaqələrinin Tarixi Keçmişi və Günümüz Ölçüləri: (Academia.edu)
Mükafat və Sertifikatları:
“2020. Keramika Zirvə Birincilik Mükafatı” (lee.dpu.edu.tr)
Üzv olduğu Dərgi və Yayın Evi:
Mora Dərgisi (Bursa) Cənubi Qafqaz və Rusya Araştırması Masasının üzvi və Aktif yazarı