Konqres haqqında

BEYNƏLXALQ ZƏNGƏZUR KONQRESİ
Bildiyimiz kimi uzun illərdir Ermənistan təkcə Azərbaycanın ərazilərini işğal etməklə yanaşı, eyni zamanda Azərbaycana və azərbaycanlılara məxsus adət-ənənələri qanunsuz şəkildə mənimsəyir, toponimlərini qanunsuz şəkildə dəyişdirir və özününküləşdirirlər. Məhz Ermənistanın və ermənilərin etdiyi bu saxta addımların qarşısını almaq və əsl tarixi həqiqətləri dünya elminə faktlar əsasında çatdırmaq məqsədi ilə, eləcə də müvafiq sahələr üzrə Azərbaycan elmi və elm adamlarının dünya elminə inteqrasiyasını sürətləndirmək məqsədi ilə Azərbaycan və digər dövlətlərdən olan dəyərli elm adamları ilə birgə Beynəlxalq Zəngəzur Konfransını təhsis etdik. Şübhəsiz ki, Beynəlxalq Zəngəzur Konfransını təhsis etməklə 3(üç) əsas missiyamızı bəyan etmiş olduq. 1. Bugün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq müstəvidə yürütdüyü siyasi xətti elmi əsaslarla gücləndirmək, 2. Uzun illər yaymağa çalışdıqları erməni yalanlarına qarşı faklara əsaslanan elmi araşdırmalar ortaya qoymaq, 3. Tarixi ədalətin bərpa edilməsi ilə yanaşı, həm də Azərbaycanın elminin dünyaya tanıdılması və inteqrasiyasını həyata keçirtmək. Qeyd etdiyimiz bu amilər Beynəlxalq Zəngəzur Konfransını təhsis etməyimiz üçün stimul oldu. Hesab edirik ki, aparılacaq hər tədqiqat və araşdırılacaq hər mövzu ümumilikdə Azərbaycan elmi ilə yanaşı, dünya elminə də ciddi töfhələr verəcək. Hər kəsə uğurlar arzu edirik!

Recent Posts

    Recent Comments

    No comments to show.
    Latest Posts
    Ads
    Categories
    • Kateqoriya yoxdur